Marketləri saxta yumurta ilə təmin edən Adil adlı şəxs kimdir? — FOTO + VİDEO
Sosial
Oxunub: 1 030
17 dek 2016 | 05:53
Marketləri saxta yumurta ilə təmin edən Adil adlı şəxs kimdir? — FOTO + VİDEO








Azərbaycanda saxta yumurta satılması ilə əlaqədar faktlar üzə çıxıb.

Istehlakçıların “Report”a təqdim etdiyi videodan göründüyü kimi onun “KİVİ” marketdən aldığı yumurtanın sarısı təbii halda olduğundan xeyli fərqlənir. Çindən gətirildiyi ehtimal edilən bu sayaq yumurtaların kimyəvi maddələrdən istifadə etməklə istehsal olunduğu bildirilir. Bu kimyəvi məhsulun hazırlanması üçün toyuq saxlamağa, onu böyüdüb-artırmağa artıq ehtiyac qalmır. Mütəxəssislərin rəyinə görə, yumurtanın qabığının hazırlanmasında kalsium-korbonatdan istifadə olunur. Saxta yumurtanın içi isə jelatin, boyayıcı və digər maddələri qarışdırmaqla hazırlanır.

İstehlakçının apardığı araşdırma nəticəsində məlum olub ki, saxta məhsulu kənd yumurtası adı ilə satış məntəqələrinə Adil adlı şəxs çatdırır, lakin onunla əlaqə saxlamaq mümkün olmur: “Yumurta kasetinin içindəki yumurtalar tam saxta olmur. İnsanları çaşdırmaq üçün qarışıq qoyurlar. Yəni müştəri alanda hamısı saxta yumurta çıxmır”.

Hətta ötən ay Azərbaycanda aparılan reyd zamanı saxta yumurta istehsal olunan müəssisə belə aşkarlanıb. Lakin buna baxmayaraq, aidiyyəti dövlət orqanları ölkəyə saxta yumurtaların gətirilməməsi ilə bağlı məlumatları təkzib edirlər.

Bir müddət əvvəl bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəis vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov Çindən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O qeyd edib ki, Çin Xalq Respublikasından 2016-cı il ərzində Azərbaycana 1 ədəd də olsun yumurta idxal olunmayıb: “Bunu Dövlət Gömrük Komitəsi təsdiq edə bilər. Əhaliyə müraciət edərək bildirirəm ki, əgər kiminsə əlində bu barədə hər hansı fakt, süni yumurtanın satıldığı məkan haqda məlumat varsa, dərhal Dövlət Baytarlıq Nəzarəti xidmətinin “qaynar xətti”nə məlumat versinlər. Kütləvi informasiya vasitələrinin iştirakı ilə bu faktı yerində araşdırmağa hazırıq. Bir daha qeyd edirəm ki, yayılan məlumatlar heç bir real fakta söykənmir”.
Dövlət Gömrük Komitəsi də son günlər bir sıra kütləvi informasiya vasitələrində Çindən Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.

Komitənin yaydığı məlumatda bildirilib ki, Dövlət Gömrük Komitəsi 2016-cı il ərzində Çin Xalq Respublikasından Azərbaycana, ümumiyyətlə, yumurta idxalı qeydə alınmayıb və bu ölkədən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd edək ki, saxta yumurta təbii yumurtadan bir qədər iri olması ilə fərqlənir. Bundan başqa, yumurtanın qabığı daha parıltılı olur, çırpılan yumurtanın ağı sarısıyla tez qarışır və suda bişdikdə rezin kimi möhkəm olur. Həmin yumurtanı yandıranda isə plastmas maddə qoxusu gəlir. Ekspertlər vurğulayır ki, bu kimyəvi məhsul qaraciyəri zədələyir, saxta yumurtanın istehsalının ölkədə yayılması ilk növbədə qaraciyər xəstəliklərinin artmasına səbəb olacaq.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi