Məmur klinikalarında gizli əməliyyat: orqan alverçiləri kimlərdir? - Sensasiya
Sosial
Oxunub: 883
23 dek 2016 | 12:05
Məmur klinikalarında gizli əməliyyat: orqan alverçiləri kimlərdir? - Sensasiya







Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları özəl klinikalarda araşdırmalara başlayır

Bu barədə Politika.Az-a nazirlikdəki mənbələrdən xəbər daxil olub.

Məlumata görə, özəl klinikalarda orqan transplantasiyası və alveri barədə əməliyyat məlumatları əldə olunub.

Bu məlumatların araşdırılması və müəyyən olunması istiqamətində yoxlamaların başlanması nəzərdə tutulub. Zaman-zaman klinikalarda orqan alveri barədə məlumatlar meydana çıxıb. Bununla bağlı cinayət işi də açılıb. İndi yenidən təftişə start verilib.

Bəzi klinikalarda gizli orqan alverinin həyata keçirildiyi haqda iddialar səslənir. Ona görə də əməliyyat tədbirlərinin başlanmasına zərurət yaranıb.

Hətta lisenziyası olmadan fəaliyyət göstərən özəl klinikaların bir neçəsində həkimlər müxtəlif şəxslərlə danışığa girərək yenicə doğulmuş körpələri onlara satırlar. Təbii ki, müəyyən miqdarda pulun qarşılığında.

Uşağı başqasına satan həkimlər və klinika rəhbərliyi valideynləri körpənin doğuş zamanı dünyasını dəyişdiyinə inandırmağa çalışırlar. Valideyn etiraz edəndə isə klinika rəhbərliyi bir miqdarda pul verib onları ələ alır.

Kimsə orqanını satmaq üçün qanuni yollarla xəstəxanalara müraciət edə bilər və bu, qanunla tənzimlənən prosedur olduğundan problemi də yoxdur. Amma bir çox hallarda dövrəyə orqan mafiyası girir və bu zaman ortaya çıxan mənzərə heç də ürəkaçan olmur.

Yəni orqan mafiyası tərəfindən bu işə məcbur edilənlər də var: morqlardakı, qəbiristanlıqdakı meyitləri çıxarıb, orqanlarını satışa çıxaranlar bu bazarın baş halqalarıdır.

Bir neçə il qabaq Bakıda fəaliyyət göstərən 7 özəl klinikada yoxlama aparılıb. “Nur”, “Nigar” və “ABU-klinika”sının adı hallanıb.

Mətbuatda yuxarıda sadalanan klinikalarla yanaşı bura “Funda” və “Xəzər” klinikalarınln da adı keçib. Bu klinikaların təkcə birində mafiyanın fəaliyyəti boyu 50-yə yaxın orqan nəqli əməliyyatı həyata keçirilib.

Azərbaycan da daxil olmaqla, bir neçə ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarılan “Doktor Frankenşteyn” ləqəbli türkiyəli orqan alverçisi Yusuf Sönmez də klnikalarmızda alver edib.

Y.Sönmez son illərə qədər Azərbaycanda özəl klinikalarda orqan transplantasiyası əməliyyatları həyata keçirib. Azərbaycan telekanalları onu müntəzəm olaraq reklam edirdilər.

2010-cu ildə Y.Sönməzin izinə Badamdar qəsəbəsində yerləşən “Nur” klinikasında düşmək mümkün olmuşdu.

O vaxt jurnalistlər müəyyən etmişdi ki, “Doktor Frankenşteyn” ayın müəyyən günlərində klinikaya gəlir və əməliyyatlar edir. Y.Sönmezin əlaqələri olduqca genişdir və o, dünya üzrə orqan mafiyasının əsas liderlərindən biri hesab olunur.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE