Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib
Sosial
Oxunub: 657
20 dek 2016 | 22:46
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib




19 dekabr 2016-cı il tarixdə “Odlar Yurdu” Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, “Odlar Yurdu” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədr müavini Sevda Ömərova, “AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev, “Mənim təhsilim, mənim gələcəyim” adlı kampaniyanın rəhbəri Rəşad Bayramov və 120 nəfər gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan Tələbə - Gənclər Təşkilatının sədr müavini Sevda Ömərova tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.

Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa cəlb etmək, bu sahə üzrə müvafiq bilik və bacarığa yiyələndirmək, cəmiyyətdə kiçik və orta sahibkarlığı təbliğ etməkdir. L.Muradova qeyd etdi ki, layihə zamanı gənclərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları, biznes layihələrin yazılması və kənd təsərrüfatı sahəsində biznesin idarəedilməsi üzrə təlimlər keçiriləcəkdir. Müasir dövrdə cəmiyyətin ümumi inkişafı sahibkarlığın, iqtisadiyyatın inkişafından asılıdır. Açıq bazar cəmiyyətində sahibkarlıq fəaliyyəti üç yerə bölünür: böyük, orta və kiçik sahibkarlıq fəaliyyəti. İqtisadi inkişafın dayaq nöqtəsini orta və kiçik sahibkarlıq sayılır. Bu sahibkarlıq növlərinin inkişafı isə bu sahəyə yeni gələn insanlarla formalaşır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət tərəfindən müvafiq şərait yaradılıb, ancaq gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün maarifləndirmə işinə ehtiyac var, eyni zamanda onların bu sahəyə cəlb edilməsi üçün motivasiyaya ehtiyac var. Bu baxımdan bu layihənin keçirilməsi gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə köməklik göstərəcəkdir, orta və kiçik sahibkarlıq fəaliyyətin əsaslarını təbliğ edəcəkdir. Gənclərin biznes sahəsi üzrə bilik və bacarığı artırılacaqdır, onlar sahibkarlıqla məşğul olmaq üçün qanunvericiliyi öyrənəcəklər və biznes layihələrin yazılma və idarəetmə qaydalarını mənimsəyəcəklər. Qeyd edilən sahə üzrə ekspert kimi dəvət olunmuş “AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev və “Mənim təhsilim, mənim gələcəyim” adlı kampaniyanın rəhbəri Rəşad Bayramov çıxış edərək bildirmişlər ki, biznes, sahibkarlıq: qanunla nəzərdə tutulumuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından, xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyətdir. Sahibkarlıq bazar iqtisadiyyatının vacib atributudur. Natiqlər qeyd etdilər ki, sahibkarlıq qabiliyyəti dedikdə, maddi və ya intellektual mülkiyyət sahiblərinin ictimai fəaliyyətin müəyyən sahəsində daha çox

yararlı olması, müəyyən işi daha müvəffəqiyyətlə icra etməsi nəzərdə tutulur. Bu qabiliyyət bir tərəfdən sahibkarın fərdi psixi xüsusiyyətindən, digər tərəfdən isə onu əhate edən iqtisadi şəraitdən asılıdır. Sahibkarliq qabiliyyəti ya ictimai fəaliyyət prosesində, ya da təhsil prosesində əldə edilir. Uzun müddət birinci yol, yəni fəaliyyət prosesi üstünlük kəsb etdiyi halda müasir dövrdə ikinci yol üstünlük kəsb edir. Sahibkarlıq qabiliyyəti xüsusi növ insan kapitalıdır.

Sonda ekspertlər tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, layihə 6 müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində keçirilir və “Odlar Yurdu” Universiteti artıq dördüncü təhsil müəssisəsidir. Xatırladaq ki, layihənin açılış və ilk təlimi Azərbaycan Kooperasiya Universitetində, ikinci təlimi Azərbaycan Dövlət İqtisad Universitetində, üçüncü təlimi isə Bakı Biznes və Kooperasiya Kollecində keçirilib.


Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı