“Nuşirəvan Səfərov oğlumun avtomobilini girov götürüb, bizdən 1000 manat istəyir” - Qalmaqal
Sosial
Oxunub: 982
28 dek 2016 | 10:57
“Nuşirəvan Səfərov oğlumun avtomobilini girov götürüb, bizdən 1000 manat istəyir” - Qalmaqal






Masallı sakinindən Daxili İşlər naziri, general polkovnik Ramil Usubova müraciət: “Nuşirəvan Səfərov oğlumun avtomobilini 4 aydır ki, girov saxlayır və bizlən zorla 1000 manat rüşvət tələb edir”

“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov oğlumun maşınını 4 aya yaxındır ki, cərimə meydançasında saxlayır və 1000 manat rüşvət verilməyəcəyi təqdirdə maşını cərimə meydançasından buraxılmayacağını bildirir”.

Bu sözləri Masallı sakini Həsənov Rafil bildirib. Vətəndaşın sözlərinə görə onun oğlu Həsənov Həsən Rafil oğluna məxsus olan 90 XX 055 dövlət nişanlı “Porsche Panamera” markalı avtomobil 4 aya yaxındır ki, qanunsuz olaraq Badamdarda, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasında saxlanılır:
“Təqribən dörd ay əvvəl oğlumun avtomobili Dövlət Yol Polisləri tərəfindən saxlanılıb. Maşında qara pərdə olduğuna 453 dövlət nişanlı ekipajın komandiri Ceyhun Fətəliyev maşını cərimə meydançasına aparacağını bildirib. Daha sonra Ceyhun Fətəliyev oğlumdan 200 manat alıb. Bu zaman hadisə yerinə 450 dövlət nişanlı Yol polisi avtomobili gəlib və onlarda əlavə olaraq oğlumdan 300 manat tələb ediblər. Oğlum 300 manatı verməkdən imtina edib və bundan sonra onunla 453 dövlət nişanlı ekipajın komandiri Ceyhun Fətəliyev arasında mühahisə yaranıb. Mübahisə zamanı Ceyhun Fətəliyev bildirib ki, artıq Rəşadət Babayevin dədəsi də gəlsə, o maşını cərimə meydançasına aparacaq. Bu barədə səs yazıları mövcuddur və hazırda prokurorluqda olan həmin səs yazısında Ceyhun Fətəliyev açıq şəkildə oğlumu təhdid edərək ondan rüşvət istəyir və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisinin müavini Rəşadət Babayev haqqında təhqiramiz ifadələr işlədir.(aztoday.az)
Biz məsələ ilə bağlı prokurorluğa müraciət etmişik, və bu insident araşdırılır. Lakin buna baxmayaraq tələb olunan cəriməni ödəməyimizə baxmayaraq, oğlumun avtomobilini cərimə meydançasından çıxara bilmirik. Çünki Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov bizə açıq şəkildə bildirir ki, ona 1000 manat vermədən avtomobil cərimə meydançasından çıxmayacaq. Açığı mən belə bir özbaşınalığı heç gözləmirdim. Bu birbaşa reket vasitəsi ilə vətəndaşdan zorla rüşvət almaq mexanizmidir və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisinin belə bir işlə məşğul olması dövlət adına utancvericidir. Onu da qeyd edim ki, Çünki Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov bu davranışı ilə hal-hazırda məhkəməsi gedən MTN generalı Akif Çovdarovun qanunsuz əməllərini təkrarlayır.
Mən Nuşirəvan Səfərovun bu özbaşınalığı ilə bağlı dəfələrlə 102 xidmətinə zəng edib bildirmişəm. Bundan başqa Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, bir neçə polis general-mayor Ramiz Zeynalova məktub ünvanlamışam. Lakin mənim şikayətimə baxan yoxdur. Hazırda bu məsələ ilə bağlı prokurorluğua şikayət etmişik. Onlar araşdırma aparsalar da, Nuşirəvan Səfərov prokrorlkğa təzyiq edir.

Mən burdan Azərbaycan Respublikasının Daxili İşlər naziri, general polkovnik Ramil Usubova müraciət edirəm.

Cənab nazir, biz sizi dövlətimizin və qanunlarımızın qarantlarından biri hesab edirik. Sizdən haqqları pozulan və məmur özbaşınalığının qurbanına çevrilən bir vətəndaş kimi xahiş edirəm ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun bu özbaşınalığına son verəsiniz. Çünki Nuşirəvan Səfərovun bu hərəkəti heç bir halda dövlət məmuru anlayışı ilə, qanunlarla bir araya sığmır. Sizdən çox xahiş edirəm, bu məsələnin araşdırılması ilə bağlı tapşırıq verəsiniz. Bizi bu Nuşirəvan Səfərovun özbaşınalıqdan və qanunsuz rüşvət tələbindən xilas edin”.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...