İşıq pulunun qiyməti dəyişə bilər
Sosial
Oxunub: 5 094
29 dek 2016 | 08:39
İşıq pulunun qiyməti dəyişə bilər












Azərbaycanda günün müxtəlif saatlarına uyğun elektrik enerjisi tariflərinin tətbiqi təklif edilir

Azərbaycanda aidiyyəti orqanlar milli enerji portfelinin yaradılması üçün orta xərci, istehlakçılar və istehsalçılar üçün əlverişli qiymətin müəyyənləşdirilməsini nəzərdən keçirəcəklər.

Azerinfo.az Report-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunub.

Sənəddə qeyd olunub ki, xərci əks etdirən tariflərin tətbiqinin nəzərdən keçirilməsi (elektrik enerjisinin qiymətlərini subsidiyalaşdırmadan), satınalma qiymətinin paritetlik göstəricilərini nəzərə alaraq, son istifadəçi tariflərinin beynəlxalq müqayisəli qiymətləndirilməsini həyata keçirmək üçün, zərurət olarsa, ekspert və məsləhətçilərdən ibarət qrup təşkil edilməsi, ev təsərrüfatları üçün ikisəviyyəli tarif sisteminin tətbiq edilməsi, tariflərin tətbiq olunacağı istehlak həcmi hədlərinin və bu şkalalar üzrə müvafiq tariflərin müəyyənləşdirilməsi nəzərdə tutulub.

"Strateji Yol Xəritəsi”nə əsasən, bəzi sənaye sahələri üçün güzəştlərin azaldılmasının, qiymətlərin günün vaxtına görə diferensiasiya edilməsinin, infrastrukturun yaradılmasına çəkilən xərclərə əsaslanan qiymətlərin tətbiqinin nəzərdən keçirilməsi zamanı aztəminatlı istehlakçı kateqoriyaları üzrə son istehlakçı qiymətlərinin dəyişməz saxlanılması, sifariş əsasında ayrılmış həcm və sərfiyyat arasında uyğunsuzluğun aradan qaldırılması üçün elektrik enerjisi üzrə əlavə haqların müəyyən edilməsi,reaktiv enerjidən istifadənin səmərəliliyinin artırılması barədə təkliflər hazırlanacaq.

Sənəddə həmçinin qeyd olunub ki, pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına (gecə və gündüz) uyğun elektrik enerjisi tariflərinin tətbiq edilməsi planlaşdırılır.

"Dünyanın bir çox ölkələrində kommunal xidmət sektorunda elektrik enerjisi qiymətinin tələbata uyğun dəyişdirilməsi istehlak səviyyəsini aşağı salan standart təcrübədir. “Azərbaycanda qiymətlərin gün ərzində diferensiasiya edilməməsi tələb-təklif balansının qeyri-səmərəli olması ilə nəticələnir. Qiymətlərin günün müxtəlif vaxtlarına uyğun tənzimlənməsi günlük yüklənmə qrafikini nizamlayır, eləcə də qiymətin ucuz olduğu vaxtda elektrik enerjisindən istifadə üçün stimul yaratmaqla, pik saatlardakı yüklənmə səviyyəsini aşağı salır və əlavə həcm üçün investisiya qoyuluşuna zərurəti azaldır. Türkiyədə günün müxtəlif vaxtlarına uyğun tariflər tətbiq olunub. Belə ki, elektrik enerjisi istehlakçılara gecəyarısı orta qiymətə, “pik yüklənmə” saatlarında (təxminən saat 17:00 - 22:00) isə ən yüksək qiymətə təqdim olunur", - deyə "Strateji Yol Xəritəsi"də qeyd olunub.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO