Pirallahıda tükürpədici olay: başçının adamı piyadanı vurub öldürdü, qanını batırdı
Sosial
Oxunub: 849
4 yan 2017 | 09:08
Pirallahıda tükürpədici olay: başçının adamı piyadanı vurub öldürdü, qanını batırdı
















“Bir vətəndaş olaraq, bu müraciətimin Sizə təkrar-təkrar ünvanlamağıma səbəb, aşağıda qeyd olunan cinayət hadisəsəsindən 4 aya yaxın bir zaman keçməsinə baxmayaraq günahkarlarla bağlı aidiyyatı qurumların lazımı tədbir görməməsidir”.

Bu sözləri prezidentə müraciətində yol qəzasında dünyasını dəyişmiş Tariyel Rzaquliyevin valideyni yazıb.

Onun sözlərinə görə, 02.09.2016-cı il tarixdə saat 19:25 radələrinda oğlu Qala -Dübəndi yolundakı yol keçidi üzərindən keçərkən maşınla vurulub.

Oğlumu keçidin üzərində vuran Pirallahı rayon İcra Hakimiyyəti əməkdaşı, YAP-ın rayon təşkilat sədri Manaf Manafovun xidməti istifadəsindəki 10 AS 649 dövlət nömrə nişanlı avtomobil olub.

Bu gün də bizdə şübhə var ki, sükan arxasında da elə özü olub. Müraciət müəllifi qeyd edib ki, oğlunun ailəsi azyaşlı övladı ilə başsız qalıb:

“Biz Tariyeli yaşatmaq üçün, ailə olaraq çox məşəqqətlərdən keçmiş, on il öncə İranda ona böyrək çatışmazlığından böyrək köçürtdürmüş (07.10.2006), həyatda qalması üçün on il İranın düzlərində bütün maddiyətimizdən və canımızdan belə keçmişik.

Təbii ki, ailə olaraq bu bizim borcumuz idi. Lakin, bizi ən çox yandıran isə həyatda qalması üçün, özünün çəkdiyi onca acı və məhrumiyyətlərin boşa çıxması oldu. Bir nadanın müştəbehliyi və qudurğanlığı, onun həyatını əlindən almış oldu.

O qudurğanlar ki, başda Manaf olmaqla onlar hadisəni törətdikdən sonra maşını saxlamayıb o surətlə də sürüb gediblər.

Sonradan nə fikirləşiblərsə iki-üç yüz metr aralıda saxlayıb, geri dönüblər. Uşağa dərhal ilkin yardım etmək əvəzinə telefonla özlərinə kömək çağırıb, insanlığa xas olmayan alçaq bir hərəkətlə oradan uzaqlaşıblar”.

T.Rzaquliyevin valideyni Politika.Az-a bildirib ki, hadisəni görən N saylı hərbi hissənin zabitləri, hərbi hissənin sanitar maşını ilə uşağı götürüb, sonra da dediklərinə görə yarı yolda təcili yardım maşınına köçürüb, Mərdəkanda morq deyilən bir yerə çatdırıblar:

“Bütün bu gedişatda, hadisəni törədənlərdən heç kim onlarla olmayıb. Ən dəhşətlisi isə həmin anda insanlıqdan və humanistlikdən uzaq birisi olan - Manafın maşında olanlarla qarşıma dikilib bir üzr, bir təsəlli belə diləməməsidir.

Əksinə tülkü kimi kənardan gedişatı müşahidə etməsi, onun nə qədər qudurğan və mənəviyyatsız biri olmasını göstəri.

İlkin istintaqın, Pirallahı rayon Polis Şöbəsinin Baş müstəntiqi Namiq Mirzəbəyli tərəfindən bir tərəfli qaydada aparılması səbəbindən Sizə və aidiyyatı orqanlara etdiyimiz çox saylı müraciətlərdən sonra, iş alınıb 14.10.2016-cı il tarixdə DİN Baş İstintaq və Təhqiqat İdarəsini Nəqliyyat şöbəsində icraata verilib.

Təəssüf ki, işin həmin şöbədə olmasından 2 ay 13 gün keçməsinə baxmayaraq bu günə kimi əsl cinayətkarın üzə çıxarılması yönündə heç bir əməli addım atılmayıb. Maşında olub “təqsirli” bilinənlərdən heç bir haqqında həbs qəti imkan tədbiri də seçilməyib.

Hadisədən 4 aya yaxın bir zaman keçməsinə baxmayaraq, Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun onun haqqında tədbir görməyib.

Rayon sakinlərindən verilən məlumatlara görə işlədiyi yerlərdə (həmçinin də Nizami rayonunda) YAP adından maskalanaraq çox çirkin əməllərlə məşğul olub”.

Politika.Az-a ünvanlanan şikayət məktubunda qeyd olunub ki, M.Manafova havadarlıq edən də icra başçıaı Vasif İmanovdur:

“Təəssüf ki, Sizin bütün çıxışlarınızda zaman-zaman ifadə etdiyiniz “məmur və onların övladlarının özbaşınalıqları və qanuna zidd əməlləri ən ağır cəza ilə cəzalandırılmalıdır” fikri də, rayonun başçısı Vasif İmanov tərəfindən diqqətə alınmayıb.

06.09.2016-cı il tarixində Vasif İmanovun qəbulunda olduq. Görüşdə başçının müavinlərindən Vəzir müəllim, köməkçisi, yerli Polis və Prokurorluğun başçıları da iştirak edirdi.

Danışıq zamanı İcra başçısı hər vəhclə cinayəti törədənlərin müdafiəsi yönündə mülahizələr və məsələlər çəkməklə məşğul idi.

Guya ailəyə maddi köməklik göstərilməsini (bütün insanlığı, yalnız maddiyyətdə görən mənaviyyatsızlar) özü də daxil omaqla hadisəni törədənlərə tövsiyyə edirmiş.

Vasif İmanovun öz iş otağında qurduğu “məhkəmə”də maşında olmuş Niftəliyev Həsəni sorğularkən, onun qorxudan titrədiyini və danışıqlarında baş-ayaq vurduğunu görən Vasif İmanov hətta bizim yanımızda onu kobud şəkildə hədələdi də”.

Sizdən xahiş edirəm, yuxarıda qeyd olunanlardan dolayı Manaf Manafovun etdiyi qeyri insani və qudurğan hərəkətlərinin nəzərə alınıb, cinayətkarın üzə çıxarılması barədə müvafiq göstəriş verəsiniz”.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ