"Dedilər ki, 300 mini gətirməsən, qadınlar üzünə duracaq" — "MTN İŞİ"
Sosial
Oxunub: 767
5 yan 2017 | 05:49
"Dedilər ki, 300 mini gətirməsən, qadınlar üzünə duracaq" — "MTN İŞİ"












Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) hazırda həbsdə olan sabiq idarə rəisi Sübahir Qurbanov, onun müavini Fizuli Əliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxslərdən Səbuhi Məcidovun istintaq zamanı verdiyi ifadə məlum olub.

APA xəbər verir ki, Məcidov Səbuhi Abturab oğlu ifadəsində göstərib ki, 2014-cü ilin əvvəllərində maddi çətinliklərlə əlaqədar adına olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən bağ evini satmaq qərarına gəlib. Əvvəllər bağ evində olmuş və həmin vaxtdan bəyənmiş Rusiyada yaşayan tanışı Fizuli Rəsulovla mobil telefonla danışaraq 180 000 manata satılması barədə razılaşıb. 2014-cü ilin payızında o, Fizuli Rəsulovla «Port Baku» biznes mərkəzində adını xatırlamadığı restoranlardan birində görüşüb, bağ üçün 64000 manat beh alıb. Bundan sonra ikisi orada nahar edib. Biznes mərkəzindən çıxaraq taksiyə yaxınlaşarkən bir nəfər yanına gəlib və onunla getməli olduğunu deyib.

İfadədə bildirilib ki, özünü MTN-nin əməkdaşı kimi təqdim edən Fizuli Əliyevin idarə etdiyi qara rəngli "Hyundai" markalı avtomobillə MTN-nin yaxınlığındakı «Sultan» restoranına aparılan zərərçəkmiş buraya gətirilməsinin səbəbini soruşub. Fizuli Əliyev narahat olmamağı, istədikləri səbəbi göstərə biləcəklərini deyib. Onun üstünü axtarıb, çantasındakı 63715 manatı götürüblər, pulu cinayət yolu ilə əldə etdiyini, işinin istintaqa göndəriləcəyini deyərək, çantadakı puldan əlavə olaraq, 1-2 günə 300000 manat gətirəcəyi təqdirdə ona kömək edəcəklərini bildiriblər.

Nahar etdikdən sonra Fizuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədov onu MTN-nin nəzarət-buraxılış məntəqəsinə aparıblar. Orada Fizuli Əliyev «sabah 300000 manatı gətirməsən, qadınları bura gətirib, üzünə durmalarını istəyəcəyik, çantadakı pul bizə qalacaq, ailənin içində biabır olacaqsan, səni heç kəs qurtara bilməyəcək, ən ağır cəza alacaqsan» deyərək, hədə-qorxu gəlib. Zərərçəkən israrla pulunun olmadığını deyərək, saxlanılma səbəbini öyrənmək istəsə də, Natiq Alıyev «onda səndən 100000 manat alacağıq» deyə onu qorxudub. Fizuli Əliyev ona ertəsi gün saat 14:00-dək 100000 manat gətirməsini tələbə edib. Həmin gün saat 21.00 radələrində MTN-dən buraxılsa da, çantasından götürülən pulu qaytarmayıblar. Natiq Alıyev ona əlaqə saxlamaq üçün telefon nömrəsini verib.

Növbəti gün MTN-ə gedərək, Natiq Alıyevlə görüşüb. Natiq Alıyev onu əvvəlki gün saxlandığı otağa aparıb, daha sonra Zaur Məmmədov da ora gəlib. Onlar növbələşərək, pul verməyəcəyi təqdirdə həbs ediləcəyi, rüsvay ediləcəyi barədə söhbətlər ediblər. Saat 19.00-20.00 radələrinədək ac-susuz orada saxlayıblar. Həmin vaxt Zaur Məmmədov rəisi Fizuli Əliyevin onu «Sultan» restoranında gözlədiyini deyərək oraya aparıb. Bu işdə əsas fəallıq göstərənlər Fizuli Əliyevlə Natiq Alıyev olub. Zaur Məmmədov isə onların göstərişlərini qeyd-şərtsiz icra edib. Zaur Məmmədovla söhbətindən onun Vəhhabi təriqətinə mənsub olduğunu müəyyənləşdirib. Zaur Məmmədov onu «Sultan» restoranının kabinetinə gətirib, kabinetdə Fizuli Əliyev və Natiq Alıyev olub. O, içəri daxil olan kimi Fizuli Əliyev tapançasını çıxarıb, barmağında fırlatmağa başlayıb. Pulu nə üçün ləngitdiyini, ona bir gün də möhlət verdiklərini deyərək, evə buraxıb.

O, bütün gecə həmin pulu haradan tapa biləcəyini fikirləşsə də, çıxış yolu tapmayıb. Ertəsi gün səhər saatlarında MTN-nin nəzarət-buraxılış məntəqəsinə piyada gedərkən Fizuli Əliyev avtomobili yanında saxlayıb. Natiq Alıyev də avtomobildə olub. Onlar avtomobildən düşüb yolun kənarında dayanaraq ondan tələb etdikləri pulu gətirib-gətirməməsini soruşublar. O isə pul tapa bilmədiyini bildirib. Fizuli Əliyev "yaxşı, sənə inanırıq, telefonlarını bir ildir, dinləyirik, başqa pulunun olmadığını bilirik, sənin xahişini biz edərik» deyib. Aralarında söhbət 10-15 dəqiqə çəkib, onlar çıxıb gediblər.

MTN-nin əməkdaşları Fizuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədovun ona qarşı qanuna zidd hərəkətləri barədə qorxusundan heç kimə məlumat verməyib və heç bir dövlət strukturuna müraciət etməyib. Fizuli Əlyev, Natiq Alıyev və Zaur Məmmədov ondan götürdükləri 63.715 manat pulu isə ona qaytarmayıblar.
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh