Məhkəmələrin şəhidə, əlilə qarşı ədalətsizliyi... - ŞİKAYƏT VAR
Sosial
Oxunub: 765
6 yan 2017 | 09:19
Məhkəmələrin şəhidə, əlilə qarşı ədalətsizliyi... - ŞİKAYƏT VAR











Azərbaycanda məhkəmələrin ,özəlliklə mülki mübahisələrdə, sifarişlə qanuna,konstitusiyaya zidd qərarlar qəbul etməsi adi hal alıb. İş o yerə çatıb ki, şəhidə qarşı iddiaları görməzə-bilməzə icraata qəbul edir,özbaşınalığın “üstü açılanda” isə aidiyyatı dəyişdirib,tələbi mübahisəyə aid olmayan şəxsə qarşı yönəldirlər. “Rəvan” sığorta şirkətinin törəməsi olduğu “Nurgün Motors”da saxta defekt aktı tərtib edib “əlil maşını”nın dünyasını dəyişmiş yiyəsi Müzəffər Əhmədovdan və maşına və olaya aidliyi olmayan, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ əlili Xaliq Abbaszadədən 10 min manata yaxın sığorta ödənişi tələb etməsi 3 ildir davam edir. Şirkətin şəhid, əlil ailələrinə “sığorta qayğısı”ndan Qarabağ əlili əlavə xəstəliyə şəkərə yoluxub,Vergilər Nazirliyi əlillərin şikayəti əsasında saxta defekt aktı tərtib edib, vergidən yayınmaya görə “Nurgün” və “Rəvan”ı cərimələyib. Prokurorluq orqanları saxta defekt dələduzluğu üzrə cinayət işi qaldırmağı bir-birinin üstünə atır. Elə bu “cəzasızlıq prezumpsiyası”ndan ruhlanan “Rəvan” Qarabağ əlilini, şəhid ailəsini məhkəməyə təzyiq yolu ilə cəzalandırmaqdan qoymur.Saxta defekt aktı tərtib edib 10 min manat tələb edilməsinə görə Nərimanov məhkəməsində iddia qaldıran Qarabağ əlili Xaliq Abbaszadəyə qarşı “Rəvan” əsas cavabdeh şəhid Müzəffər Əhmədovun ünvanı üzrə Sabunçu məhkəməsində iddia qaldırıb. Məhkəmə (hakim Gültəkin Əsədova) eyni tərəflər arasında eyni predmet və əsaslar üzrə başqa məhkəmənin icraatında iş olmasına görə, Mülki Prosessual Məcəllənin (MPM) 153.2.4 maddəsini tətbiq edib “Rəvan”ın ərizəsini qəbul etməkdən imtina etmək əvəzinə, sifarişlə şəhid və əlil ailəsini borclu edən qətnamə də elan edib. Qarabağ əlilinin Sabunçu məhkəməsinin ölmüş şəxsə qarşı qətnamə çıxarmasını açıqlaması ilə qətnamə “icraatın şəhidin hüquqi varislərinin tapılmasına qədər dayandırılması” barədə qərardadla əvəz olunub. Nərimanov məhkəməsinin isə mübahisə üzrə qətnaməsi qəbul olunub və apellyasiya və kassasiya instansiyaları da bu qətnaməni qüvvədə saxlayıb. Buna baxmayaraq Sabunçu məhkəməsi (hakim İmran Burcayev) özbaşına hüquqi varis tapılmadan hakim Gültəkin Əsədovanın icraatın dayandırılması barədə qərardadını ləğv etmədən 2016-cı ilin fevralında iş üzrə icraatı təzələyib və “aidiyyatı üzrə” Suraxanı məhkəməsinə göndərib ki, əsas cavabdeh öldüyündən, aidiyyat dəyişib! (??). Özü də qərardaddan şikayətvermə müddətini gözləmədən. Suraxanı məhkəməsinin hakimi Ramil Həsənov icraataına götürdüyü işi əlilin çoxsaylı şikayətlərindən sonra geri qaytarmağa məcbur olub. Onu da deyək ki,əlilin qarşılıqlı iddiası 1 ildən çoxdur təqdim edilsə də, hələ də qarşılıqlı iddiaçı kimi tanınmayıb. Qarabağ əlilinin “Rəvan”a qarşı Suraxanı məhkəməsinə verdiyi və dəftərxanadan hakim Elçin Ağayevdə olduğu deyilən iddiası kimi qarşılıqlı iddiasını da məhkəmə it-bata salıb. Qayıdaq “aidiyyat qərardadı”na. Sabunçu məhkəməsinə qaytarılan bu qərardadın “taleyindən” Suraxanı məhkəməsinin Xaliq Abbaszadəni 28.11.2016 tarixinə hazırlıq iclasına çağırması barədə bildirişinə kimi xəbər çıxmayıb. Əlilin Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına şikayətləırinə cavab olaraq Bakı Apellyasiya Məhkəməsinin (AM) ümumi şöbəsinin müdiri Ələkbər Həsənov 21.10.2016 tarixli 6ÜŞ-1409/16 saylı məktubla bildirilib ki, Sabunçu məhkəməsinin 10.02.2016 tarixli qərardadından Xaliq Abbaszadənin verdiyi şikayət Bakı AM-in 18.08.2016 tarixli qərardadı ilə təmin olunmayıb. Özbaşınalığa fikir verin, tərəflərə nə bildiriş verilib, nə qərardad. Ən çöxu 3 aya baxılmalı olan şikayətə isə 6 aya baxılıb!(??) Başqa sözlə, qərardan şikayət vermə hüququ pozularaq mülki iş 05.10.2016-da Sabunçu məhkəməsinə qaytarılıb. Maraqlıdır ki, Bakı AM aidiyyatı Sabunçu hesab edib ona qaytardığı halda Suraxanı məhkəməsi (hakim Ramil Həsənov) 28.11.2016-da eyni tərəflər arasında, eyni predmet və əsaslar ilə Nərimanov məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu halda, MPM-in 261.0.2 maddəsi əsasında icraata xitam vermək əvəzinə Qarabağ əlilinin əleyhinə 9500 manatlıq qətnamə qəbul edib. Özbaşınalıq göz önündədir: əsas cavabdehə -şəhidə qarşı yönələn tələb də Qarabağ əlilinə “yüklənib”!(??) MPM-in 58-ci maddəsinə əsasən,tərəfin ölməsilə onun hüquqi varisini işə cəlb etmək əvəzinə, aidiyyatın dəyişməsinə qərar verən məhkəmə çıxış yolu kimi Qarabağ əlilinə “get özünü yandır” təklifini də unutmayıb. Bərakallah, belə məhkəmə hakimiyyətinə.
Məğrur Bədəlsoy
P.S.Konstitusiyadan, qanundan, məcəllələrdən xəbərsiz olan hakimlərin diqqətinə çatdıraq ki, Qarabağ əlilləri məhkəmələrdə mübahisələrində rüsum ödəməkdən azad olduqlarından ekspertiza və s. xərcləri onlara yüklənə bilməz
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE