Havar Məmmədovun biznes havası qalıb: Texniki Universitetdə rüşvətin analoquz texnikası
Sosial
Oxunub: 931
7 yan 2017 | 08:43
Havar Məmmədovun biznes havası qalıb: Texniki Universitetdə rüşvətin analoquz texnikası












Azərbaycan Texniki Universitetində rüşvətin alınmasının öz texnikası var

Bu haqda Politika.Az-a yazan tələbələrin sözlərinə görə, qış semestrində qiymətlər yay semestrindən fərqlənir.

Yayda tariflərin daha yüksək olduğunu deyən tələbələr bildirirlər ki, yanvar imtahanlarında endirim olunur. Hazırda qış imtahanı olduğuna görə sevinən tələbələr deyirlər ki, daha az pul verəcəklər.

ATU-nun keçmiş rektoru Havar Məmmədovun hələ də havasının, atmosferinin hökm sürdüyünü bildirən tələbələr sistemin dəyişməməsindən narazılıq edirlər.

"3” qiymətinin 60, “4” qiymətinin 80, “5”in isə 100 manata yazıldığı bu təhsil məbədində yayda tariflər 20-30 manat bahalaşır.

Dövlət imtahanlarının 700 manata yazıldığı Texniki Universitetdə rüşvət demək olar ki, rəsmiləşdirilib.

Mətbuatda da gedən xəbərlərdə ATU ən çox rüşvətin bulaşdığı təhsil ocaqlarından biri kimi təqdim olunur.

Universitet rəhbərliyi universitetin təsərrüfat sahəsində də ciddi maxinasiyalara yol verməkdə ittiham olunur.

Məlumata görə, dəftərxana ləvazimatları, təsərrüfat malları, inventar və avadanlıqlara xəclənən pullar əslində rəsmi sənədlərdə göstərilən kimi deyil. Bu sənədlərdə göstərilən qiymətlər real bazar qiymətlərindən qat-qat bahadır.

Bundan başqa ləvazimat və materiallardan asılı olaraq rüblük və illik hesabat sənədlərində də maxinasiyalar edilir. Rəsmi hesabat sənədlərində göstərilən yeni avadanlıqlar əslində bir neçə il əvvəl alınmış və istifadə olunmuş avadanlıqlardır.

İdarəçilik mexanizmini dəyişməyib. Prorektor İlham Pirməmmədovun da rolu və iştirakı az deyil.

İlham Pirməmmədova ən yaxın dekanlar Həsənov Fazil Abdüləzim oğlu,Aslanzadə İlham Alıcı oğlu və İbrahimov Bayram Qənimət oğlunun olduğu bildirilir.

Bu adları çəkilən dekanlardan Mühəndiz Biznesi və Menecment fakültəsinin dekanı,texnika elmləri namizədi İlham Aslanzadə və Radiotexnika və rabitə fakültəsinin dekanı,texnika elmləri doktoru professor Bayram İbrahimovun İlham Pirmməmədovla daha sıx əlaqədə olduğu bildirilir.

Onu da deyək ki, bu universitetin Azərbaycan Texnologiyalar Universiteti ilə birləşdirilməsi, izafi xərclərin azaldılması təklif olunur.

Ümumiyyətlə, ali məktəblərdə qış semestr imtahanları başlayıb. Universitetlərin əksəriyyətində imtahanlar test üsulu ilə götürülsə də, rüşvət yenə də əvvəlki qaydadadır. Hələ desək, qiymətlər bir az da artıb. Bir sözlə, Azərbaycan təhsilində Bolonya sistemindən leqal rüşvət mənbəyi kimi istifadə edilir.

Hələ bir müddət əvvəl Media Təqib Mərkəzi apardığı monitorinqin nəticələrini açıqlayarkən məlum olmuşdu ki, Texniki Universitet haqqında ən çox neqativ yazılan universitetlərdəndir.

Fim.az mediada yayılan xəbərlərə istinadə bildirir ki, Texniki Universitetdə tələbələrdən yığılan rüşvətlər hər ayın axırı rəhbərlik tərəfindən “maddi yardım” adı ilə paketlərdə “fəal” müəllimlərə paylanılır.

Rüşvətə qarşı amansız olduğunu deyən Qafqaz universitetinin yeni rektoru Havar Məmmədov ATU-da bazar açmışdı.

Araşdırmalar zamanı Havar Məmmədovun zavodlarından biri aşkarlanıb. Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir.

İllik dövriyyəsi orta səviyyədə olan, lakin tikinti bazarında tanınmış olan bu zavodun illik bir neçə milyon manat gəlir gətirdiyi deyilir. Həmin zavodda hər şey normal olsa da, təhlükəsizlik qaydalarına riyayət edilmədiyindən tez-tez qəzalar baş verir.

Rektor Havar Məmmədovun “Saba Gars” avtomobil mərkəzinə və “MakroMarket” mağazalar şəbəkəsinə şərik olduğu xəbəri də var. Onu da deyək ki, universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub.

Havar Məmmədovun daha bir villasını aşkarlamaq mümkün olub. Belə ki, bu dəfə Heydər məscidinin yaxınlığında, «milyonçular məhəlləsi» deyilən ərazidə rektorun 3 mərtəbəli villası var.

Xatırladaq ki, bir müddət əvvəl Havar Məmmədovun adı MTN işində keçmişdi. Saytlar yazmışdı ki, rektor Çovdarova 3 milyon dollar ödəmək məcburiyyətində qalmışdı.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!