Telman İsmayılovun qudası və böyük biznes şəbəkəsi olan tanımadığınız deputat - Hacı Salayev kimdir?
Sosial
Oxunub: 1 061
11 yan 2017 | 13:55
Telman İsmayılovun qudası və böyük biznes şəbəkəsi olan tanımadığınız deputat - Hacı Salayev kimdir?

















Ölkə qanunvericiliyi dövlət məmuralarına, Milli Məclisin deputatlarına sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qəti qadağan edir. Amma buna baxmayaraq bəzi məmur və deputatlar faktiki olaraq iri müəssisələrə rəhbərlik etməklə, bu qanunun "təsir zolağı”ndan kənarda qalırlar. Düzdür, heç şübhəsiz onlar bu fəaliyyəti rəsmi şəkildə həyata keçirmirlər. Yəni şirkətin rəsmi sahiblik hüququ onlarda olmur. Lakin istər ictimaiyyət, istərsə də onların şirkətində çalışan minlərlə işçilər dəqiq bilir ki, bu şirkətlər kimindir.

Məlumat üçün deyək ki, Hacı Salayev Milli Məclisdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil edir. İkinci çağırışdır Azərbaycan Parlamentinin üzvüdür. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür.

Deputat olana qədər Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) həqiqi hərbi xidmətdə olub. Xidmət etdiyi müddət ərzində əməliyyat müvəkkilindən şöbə rəisi vəzifəsinədək yüksəlib. Ehtiyyatda olan polkovnikdir.

Ehtiyyata buraxıldıqdan sonra "TRUST” mühafizə şirkətinin Baş direktoru, İdarə Heyətinin sədri vəzifəsində, sonra isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifələrində işləyib.

Millət vəkilinin tərcümeyi-halından da göründüyü kimi, o deputatlıq fəaliyyətinə qədər "TRUST” mühafizə şirkətinə rəhbərlik edib. Deputat olandan sonra rəsmi olaraq bu şirkətlə yollarını ayırsa da, faktiki olaraq bu müəssisəyə rəhbərlik edir. Vaxtının əsas hissəsini də Milli Məclisdə onun üçün ayrılmış xidməti otaqda deyil, bu şirkətin ofisində keçirir. Şirkətin idarə olunmasına birbaşa özü rəhbərlik edir.

Qeyd edək ki, Hacı Salayevin adı passiv deputatlar siyahısında "iri hərflərlə” keçir. Onun indiyə qədər bircə dəfə olsun Milli Məclisin sessiya və plenar iclaslarında çıxışı olmayıb. Mətbuata qapalı millət vəkillərindən olan H.Salayevin eyni zamanda ABŞ-ın fəxri vətəndaşı olduğu deyilir.

Mətbuatın yazdığına görə, H.Salayev "TRUST” mühafizə şirkəti ilə yanaşı digər şirkətlərə də rəhbərlik edir. Bu sırada Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan "Lake Palace Hotel”i, tikinti məhsullarının istehsal və satışını həyata keçirən tikinti şirkətinin adı çəkilir. Deputatın sahib olduğu "TRUST” mühafizə şirkətində iki mindən artıq işçi çalışır.

Sonda qeyd edək ki, Hacı Salayev yəhudi əsilli milyarder Telman İsmayılovla qudadır. Belə ki, deputatın oğlu milyarderin qızı il ailə qurub. Bu qohumluqdan sonra deputatın daha da varlandığı iddia olunur. (anv.az)
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”