“Azərtoxum” narazı sahibkardan qisas alır? – ARAŞDIRMA
Sosial
Oxunub: 740
17 yan 2017 | 06:07
“Azərtoxum” narazı sahibkardan qisas alır? – ARAŞDIRMA











“Azərtoxum” MMC-dən mətbuata şikayət edən, şirkət tərəfindən aldadıldığını və zərərə uğradığını bildirən Arif Süleymanov “oğurluqda” ittiham olunur. Bu barədə Qafqaznews.az-a sahibkar Arif Süleymanovun özü bildirib. Xatırladaq ki, yanvarın 11-də ““Azərtoxum” sahibkarlardan və dövlətdən nəyi gizlədir?” başlıqlı yazıda bu və digər məqamlara geniş yer verilib.

Qeyd edək ki, yanvarın 9-da Qafqaznews.az-da sahibkar Arif Süleymanovun “Azərtoxum” MMC-nin ünvanına səsləndirdiyi ittihamlar araşdırılmışdı. Belə ki, A.Süleymanovun sözlərinə görə, “Azərtoxum”la arasında olan müqavilə əsasında, onun icarəyə götürdüyü 200 ha torpaq sahəsinin 69 hektarlıq hissəsində qarğıdalı əkilib, lakin keyfiyyətsiz toxumlar ucbatından 43 min manat xərc çəkən sahibkar cəmi 3 min manatlıq məhsul götürə bilib.

Yanvarın 16-da isə A.Süleymanov bildirdi: “Sizin bu məsələyə həssas yanaşaraq apardığınız araşdırmalardan sonra, “Azərtoxum” MMC rəhbərliyi mənə qarşı oğurluq ittihamıyla Tovuz RPŞ-yə şikayət edib. Guya, mən öz torpaq sahəmdən 10 ton qarğıdalı oğurlamışam. Köhnə tarixlə hazırlanılan aktdan başqa, 70 yaşlı gözətçimiz İsmayıl Əliyevin də adından izahat Tovuz RPŞ-yə təqdim olunub. Bu gün axşam saatlarında RPŞ-də olacağam, dəqiq məlumatı sizinlə bölüşəcəyəm. Amma açıq-aydın görünür ki, Zeynal Əliyev və Məzahir Qasımov məndən qisas alırlar. Məndə olan məlumata görə, Tovuz RPŞ-də də hörmətli şəxslərin adından istifadə etməyə çalışıblar. Əgər mənim hər hansı cinayət əməlim var idisə, neçə ay əvvəl də bu məsələni qaldıra bilərdilər, niyə yazılardan sonra, yanvarın 13-də məndən polisə şikayət ediblər? Bu, açıq-aşkar qisas almaqdır, şərləməklə susdurmaq cəhdidir”.

Gözətçi İsmayıl Əliyevi də tapıb, fikrini öyrəndik: “Qurana and olsun, nə baş verir, mənim xəbərim yoxdur. 70 yaşım var, latınca bilmirəm, mən ancaq ərəbcə imza atıram. Arif Süleymanovun hər hansı oğurluğunu, sahədən gizlincə qarğıdalı daşımasını görməmişəm. “Azərtoxum”un 20-dən çox işçisi gəlmişdi, bütün məhsulu da özləri yığıb aparıblar.

“Azərtoxum”un nasaz bir kombaynı qalmışdı, yağışın altında gözət çəkirdim. Novruz müəllimə zəng elədim, dedim ki, gəlin kombaynı aparın, mənim də zəhmət haqqımı verin, ailəmə çörək aparım. Məni noyabr ayında Yevlaxa çağırdılar. Məzahir müəllim əvvəl pul vermək istəmirdi, böyük şəxslərin adını çəkərək məni hədələməyə başladı. Sonra Novruz müəllim dedi ki, gəl əyləş, sənə 150 manat verəcəyik. Bir başqa yaşlı gözətçi də gətirib əyləşdirdilər. Özləri nə yazdılar, neynədilər, bilmirəm. Mən Arif müəllimdən hər hansı hörmətsizlik görməmişəm. Hər zaman pula ehtiyac olduqda da, göndərib, vəziyyətimizlə maraqlanıb. Mən and içməyə hazıram ki, elə bir izahat verməmişəm”, – deyə İ.Əliyev vurğuladı.

“Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımov əvvəl bizə məsələdən xəbəri olmadığını desə də, az sonra zəng edərək bildirdi ki, hər kəs öz əməlinə görə cəzasını almalıdır: “Bu adam bizi şərləyir. O, cinayət işlədib. Bizdən xəbərsiz məhsulu oğurlayıb, gizlədib. Onlara dəfələrlə demişik ki, oğurladıqları məhsulu yerinə qaytarsınlar, amma sözümüzü dinləməyiblər. İsmayıl Əliyevin izahatında imzası saxtadırsa, ekspertizaya versinlər, aydınlaşdırsınlar”.

Biz Tovuz RPŞ-nin müstəntiqi Bərzani Abbasovla əlaqə saxladıq. O bildirdi ki, hələ cinayət işi açılmayıb, Məzahir Qasımov tərəfindən daxil olan şikayət hələ araşdırma mərhələsindədir. Müstəntiqin sözlərinə görə, İsmayıl Əliyevin izahatı şikayətçi tərəfindən təqdim olunub və hələ İsmayıl Əliyevlə Arif Süleymanovun ifadəsi polisdə alınmayıb. Xatırladaq ki, bu günlərdə sahibkar Arif Süleymanovun “Azərtoxum” MMC ilə bağlı şikayəti mətbuatda rezonans doğurdu.

Qafqaz Xəbər Agentliyinin araşdırmalarından sonra, bəzi ziddiyyətli məqamlar ortaya çıxmış və “Azərtoxum” MMC direktoru Məzahir Qasımovun sahibkara “Amerika toxumu” kimi təqdim etdiyi toxumluq qarğıdalının mənşəyi barədə suallar yaranmışdı. Belə ki, Məzahir Qasımovun “mənim müdirim” dediyi Zeynal Əliyev (o isə özünü əməkdaşımıza“Azəryem”in rəhbəri kimi təqdim edib – red.) mübahisə mövzusu olan qarğıdalı toxumlarının İsveçrədən gətirildiyini bildirmişdi.

Məzahir Qasımov bildirdi ki, Arif Süleymanov onlara yararsız torpaqları “sırıyıb”, əkinə inandırıb. “Bəs əkindən əvvəl sizin mütəxəssizləriniz olmamışdı orda?” – deyə soruşduq. “Olmuşdu. Mütəxəssislər şübhəli yanaşdı. Gəncədəki laboratoriyamız da işləmirdi. Nə isə… Gəlin, burda danışıb aydınlaşdıraq”, – deyə Məzahir Qasımov bildirdi.

“Məzahir müəllim, o “nə isə” bizə maraqlı gəldi. Əgər o torpaqlar “şübhəli” idisə, niyə toxum səpdiniz?” – deyə soruşduq. Elə bu anda hömsöhbətimiz yenidən əsəbiləşdi: “Gedin işinizlə məşğul olun… Mən sənə deyirəm ay kişi, başlamısan müstəntiq kimi suallar verməyə”. Məzahir Qasımovdan daha yeni söyüşlər eşitməmək üçün, sağollaşıb dəstəyi asdıq.

Xatırladaq ki, Z.Əliyev özünün “Azərtoxum”a aidiyyatı olmadığını, amma rəhbərlik etdiyi “Azəryem” vasitəsilə İsveçrədən “Pioneer” toxumları gətirdiyini demişdi. M.Qasımov isə sonradan bu toxumların İtaliyadan gətirildiyini demişdi.

Dövlət Fitosanitar Nəzarət Xidmətinin əməkdaşı Xəyalə Dadaşova isə Qafqaznews.az-a bildirib ki, 2016-cı ildə “Azərtoxum” MMC ölkəmizə cəmi 20 ton toxumluq qarğıdalı gətirib, bu toxumlar isə Gürcüstan mənşəlidir. Araşdırmamız davam edir.
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq