Mikayıl Cabbarovun әmri 275 saylı mәktәbdә saya salınmır
Sosial
Oxunub: 1 566
18 yan 2017 | 14:27
Mikayıl Cabbarovun әmri 275 saylı mәktәbdә saya salınmır












Amma, aparılan yoxlamalar zamanı әsl hәqiqәtlәr deyil, mәhz hәqiqәtlәrin görünmәyәn tәrәflәri üzә çıxarılır

Bu da bir hәqiqәtdir ki, son illәr respublikamızda tәhsilin inkişafı, problemlәrinin hәlli daha aktuallıq kәsb edәn mövzulardan birinә çevrilib. Belә ki, Mikayıl Cabbarovun tәhsil naziri vәzifәsinә tәyin olunması, bu sahәyә müәyyәn ab­hava gәtirmәklә bәrabәr, hәm hәm kadr tәyinatında, hәm dә tәhsilimizin bir çox sahәlәri üzrә müәyyәn islahat proqramlarının hәyata keçirilmәsindә mühüm rol oynadı. Bir sözlә, Azәrbaycanda tәhsilin inkişaf etdirilmәsi, әsas prioritet mövzulardan birinә çevrildi.

Bütün bunlara baxmayaraq, “Gündәm Xәbәr”in ötәn saylarının birindә Bakı şәhәri, Suraxanı rayonu Yeni Günәşli qәsәbәsindә fәaliyyәt göstәrәn ?.A.Eyvazov adına 275 saylı orta mәktәbdә yaşananlardan bәhs etmişdik vә onu da vurğulamışdıq ki, bu gün dә adı çәkilәn tәhsil ocağında tәhsilimiz bilәrәkdәn mәhvә sürüklәnmәkdәdir. Belә ki, tәhsil ocağında yaşananlarla bağlı mәlumatları redaksiyamıza çatdıran mәnbәnin bildirdiyinә görә, 2008­ci ildә Elmira xanım İsmayılovanın adı çәkilәn mәktәbә direktor tәyin olunması, әslindә analoqu olmayan faciәlәrin әmәlә gәlmәsinә sәbәb oldu. Çünki, hәlә bir müddәt bundan әvvәl istәr bayraq mәsәlәsi, istәrsә dә tәrtib etdiyi “Rüşvәt dәftәri” vә digәr çoxsaylı qanunsuzluqları ilә gündәmi zәbt edәn xanım direktora, atdığı addımlarının müqabilindә rәhbәrlik tәrәfindәn şiddәtli töhmәt dә verildi. O halda
hәr kәs düşünürdü ki, Elmira xanım ona qarşı atılan belә bir addımlarından sonra az­çox qanun­qaydaya әmәl edәcәk vә idarәçiliyindә qismәn dә olsa dönüş yaradacaq. Amma, atalar demişkәn “Sәn saydığını say, gör fәlәk nә sayır” deyimi, çox keçmәdi ki, özünü göstәrmәyә başladı.

Ümumiyyәtlә, xanım direktorun әvvәlki illәrdә qol qoyduğu çoxsaylı qanunsuzluqlar haqda mәlumatları redaksiyamıza çatdıran mәnbә qeyd edir ki, “Elmira xanım İsmayılovanın ilk illәrdә atdığı addımlardan biri, onun qanunsuz yollarla mәktәbә müәllim götürmәsi olmuşdur. Belә ki, o, İncәsәnәt Unversitetini bitirәn Böyükxanım adlı müәllimәni Azәrbaycan dili, heç bir zәrurәt olmadığı halda Dinarә xanımı isә, qrup müәllimi tәyin etmişdir. Daha iki nәfәrә dә, müәllim işlәmәk sәlahiyyәti verir. Onun belә bir addımlarından sonra, mәktәb müәllimlәrinin kütlәvi narazılığı baş qaldırır vә ayrı­ayrı instansiyalara silsilә şikayәtlәr dә ünvanlanır. Çox keçmir ki, direktorun qanunsuz yollarla işә götürdüyü müәllimlәrin hәr biri, müәllimlik vәzifәlәrindәn uzaqlaşdırılırlar. O, hәtta Mәshәti Mirzәyevanı da dәrnәk rәhbәri tәyin edibmiş. Baxmayaraq ki, tәhsil haqqında Qanuna görә mәktәb direktoru kimisә dәrnәk rәhbәri tәyin edә bilmәz. Tahirә xanım Gülmәmmәdova RF­nın Kamenski şәhәrindә “pedoqoji tәhsil almasına” baxmayaraq, xanım direktor onu azәrbaycan bölmәsi üzrә ibtidai sinif müәllimi dә tәyin edir. Elmira xanımın qol qoyduğu qanunsuzluqlardan әn başlıcası, bu gün onun mәktәb müәllimlәrini tәbәqәlәrә ayırması vә rәhbәrlik etdiyi tәhsil ocağına, sanki gәlir mәnbәyi kimi dә baxmasıdır. Mәsәlәn, o, ona rüşvәt vermәyi bacaran, “sözünü eşidәn” hәr bir müәllimi yüksәk dәrs saatı ilә tәmin edir. Hәtta, bu azmış kimi hәmin müәllimlәrә mәktәbdә repititorluq etmәk üçün lazımi şәrait dә yaradır. Hәmin vaxt Elmira xanımın basilica marağı o olur ki, repititorluqdan әldә olunan gәlirin müәyyәn hissәsi ona çatır vә belә bir sәbәblәr üzündәn dә, bu gün o, hәm hörmәtli, hәm dә olduqca imkanlı mәktәb direktoru hesab olunur. Adı çәkilәn tәhsil ocağında yaşanan әn biabırçı olay, Elmira xanımın tәrtib etdiyi “Rüşvәt dәftәri”nin bir müddәt bundan әvvәl, müәmmalı şәkildә yoxa çıxarılması olur. Yәni, bu haqda geniş ictimaiyyәt mәlumatlı olsa da, o, bütün imkanlarını sәfәrbәr edәrәk, yoxa çıxarılmış “Rüşvәt dәftәri”ni geri qaytarmağa da nail olur. Çox keçmir ki, xanım direktorun rәhbәrlik etdiyi tәhsil ocağında yaşanan biabırçı olaydan sonra, Bakı şәhәr
Baş Tәhsi İdarәsi әmәkdaşları tәrәfindәn mәktәbdә yoxlamalar aparılır. Amma, aparılan yoxlamalar zamanı әsl hәqiqәtlәr deyil, mәhz hәqiqәtlәrin görünmәyәn tәrәflәri üzә çıxarılır. Belә ki, adı “Rüşvәt dәftәri”nin siyahısında olan müәllimlәrdәn, yuxarı sinif şagirdlәrindәn, hәtta mәktәbin “ölü can”lar siyahısında yer alan Arif müәllimdәn belә izahatlar alınarkәn, onların hәr biri “lotareya oynayırdıq”, “maddi yardımlar edirdik” vә s.mәzmunda izahatlar yazmağa vadar edilirlәr. Ötәn ilin dekabr ayında Bakı şәhәr Baş Tәhsi İdarәsi әmәkdaşları tәrәfindәn aparılan yoxlamalar zamanı, adı çәkilәn tәhsil ocağında çoxsaylı qanunsuzluqlar yenә dә aşkarlanır. Yәni, adı çәkilәn qurumun әmәkdaşları mәktәbdә repititorluq edәn müәllimlәri görürlәr, mәktәbin idman zalının icarәyә verilmәsini aşkarlayırlar vә bütün bunlar haqda akt tәrtib etsәlәr dә, fotovideo çәkilişlәr hәyata keçirsәlәr dә, fakt budur ki, Elmira xanım İsmayılova bu gün dә 275 saylı tәhsil ocağına rәhbәrlik etmәkdәdir. Baxmayaraq ki, qanunvericiliyin tәlәbinә vә tәhsil naziri cәnab Mikayıl Cabbarovun müvafiq әmrinә görә, tәhsil ocaqlarının balansında olan otaqların, avadanlıqların vә s. icarәyә
verilmәsi qanunla qadağan olunur. Yәni, açıq­aydın bildirilir ki, dәrs saatlarının sonundan sonra elektrik enerjisindәn, sudan, istilik sistemindәn vә s­lәrdәn mәqsәdli şәkildә istifadә etmәk yolverilmәzdir. Amma әldә tediyimiz mәlumatlara görә, Elmira xanım verilmiş tapşırıqları vә qanunun tәlәbini qulaqardına vurmaqla, bu gün dә bildiyi addımlarını atmaqdadır. Mәsәlәn, verilәn mәlumatlarda o da bildirilir ki, dәrs saatları başa çatdıqdan sonra kәnar şәxslәr mәktәbin idman zalından karate idman növü üzrә istifadә edirlәr. Sözsüz ki, bu cür istifadә olunma zamanı, xanım direktorun marağı daha öndә tutulur. Olub­keçәnlәr haqda Bakı şәhәr Baş Tәhsi İdarәsinin rәhbәrliyi mәlumatlı olsa da, nәdәnsә Elmira xanıma “qaşın üstә qara var” deyәn olmur.

Demәli, …Rәhbәrliyin imkanlı vәzifә sahibinә çevrilmәsi haqda mәlumatları redaksiyamıza çatdıran mәnbә onu da bildirir ki, “xanım direktorun daha çox gәlir әldә etmәsinin kökündә, onun yuxarı sinif şagirdlәrini dәrslәrdәn yayındırmasıdır. Mәsәlәn, bu gün dә 9­11 sinif şagirdlәrinin yarıdan çoxu mәktәb üzü tanımırlar. Bütün bunlara baxmayaraq, Elmira xanım dәrsә gәlmәyәn şagirdlәrә qiymәt yazılması mәsәlәsini, daim diqqәtindә saxlayır. Yәni, o, çox zaman müәllimlәrә tәzyiq edәrәk dәrsә gәlmәyәn şagirdlәrә әn azından “3” qiymәti yazdırır. ?gәr hansısa müәllim onun diktәsi ilә oturub­durmursa, o halda xanım direktor ya rüblük sonu, ya da ki, dәrs ilinin sonunda jurnallardakı qiymәtlәrә düzәlişlәr edir vә yaxud da, “2” qiymәti yazılmış fәnn sәhifәlәrini cırıb atır vә yeni sәhifә açmağı da bacarır. Bu cür faktlar 2011/2012, 2012/2013 vә digәr illәrdә daha çox baş verib. 2015/2016­cı illәrin tәdris­buraxılış ilindә Taleh adlı şagird hәrbi dәrsdәn “2” qiymәti alsa da, ona ilin yekununda “3” qiymәti yazılır vә o, atestat almağa müvәffәq olur. Ümumilikdә belә bir addımlar atılmaqla, qeyd olunan tәdris­buraxılış ilindә tәqribәn 15 nәfәr şagirdin qiymәtlәrindә düzәlişlәrә yol verilir. Daha vacib problemlәrdәn biri dә, dövlәt tәrәfindәn tәsәrrüfat xәrclәrinә ayrılan vәsaitlәrin “qeybә çәkilmәsi” olur. Çünki, mәktәbin dәhlizlәrindәn qopan vә şagirdlәrin ayaqları altında sınıq­salxaq olan metlaxlar, uzun müddәtdir ki, qaydaya salınmır. Mәktәbin dörd tәrәfini әhatәyә alan hasarın uçub­dağılması da, deyәsәn rәhbәrliyi maraqlandırmayan mәsәlәlәrdәndir.

275 saylı mәktәbdә yaşanan vә bәlkә dә kimlәr üçün böyük әhәmiyyәt kәsb etmәyәn problemlәrdәn biri dә, adı çәkilәn tәhsil ocağında xadimә işlәyәn Arzu Novruzovanın çәtin duruma salınmasıdır. Belә ki, bu haqda mәlumatları zәng edәrәk redaksiyamıza çatdıran şәxsin bildirdiyinә görә, xanım Novruzovanın xәbәri olmadan o, bir yarım ştatdan bir ştata salınır. Olduqca ağır durumda yaşayan vә bir tikә çörәyә möhtac qalan
Arzu xanım, niyә belә bir olayla üz­üzә qalıb, hәlә dә belә bir sualın cavabını tapa bilmir. Amma, texniki işçilәr siyahısında adları xadimә gedәn vә iş üzü tanımayan Bәsti, Tamara vә Ruslan adlı şәxslәrin ştatları Arzu Novruzovanın ştatından fәrqli ştatlardır. Verilәn mәlumatlarda o da bildirilir ki, mәktәb üzü tanımayan şәxslәrin әmәk haqları da, rәhbәrlik tәrәfindәn “hәzmi­rabedәn” keçirilir.

Onu da vurğulayaq ki, Elmira xanım İsmayılovanın rәhbәrlik etdiyi tәhsil ocağı ilә bağlı mәlumatlar çapa hazırlanarkәn, açıqlamanın dәrci hәftәnin bazar gününә tәsadüf etdi. Ona görә dә, xanım direktorla әlaqә saxlayıb problemlәrin varlığına münasibәtini dәqiqlәşdirә bilmәdik vә son anda açıqlamanı bitәrәfli qaydada da dәrc etmәyә mәcbur olduq.

P.S. Hörmәtli oxucular! Adı çәkilәn tәhsil ocağında yaşananlarla bağlı, yaxın günlәrdә sizlәri daha әtraflı mәlumatlandırmağa çalışacağıq. Araşdırmamız davam edir. Odur ki, bizi izlәmәyi unutmayın.

Qarşı tәrәfi dә dinlәyә bilәrik


Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ