Qızlar təhsildən niyə yayınırlar?
Sosial
Oxunub: 1 540
14 noy 2014 | 19:26
Valideyinlər qızlarını oxutdurmaqda maraqlı deyillər

Azərbaycan təhsili dünya təhsil siteminə uyğunlaşdırılsa da, hələ də bir sıra problemlərin yaşanması bu inkişafı ləngidir. Təhsil ictimaiyyəti özü etiaf edir ki, istər ölkənin iri şəhərləri, istərsə də ucqar regionlarında məktəblərdə tədrisin keyfiyyəti qənaətbəş deyil. Bunun nəticəsidir ki, orta məktəblərdə şagirdlərin davamiyyəti aşağı səviyyədədir. Mərkəzi şəhərlərdə yuarı sinif şagirdlərinin dərsə deyil, repititorun yanına getməyə üstünlük verildiyi halda, rayon yerlərində ümumiyyətlə, dərsə gəlməkdən imtina edilir. Məlumata görə, bəzi rayonlarda məktəb direktoru ilə valideyn arasında əldə olunan sövdələşmə nəticəsində şagirdlər məktəbə deyil, repititor yanına gedir. Daha dəhşətli məqam ondan ibarətdir ki, bəzi bölgələrdə qız uşaqları ümumiyyətlə, təhsildən uzaq düşüblər.

Statistika nə deyir?

Bizim isə söhbət açacağımız əsas məsələ qızların təhsildən yayınması məsələsidir ki, illərlə bu problemi köklü şəkildə həll etmək mümkün olmayıb. Azərbaycanın birinci anımı, millət vəkili Mehriban Əliyeva Azərbaycan qadınlarının 3-cü qurultayında etdiyi çıışında zəif cins arasında savadsızlığın aradan qaldırılmasına çağırış edib. Təbii ki, belə bir çağırışın edilməsinə səbəb ən ço müşahidə olunan qızların təhsildən yayınması olub. Problemin yerlərdə vəziyyəti ilə bağlı regionlarda keçirilən monitorinq nəticəsində məlum olub ki, hazırda ölkədə qızların təhsildən yayınması ciddi təhlükə olmasa da, ciddi siqnaldır. Bu isə o deməkdir ki, yaın müddətdə problem aradan qaldırılmasa, Azərbaycan qadının təhsildən tamamilə uzaq düşməsi reallaşacaq. Elə buna görə də monitorinqin nəticələri barədə Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verilib. Xatırlatmaq yerinə düşərdi ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Dövlət İdarəçilik Akademiyasında çıxışı zamanı bu məsələnin nə dərəcədə ciddi olmasını vurğulamışdı: Bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, Ağsu və Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır. Bununla yanaşı, məsələn, Zaqatala rayonunda oğlanların sayı 40 faizdən azdır. Bu, onu göstərir ki, adı çəkilən bölgələrdə kifayət qədər mürəkkəb, gizli və latent proseslər gedir.

Valideynlər qızlarını erkən yaşda ərə verirlər

Qeyd edək ki, qızların təhsildən yayınması təkcə dövlətin deyil, həm də ailələrin və cəmiyyətin problemidir. Ekspertlərin qənaətincə, yalnız ictimai qınaq və ziyalı sözü problemi aradan qaldıra bilər. Azərbaycanda savadlı cəmiyyətin olması üçün savadlı ananın olmasının vacibliyi hər şeydən üstündür. Lakin aparılan araşdırmalar deməyə əsas verir ki, ölkənin Aran, Muğan və Cənub zonalarında qadınların təhsildən yayınması faktları mövcuddur. Xüsusilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara, Lerik, Yardımlı rayonlarında demək olar ki, qızlar təhsildən uzaqlaşıblar. Eyni problem Bakı kəndlərində də hökm sürməkdədir. Hazırda elə kəndlər var ki, ağsaqqallar yerli icra strukturlarına müraciət edirlər ki, sənəd alıb azyaşlı qızları ərə versinlər. Vəziyyət o həddə çatıb ki, valideyinlər qızlarını outmaq əvəzinə şəsiyyətini təsdiq edən sənd olmadıqda belə, bu yaşda qızları ərə verməyi üstün tuturlar. Bamayaraq ki, indiki şəraitdə ölkədə qadın hüquqlarının müdafiəsi ilə bağlı çosaylı maarifləndirici tədbirlər həyata keçirilir, ancaq oxutmuram, əl çəkin prinsipini əldə rəhbər tutan valideynlər savadlı, dünyagörüşlü övlad böyütmək əvəzinə qapı-qapı düşüb qızlarına ər axtarırlar. Araşdırmalar isə deməyə əsas verir ki, kəndlərdə qızların təhsil almağa marağı heç də aşağı səviyyədə deyil. Təsadüfi deyil ki, həmin qızlar orta məktəbi yüksək qiymətlərlə başa vururlar. Lakin onlardan asılı olmayan səbəblərdən təhsilləri elə bununla bitmiş olur. Mütəxəssislərin fikrincə, qızların təhsildən yayınmasında adət-ənənələr öz sözünü deyir. Belə ki, hələ də azyaşlı qızların ərə verilməsi problemi tamamilə aradan qaldırılmayıb. Digər tərəfdən, paytaxt və regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin yataqxanaları ya yoxdur, ya da yox səviyyəsindədir. Elə bu səbəbdən də qızları Bakıda oxuyan valideynlər özləri də 4-5 il paytaxtda kirayədə yaşamalı olurlar. Bu isə valideyinlər üçün olduqca çətin məsələdir. Təsəvvür edin ki, valideyinlər iş yerindən uzaqlaşmalı, Bakıda isə elə iş axtarmalıdır ki, həm kirayə, həm də təhsil haqqını ödəyə bilsin. Hazırki vəziyyətdə isə belə bir riskə getmək olduqca müşkül məsələdir.

Problemdən çıxış yolu varmı?

Etiraf edilməlidir ki, Azərbaycanda ziyalı, savadlı qadınların ortaya çıması üçün normal şərait yaradılıb. Qadınların dövlət və yerli özünüidarə orqanlarında təmsil olunması, idarəetmə və qərarların qəbul olunması prosesinə cəlb edilmələri üçün lazım olan bütün addımlar atılıb. Ancaq fakt odur ki, kütləvi olmasa da, ayrı-ayrı bölgələrdə qızların təhsildən yayınması baş verir. Belə halda bu məsələdə bütün məhsuliyyəti Təhsil Nazirliyinin üzərinə yımaq düzgün olmazdı. Etiraf edilməlidir ki, 13-16 yaşlı qızın ərə gedərək təhsildən yayınması həm də ailənin və cəmiyyətin problemidir. Eksrertlərin fikrincə, belə halların qarşısını almaq məqsədilə sovet dönəmində təhsillə bağlı əldə edilən ənənələrin qorunmasına ehtiyac var. O ənənəyə ki, qızların icbari təhsili valideyn və müəllimlərin birgə əməkdaşlığı sayəsində təmin edilməlidir. Valideynlərin bu işdə övladlarına dəstək olması üçün isə geniş ictimai maafirfləndirməyə ehtiyac duyulur. Təbii ki, bu məsələdə rayon təhsil şöbələri və məktəblər öndə olmalıdır. Bütün cəmiyyət, eləcə də təhsil ictimaiyyəti dərk etməlidir ki, qızların təhsildən kənarda qalması Azərbaycan üçün ço təhlükəlidir. Artıq elə vəziyyət yaranıb ki, birinci sinifə gedəndə qızların, doqquzuncu sinifi bitirəndə isə oğlanların sayı ço olur. Prosesin belə davam etməsi bir neçə ildən sonra Azərbaycanda savadsız analar ordusunun yaranmasına gətirib çıxara bilər...

A.ZƏKA/Analitik.az
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi