Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbərliyi kimə güvənir? - İTTİHAM VAR
Sosial
Oxunub: 717
23 yan 2017 | 09:05
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbərliyi kimə güvənir? - İTTİHAM VAR












Ölkə başçısının sərt iradına baxmayaraq, hələ də Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi üzrə işlər sürətlənməyib

Bu barədə AFN-ə məlumatlı mənbə bildirib. Bildirilir ki, işlərin gedişinə məsul olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov yenə də öz ampluasındadır: “Normalda müqavilələr üzrə materialların ölkəyə gətirilməsinin tezləşdirilməsinə göstəriş verilməli, podratçı şirkətlər tələsdirilməli idi, lakin prezidentin tapşırığından 10 gündən çox vaxt keçməsinə baxmayaraq, bu baş verməyib”.

Prezidentdən ciddi irad...

Yanvarın 10-da Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev bir sıra məsələlərlə bağlı narazılıq ifadə etdi. Bəzi məmurlar danlandı, onların işinin yarıtmazlığı qeyd edildi. Bunlardan biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov oldu.

Prezidentin yekun çıxışında toxunduğu məqam Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin gecikməsi oldu: “Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır. Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılmışdır, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər”.

Şübhəli tender əməliyyatları

T.Ziyadovun rəhbərlik etdiyi qurumun adı şübhəli tender əməliyyatlarında da hallanır. Belə ki, jurnalist araşdırması zamanı üzə çıxan fakta görə, QSC şübhəli şirkətlərə 23 müqavilə ilə 386 min 530 manat pul ödəyib. Həmin şirkətlərlə bağlı aparılan araşdırmalar zamanı isə aydın olub ki, Ağazamanovlar soyadlı ata-oğul və nəvəyə aid olan 29 şübhəli (araşdırmanın əhatə etdiyi dövrdə həmin şirkətlərin bağlanma mərhələsində olduğu məlum olub-red.) şirkətlə bağlanan müqavilələr əsasında ümumilikdə 33 milyon 360 min 499 manat dövlət vəsaitinin taleyi sual altındadır. AFN-in satınalmalar üzrə 2015-ci ilə aid reyestr məlumatlarını araşdırması zamanı üzə çıxıb olub ki, QSC-nin həmin ildə keçirdiyi tenderlərin bir çoxunun qalibi məhz bu şirkətlərin siyahısında olanlardır. Digər bir neçə şirkət haqda isə məlumat tapmaq mümkün olmayıb. Yalnız iki layihənin qalibi olan “ANT-SERVİS” MMC ilə bağlı elektron bazadan məlumat tapmaq mümkün olub. Yanğın-Texniki İstehsalat Mərkəzi, Lamak-Comd MMC, Kompass MMC, Yanğından Mühafizə Cəmiyyəti adlı şirkətlər isə bazada tapılmayıb. Hansı ki, bu şirkətlər vasitəsilə QSC 34 min 273 manat 2 qəpik məbləğində tender layihələri reallaşdırıb.

Fətullah Gülənlə əlaqə

T.Ziyadovla bağlı daha bir ajiotajlı məsələ onun Fətullah Gülənlə əlaqələrinin olması haqda yazılanlardır. Məlumatlarda Türkiyədən Azərbaycana gələn “FETÖ hesabatı”nda Bakı Dəniz Ticarət Limanı ilə bağlı ciddi faktların yer aldığı deyilir. Bildirilir ki, Türkiyə hökuməti bu faktların araşdırılmasını və Fətullah Gülən şəbəkəsinə bağlı olan şəxslərin aşkarlanaraq cəzalandırılmasını tələb edir. Mediada yayılan məlumatlarda həmçinin iddia olunur ki, QSC-nin baş direktoru Taleh Ziyadov və baş direktorun müşaviri İlham Mehrəliyev Gülən şəbəkəsinin gizli nümayndələri olaraq Pensilvaniyadan gələn təlimatlara əsasən Bakı Beynəlxalq Dəniz Ticarət Limanını idarə edirlər. “İlham Mehrəliyev əvvəllər Gülən camaatına aidiyyatı ilə tanınan “Modern Qrup”un rəhbəri olub. Təqribən bir il əvvəl Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktorunun müşaviri vəzifəsinə təyinat alıb” deyə bildirilir.

Kimdir Taleh Ziyadov?

Azərbaycan Diplomatik Akademiyasının elmi işçisi və professoru olub. O, ABŞ-da, Vaşinqton dairəsində yerləşən Corctaun Universitetinin Diplomatim Xidmət məktəbində magistr, Kembric Universiteti (Böyük Britaniya) doktorluq dərəcəsi üzrə təhsil alıb. O, bir sıra elmi araşdırmaların müəllifidir. Araşdırmalar əsasən Xəzər regionu və zəngin təbii sərvətlərə malik ölkələrdə nəqliyyat, logistika və energetika məsələlərini əhatə edir. Onun “Analysis of Current Events”, “Central Asia-Caucasus Institute Analyst”, “Eurasia Daily Monitor”, “Turkish Policy Quarterly”, “International Negotiation Journal”, və “the Moscow Times” kimi nüfuzlu qəzet və jurnallarda araşdırmaları dərc olunub. O, Johns Hopkins Universiteti tərəfindən 2007-ci ildə dərc edilən Yeni İpək yolu: Böyük Mərkəzi Asiyada Nəqliyyat və Ticarət kitabında Azərbaycanın Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rolu barədə fəsli yazılıb.

T.Ziyadov daha əvvəl, ABŞ-da Kolumbiya dairəsində Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktorunun müavini vəzifəsində və ADA-da dekanın akademik məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb.

2014-cü ilin noyabrından Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorudur.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb