Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovanın 95 illik yubileyi qeyd olunub - Nərimanov rayonunda
Sosial
Oxunub: 872
25 yan 2017 | 10:49
Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovanın 95 illik yubileyi qeyd olunub - Nərimanov rayonunda












Respublika Veteranlar Təşkilatında Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovanın 95 illik yubileyi qeyd olunub.

Tədbirdə Respublika Veteranlar Təşkilatının nümayəndələri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Adil Əliyev, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Böyük Vətən Müharibəsi, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər, yubilyarın ailə üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açmışdır. Natiq qeyd etmişdir ki, Fatma xanım Səttarovanın anadan olmasının 95 illiyi tamam olur. Fatma xanımı bütün Azərbaycan ictimaiyyəti, Azərbaycan xalqı yaxşı tanıyır. O, həm İkinci Dünya müharibəsi veteranı, həm ziyalı, həm də fəal bir insan kimi ölkənin həyatında yaxından iştirak edir.

Fatma Səttarova bu gün də ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. F.Səttarova müharibəvə əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etməklə, gənclərin Vətənə, dövlətə sədaqət, hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında təcrübəsini və biliyini əsirgəmir. Azərbaycanı MDB ölkələrində, o cümlədən Rusiya Federasiyası, Belarus, Ukraynada İkinci Dünya Müharibəsi ilə bağlı keçirilən tədbirlərdə layiqincə təmsil etmişdir.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Adil Əliyev yubilyarı təbrik edərək ona öz xoş arzularını çatdırdılar. Fatma Səttarovanın keçdiyi həyat yolu hər bir Azərbaycan gəncinə nümunə olduğu vurğulandı. Onun həyat təcrübəsindən daim istifadə edilməsinin vacibliyi bildirildi.

Yubilyar Fatma Səttarova çıxışında başda Prezident cənab İlham Əliyev olmaqla ölkə rəhbərliyinə və tədbirdə iştirak edən hər kəsə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq etdi. Hər zaman Azərbaycan xalqını layiqincə təmsil etdiyini və bundan qürur duyduğunu ifadə etmişdir.

Sonda Yubilyara Respublika Veteranlar Təşkilatının təmsil etdiyi “Veteran Həmrəyliyi” medalı təqdim olundu və xatirə şəkli çəkdirildi.


Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovanın 95 illik yubileyi qeyd olunub - Nərimanov rayonunda
Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovanın 95 illik yubileyi qeyd olunub - Nərimanov rayonunda
Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovanın 95 illik yubileyi qeyd olunub - Nərimanov rayonunda
Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovanın 95 illik yubileyi qeyd olunub - Nərimanov rayonunda
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO