BDU-da Jurnalistikanın 13 tələbəsi imtahandan kəsildi - “Səs yazısına görə bizdən acıq çıxırlar”
Sosial
Oxunub: 806
25 yan 2017 | 16:34
BDU-da Jurnalistikanın 13 tələbəsi imtahandan kəsildi - “Səs yazısına görə bizdən acıq çıxırlar”













Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə ünvanladığı təhdid dolu mesajlarının səs yazısının yayılmasından sonra 13 tələbə imtahandan kəsilib

Bu barədə bakipost.az-a tələbələr məlumat verib. Onlar bildirib ki, Jurnalistika fakültəsində Politologiya fənnindən keçirilən imtahan zamanı bir qrupun 13 tələbəsi aşağı bal alıb.

Tələbələr bunun dekanlığın həmləsi olduğunu iddia edir: "28 nəfərlik qrupdan 13 nəfər eyni vaxtda imtahandan kəsilib. Halbuki uşaqların hamısı imtahana 40-45 balla girib. Bu qədər balı olan tələbələrə imtahanda 10-12 bal yazılıb. Belə bir şey necə mümkündür ki?

Bundan başqa, imtahandan 14 nəfər kəsilsəydi, yenidən keçirilməli idi. Bilərək 13 nəfəri kəsiblər ki, təkrar imtahan keçirilməsin. Tələbələr növbəti semestrdə əziyyət çəksinlər. Səs yazısı mətbuata ötürüldüyü üçün bizdən acıq çıxırlar. Bizə mesaj vermək istəyirlər ki, başınıza oyun açarıq. Kəsrlərin politologiya fənnində olması da mesajın bir hissəsidir. Hamısı düşünülüb”.

Məsələ ilə bağlı fakültənin dekanı Cahangir Məmmədlinin mövqeyini öyrənməyə çalışsaq da, telefon zənglərimizə cavab vermədi.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bakipost.az-a açıqlamasında məsələnin araşdırılmalı olduğunu deyib: "Politologiya qeyri-ixtisas fənnidir. Həmin imtahanın cavablarını yoxlayanlar da başqa fakültənin müəllimləridir. Bu fənnin Jurnalistika fakültəsinin müəllimləri, dekanlığı ilə bir əlaqəsi yoxdur. Tələbələr özləri də bunu yaxşı bilir. Ona görə kəsilmənin məlum hadisəylə hansısa bağlılığını və ya bilərəkdən edildiyini düşünmürəm. Lakin araşdırıldıqdan sonra geniş açıqlama vermək olar”.
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb