Keçmiş sərhədçinin kompensasiyası hansı məqsədlə verilmir? - ŞİKAYƏT VAR
Sosial
Oxunub: 709
6 fev 2017 | 09:02
Keçmiş sərhədçinin kompensasiyası hansı məqsədlə verilmir? - ŞİKAYƏT VAR












Bu günlərdə ölkə mətbuatında 10 ilə yaxındır DSX-dən təqaüdə çıxan, amma məzuniyyətə çıxmadığı günlərə görə kompensasiya ala bilmiyən E.Cəfərov LEGİON-a bildirib ki, bir neçə il ərzində dəfələrlə DSX-yə şifahi və yazılı olaraq müraciət edib: “Hər dəfə də deyirlər ki, növbəti rübdə kompensasiya sənə veriləcək. Lazım olan sənədləri toplayıb təqdim edirəm, bankda hesab açdırıram, amma yenə də 180 gündən çox yığılan məzuniyyət günlərinə görə təzminat ala bilmirəm. E.Cəfərov qeyd edib ki, “Hərbi qulluqçuların statusu haqqında” qanuna və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 281 nömrəli Fərmanına, həmçinin Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 nömrəli qərarına əsasən, DSX ona məzuniyyətə çıxmadığı günlərə görə müvafiq məbləği ödəməlidir: “Dəqiq rəqəm deyə bilmərəm, bunu ancaq maliyyə şöbəsi hesablayıb müəyyən edə bilər.

Vaxtaşırı müəyyən şəxslərin ya tanışlıqla, ya da müxtəlif yerlərə ardı-arası kəsilməyən müraciətlərdən sonra o pulu aldığını eşidirəm. Bu yaxınlarda 7 nəfər məzuniyyət günlərinə görə ödənişi alıb. Onlardan biri tanışımdır, həmin şəxs neçə ildir PA-dan Ombudsman Aparatına qədər müxtəlif yerlərə şikayət etmişdi. Yəqin ki, mən də hələ çox müraciət yazmalı olacam. Hər il DSX rəhbərliyinə yazılı müraciət edirəm, nəticəsi yoxdur”.
DSX-nin mətbuat xidmətinin əməkdaşı Namiq Cəlilov bir neçə gün əvvəl LEGİON-a bildirmişdi ki, qurumun pulu var və vaxtaşırı kompensasiyalar ödənilir”.
Həmçinin, N.Cəlilov məsələ ilə maraqlanıb məşğul olacağını da qeyd eləmişdi. Lakin E.Cəfərov hələ də DSX-dən hər hansı zəng olmadığını deyib. O qeyd edib ki, DSX rəhbəri Elçin Quliyevin tezliklə məsələyə müdaxilə edəcəyinə, bu məsələnin həllinə kömək göstərəcəyinə ümid edir: “Yəqin ki, ona demirlər, gizlədirlər... Əminəm ki, cənab general bu məsələdən xəbər tutsa, biganə qalmaz. Maliyyə şöbəsinin vəsaitlə bağlı problemi varsa, müəyyən siyahı tərtib etsin, biz də növbəmizi bilək, gözləyək. Lakin hər dəfə “gələn rüb” deyib bizi ümidləndirmələri doğru deyil”.
Bu günlərdə araşdırma apararaq, bəzi maraqlı məlumatlar əldə etdik. Belə ki, hazırda Dövlət Miqrasiya Xidmətinin rəisi olan Firudin Nəbiyev 2012-ci ilədək DSX rəisinin 1-ci müavini olub. 2012-ci ildəki transferdən sonra, F.Nəbiyev DSX-dən DMX-yə bir xeyli işçi gətirdib. Hətta ölkə mətbuatında Firudin Nəbiyevin məhz Elçin Quliyevin kadrı olduğu ilə bağlı çox yazılar dərc olunub. Əldə etdiyimiz bəzi məlumatlara görə, DSX-də xidmət edən vaxt kim Elçin Quliyevin kadrı oldusa, həmin şəxs hətta xidmətin başa vurduqdan sonra DMX-də xidmətini davam etdirə də bilər. Yox, əgər kimsə təsadüfən gəlib DSX-yə düşübsə, deməli, həmin şəxs vaxtından əvvəl təqaüdə çıxacaq və hətta məzuniyyətə çıxmayan günlərin pullarını da ala bilməyəcək.
Araşdırmalarmız nəticəsində bəlli oldu ki, DSX-dən DMX-ə transfer olunanların içində sonradan DMX-də general olanlarda olub. Olsun, biz anlayırıq ki, onlar Elçin Quliyevin kadrları olduğu üçün general olmağa nail olublar. Hətta bunu yazıb qeyd edəndə Eldar Mahmudovun yaxın qohumu olan ən gənc general Vüqar Allahquliyev yadıma düşdü. Vaxtilə general rütbəsində gəzərkən, “biz hakimiyyətdəyik” deyərək, Xətai rayonunda yaşadığı məhəllənin sakinlərini zəhmiylə vahiməyə salırdı... İndi isə üzü saqqallı, bekar, işsiz qalan general məhəllənin qarovulçularına zəng edib baş-beyinlərini aparır ki, ay nəbilim su niyə kəsildi, işıq niyə keçdi... Bu yerində dayanaq və qayıdaq E.Quliyevin kadrı olmuyanlara.
Yaxşı bu şəxsləri general etmirsinizsə, heç olmasa təqaüdə çıxandan sonra məzuniyyətə çıxmayan günlərin pullarını verin. Hörmətli generallar! Yoxsa gözləyirsiniz ki, nə vaxtsa sizi də təqaüdə göndərəcəklər və Vüqar Allahquliyev kimi yaşadığınız məhəllənin qarovulçularının baş-beyinlərini aparacaqsınız?
Təqaüdə göndərilmək hamı üçün var, ancaq biri var dövlət içində dövlət yaratmağa çalışan Eldar Mahmudov kimi, biri də var dövlətçiliyimizə daim sadiq olan sabiq nazir Namiq Abbasov kimi təqaüdə göndəriləsən...
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!