Azerinfo.az-ın çıxışından sonra: Nazirlik bəzi işçilərini vəzifədən azad etdi
Sosial
Oxunub: 1 070
7 fev 2017 | 08:03
Azerinfo.az-ın çıxışından sonra: Nazirlik bəzi işçilərini vəzifədən azad etdi














Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktorları və bir necə meşə gözətçisi nöqsanlara yol verdikləri üçün vəzifədən azad ediliblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq 2016-cı ilin dekabr və 2017-ci ilin yanvar aylarında Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən Masallı, Zaqatala və Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin mühafizə vəziyyəti araşdırılıb.

Aparılan araşdırma zamanı sözügedən müəssisələrdə meşələrin qorunub mühafizə olunması sahəsində bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub. Yol verilən nöqsanlar Meşələrin İnkişafı Departamentində həmin müəssisələrin cavabdeh meşə mühafizə işçilərinin iştirakı ilə müzakirə edilib və müvafiq tədbirlər görülüb.

Belə ki, meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə, xidməti ərazilərində ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru, müəssisənin Qəriblər meşəbəyliyinin meşəbəyisi və 5 meşə gözətçisi tutduqları vəzifədən azad edilib. Digər cavabdeh meşə mühafizə işçiləri barəsində intizam tənbehi tədbirləri görülüb. Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Car meşəbəyliyinin meşəbəyisi və meşəbəyi köməkçisi, həmçinin 6 meşə gözətçisi işdən azad olunub. Müəssisənin direktoru və digər cavabdeh meşə mühafizə işçiləri barəsində müxtəlif intizam tənbehi tədbirləri görülüb. Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsində də cavabdeh şəxslər barəsində qanunamüvafiq intizam tənbehi tədbirləri görülüb. Müəssisənin direktoru, baş meşəbəyi, meşəbəyi köməkçisi və 4 gözətçi tutduqları vəzifədən azad olunublar. Bu istiqamətdə araşdırmalar digər müəssisələrdə də aparılır.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ