"“Maqnit” mağazasından kondisioner alanda ağlına da gəlməzdi ki..." - ŞİKAYƏT VAR
Sosial
Oxunub: 684
8 fev 2017 | 06:20
"“Maqnit” mağazasından kondisioner alanda ağlına da gəlməzdi ki..." - ŞİKAYƏT VAR












Gəncə şəhəri Yeni Qəsəbə bina 11 mənzil 1-də müvəqqəti yaşayan Kəlbəcər rayonundan məcburi köçkün Məmmədov İlham Yadigar oğlu Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən “Maqnit” mağazasından kondisioner alanda ağlına da gəlməzdi ki, onu aldadaraq canına elə üşütmə salacaqlar, məhkəmə qapılarında "titrətəmə"yə düşsün...

Onun ədliyyə naziri, hörmətli Fikrət Məmmədova yazdığı müraciəti təqdim edirik:

"Hörmətli Redaksiya!

Xahiş edirəm mənim haqq səsimi öz saytınız vasitəsi ilə ədliyyə nazirinə çatdırasınız ki, məhkəmə hüquq sistemində ədalətsizlik baş alıb gedir. O, cümlədən Gəncə şəhər Kəpəz Məhkəməsinin hakimi Nuru Quliyev ədalətsiz qərar qəbul edərək məni xəyal qırıqlığına uğradıb. Belə görünür ki, hakim müstəqil olaraq qərar qəbul edə bilmir. Ona görə ki, "Maqnit" mağazalar şəbəkəsinin rəhbərliyinin təzyiqi ilə rastlaşıb.

Hörmətli Fikrət Məmmədov!

Mən pozulmuş hüquqlarımın bərpası üçün Gəncə şəhər Kəpəz rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdim. İşə Hakim Nuru Quliyevin sədrliyi ilə 19 dekabr 2016-cı il tarixdə, 26 yanvar 2017 - ci il və 7 fevral 2017-ci il tarixdə cavabdehin nümayəndəsinin iştirakı ilə baxılmasına baxmayaraq bu gün, yəni 07 fevral 2017-ci il tarixdə məhkəmə zalında elan etdi ki, işə aidiyyatı üzrə cavabdehin yaşadığı Yasamal rayon məhkəməsinin baxması ilə bağlı qərardad qəbul edildi. Hesab edirəm ki, hakimin qərardadı ədalətsizdir. Ona görə ki, "Maqnit" mağazalar şəbəkəsinin Gəncə şəhərində Kəpəz rayon filalında fəaliyyət göstərən mağazadan mən kondisioner alaraq alqı-satqı müqaviləsi bağlamışdıq. Belə olan halda cavabdehin etibarnamə üzrə qanunu nümayəndəsinin iştirakı ilə keçirilən məhkəmə prosesinin təxirə salınması qanuna ziddir. Odur ki, xahiş edirəm tamamilə qanunsuz qərar qəbul etdiyinə görə həmin hakimlə bağlı ciddi ölçü götürülməsini təmin edəsiniz.

Mən eyni zamanda dəfələrlə polis şöbəsinə və Gəncə şəhər prokurorluğuna ərizə ilə müraciət etsəm də 3 ay müddətində heç bir rəsmi və şifahi cavab almamışam. Belə görünür ki, “Maqnit” mağazasının güclü havadarlarının dəstəyi nəticəsində mənə müsbət cavab verilmir. Odur ki, Sizdən xahiş edirəm ki, aşağıdakı göstərdiklərimi nəzərə alıb mağaza əməkdaşlarının əməllərində dələduzluq hərəkətlərinin olduğunu məhkəmə istintaq zamanı aşkar edib istintaq orqanına göndərilməsi barədə qərar qəbul edilməsinə göstəriş verəsiniz. Mən öz pozulmuş hüquqularımın bərpasını yalnız məhkəmədə gördüyüm üçün məhkəməyə müraciət etdiyimə yalnız bu halda peşman olmaram..

Kəpəz RPŞ-nə ərizə ilə müraciət etmişdim ki, Gəncə şəhərində dəmir yolu vağzalının qarşısında fəaliyyət göstərən “Maqnit” mağazasının əməkdaşları tərəfindən aldadılaraq dəyər qiymətindən 2 dəfədən çox qiymətə "Zanussi" markalı kondisioner hüquqi əsası olmayan alqı-satqı müqaviləsi ilə dırnaqarası müqavilədə göstərilən 1935 manat və digər xərcim 110 manat cəmi 2045 manata şişirdilmiş qiymətə verilməsi halları araşdırılıb qanuni qaraşdırılma aparılsın.

Ancaq RPŞ-si işi təhqiqat və ya istintaq orqanına vermək əvəzinə sahə müvəkkilinə tapşıraraq bir çox qaranlıq məqamları ört-basdır etdilər.

Belə ki, müqavilədə kondisionerin hara istehsalı olması və hansı gücə malik olması göstərilməməklə bərabər şişirdilmiş qiymətlə İtaliya brendi adı ilə Çin istehsalı olan 100 kv adı ilə mənə 60 kv-lıq kondinsioner sataraq kassa çeki vermədən mənim istehlakçı hüququmu pozmaqla bərabər əsassız müqavilə ilə öz dələduz hərəkətlərini ört-bast etmişdilər.

Mən dəfələrlə onlara bildirəndə ki, siz məni aldatmısınız, onlardan heç bir cavab ala bilmirdim.

Mən tanımadığım müqavilədə göstərilən sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Avdiyev İlqar Bayram oğlunun izahatı alınmalı idi ki, sözügedən kondisioner hansı illərdə gömrükdən hansı qiymətlə Azərbaycana daxil olub və nə üçün müqavilədə dəyər qiyməti göstərilməyib . Sahə müvəkkili tərəfindən işin araşdırılması üçün zəruri olan sorğular və izahatlar alınıb materiala əlavə olunmamışdır. Şikayət verdiyim şəxslərin azahatları ilə mənim izahatım arasında kəskin ziddiyətlər olsada bilərəkdən iş istintaq orqanına göndərilməyib ki, bizlər arasında üzləşdirmə keçirilməklə tərəflər öz iddia və tələblərini sözlə yox qanuni sənədlərlə sübuta yetirsinlər.

Sözügedən mağaza tərəfindən onlarla mənim kimi şəxslərin istehlakçı hüquqları dələduzluq yolu ilə pozulmuşdur.

İstintaq tərəfindən sözügedən "Maqnit" mağazasına işləyən şəxslərin hansı əsaslarla işləməsi işçi ilə işəgötürən arasında Əmək müqaviləsinin və ya başqa müqavilənin olub-olmaması, işçilər Əmək Məcəlləsinin tələblərinə uyğun işə götürülmüşdirsə Əmək Müqaviləsinin bağlanıb bağlanmaması araşdırılmalı, bu işdə təqsirkar olan şəxslərin məsuliyyəti müəyyənləşdirilərək müvafiq məsuliyyətə cəlb olunmalıdırlar.

İşçilərin gördükləri işlərin, hüquq və vəzifələrinin hansı qaydada rəsmiləşdirilməsi, Əmək rejiminin hansı qaydada və hansı müddətdə müəyyənləşdirilməsi, əmək haqqının hansı qaydada hesablanması, əmək haqqı hesablanarkən, verilərkən, Əmək haqqından tutulmalar aparılarkən, eləcədə mağazaya daxil olan malların dəyər qiyməti fakturada (qaimədə) hansı qiymətə olması, mağazadakı malların daşınma haqqı, maqazin güzəştləri ilə birlikdə malın dəyər qiymətinin maksimum satış qiymətinin 10-15 faiz civarında olması “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun yələblərinə əməl edilib edilməməsi müəyyənləşdirilməlidir.

Müqavilədə Zanussi ZACS 18 HPR göstərilsədə dələduzluq aşkar edən fakt odur ki, göstərilməli idi ki, ZANUSSİ ZACS 18 HPR/A 15 N 1(60 KV), eləcədə buraxılış tarixi, hara istehsalı olması bilərəkdən göstərilməyib ki, dələduz hərəkətlərini qondarma müqavilə ilə ört basdır etsinlər.

Xahiş edirəm son bir ildə maqaza tərəfindən mənim kimi aldadılmış şəxslərin müqavilələrdə araşdırılsın. Məlum olacaq ki, həqiqətən sözügedən maqazində dələduzluqla istehlakçıların hüquqları pozulmaqla vətəndaşların qanunla qorunan hüququna xələl gətirirlər.

Mən internetdə axtarıb tapmışam və digər kondisioner satan maqazalarla əlaqə saxlamışam, mənə məlum olub ki, həqiqətən mən saxta müqavilə ilə aldadılmışam. Odur ki, bir daha Sizdən pozulmuş hüquqlarımın bərpasına yardımçı olmağınızı xahiş edirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm! \\regionxeberleri.com\\
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ