Nazirliklər işçilərə sosial şəbəkələrdən istifadəni qadağan edib?
Sosial
Oxunub: 712
13 fev 2017 | 07:34
Nazirliklər işçilərə sosial şəbəkələrdən istifadəni qadağan edib?









Sosial şəbəkələr istəsək də, istəməsək də gündəlik həyatımıza daxil olub. Sosial şəbəkələrdən istifadə elə bir həddə çatıb ki, bəziləri onun xəstəsinə çevrilib və həyatını onlarsız təsəvvür etmir

Bəziləri də hesab edir ki, Facebook, Twitter, Odnoklassniki.ru, Vkontakte.ru və digər sosial şəbəkələrdən istifadə işçilərin də qulluq vəzifələrini yerinə yetirməsinə mane olur. Təsadüfi deyil ki, artıq bir sıra böyük dünya şirkətləri və dövlət qurumları iş yerlərində sosial şəbəkələrdən istifadəyə qadağa qoyub.

Bəs bu vəziyyət Azərbaycanda necədir? Sosial şəbəkələrdən istifadə etməyə dövlət qurumlarında icazə verilirmi?
Məsələ ilə bağlı Modern.az saytı bəzi nazirliklər və dövlət qurumlarından bu suala cavab istəyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaəqlər şöbəsinin müdiri Elman Babayev nazirlikdə işçilərin sosial şəbəkələrdən istifadəsinə hər hansı qadağanın qoyulmadığını bildirib.

“İşçilərdən sosial şəbəkələrdə səhifəsi olanlar var və bununla bağlı hər hansı məhdudiyyət mövcud deyil. Nazirliyin özünün də sosial şəbəkələrdə rəsmi səhifəsi mövcuddur”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev etik davranış qaydalarında internetdən yalnız iş məqsədləri üçün istifadənin nəzərdə tutulduğunu deyib.
“Sosial şəbəkələrdən də yalnız işdə ehtiyac duyulan işçilər istifadə edir. Yəni şəxsi məqsədlər üçün yox, iş məqsədilə istifadə olunur”.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, işçilərə sosial şəbəkələrdən istifadədə hər hansı qadağa qoyulmayıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov da nazirlikdə işçilərin sosial şəbəkələrdən istifadəsinə hər hansı qadağanın qoyulmadığını bildirib.

“Kim sosial şəbəkədə qeydiyyatdan keçibsə, ondan istifadə də edə, baxa da bilər. Hazırda hər kəs istər öz telefonundan, istərsə də komputerindən sosial şəbəkələrə daxil ola bilər. Bunun üçün hər hansı bir qadağa yoxdur”.
Məsələ ilə bağlı daha bir neçə nazirliyə sorğu göndərsək də, cavab vermək istəmədilər.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO