Hacıbala Abutalıbov "Əmrahbank"ı uçurtdu - əsl sensasiya!
Sosial
Oxunub: 1 229
19 noy 2014 | 01:12
Bankın rəhbəri yalvarırdı, Bakı meri isə uçurdun deyə bağırırdı

Millət vəkili, hazırda Almaniyada mühacirətdə olan Hüseyn Abdullayevin şəhərin mərkəzindəki ofisinin uçurulması xəbəri yayılıb. Virtualaz.org saytı bu barədə ilk məlumatı və fotoları paylaşıb. Orada göstərilir ki, ...Hüseyn Abdullayevin Bakının mərkəzində, Qaqarin körpüsünün yanında olan obyekti bu gün qəfildən uçub... Yusif Səfərov küçəsində, 27 saylı orta məktəblə üzbəüzdə yerləşən ikimərtəbəli bina ofis kimi icarəyə verilibmiş. Bundan başqa həmin obyektin anbar kimi istifadə edilən geniş sahəsi olub.

Hazırda hadisə yerində tikinti texnikası işləyir, daş-beton qalaqları təmizlənir. Fəhlələr deyib ki, bina qəfildən uçub. Onlar bunun nədən baş verdiyini bilmirlər. Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov virtualaz.org saytına açıqlamasında faktı təsdiqləyib.

Hacıbala Abutalıbov "Əmrahbank"ı uçurtdu - əsl sensasiya!Musavat.com isə aydınlaşdırıb ki, H. Abdullayevin olduğu iddia edilən bi binada əsas kirayəçi "Əmrahbank" olub. Belə ki, "Əmrahbank"ın baş ofisi uçan binada yerləşir. Şəxsən tanıdığımız oxucularımızdan biri hadisə zamanı bankda olub və hər şeyi bilavasitə müşahidə edib. O, müsavat.com-un müxbirinə eyib ki, bina uçmayıb, uçurulub: "Hər şey 15.30-da qəfildən baş verdi. Mən bankın içindəydim. Birdən, doğum evi tərəfdən binanı ekskavatorla uçurtmağa başladılar. Hər tərəf toz-duman oldu. Bankda işin qaynar zamanı idi. Müştərilər girib-çıxır, əməkdaşlar çalışırdı. Qəfil baş verən hadisə hamını şoka salmışdı. Kompyuterlər söndü, bankın sistemi çökdü. Bankın əməkdaşları və rəhbərliyi çölə atıldı. Bir də gördük ki, Hacıbala Abutalıbov şəxsən uçurulma işinin başında dayanıb. Bankın Yusif deyilən rəhbəri ("Əmrahbank"ın prezidenti Yusif İldırımzadə - Red. ) Hacıbala Abutalıbovun qarşısında yalvarmağa başladı. O da sanki bunları görmürmüş kimi "uçurdun" deyə bağırırdı. Lakin bir qədər sonra yumşaldı, bank hissəsinin söküntüsünü dayandırdı. Ayaqüstü danışdılar. Hər kəs də eşidirdi. Bank rəhbərinə avadanlıqları çıxartmaq və ofisi köçürtmək üçün bir həftə vaxt verdi... "

Uzun zaman prosesi müşahidə edən oxucumuz müsavat.com müxbirinə deyib ki, az sonra işçilər danışırdı ki, Hüseyn Abdullıayevin son şeiri iqtidardakıları qəzəbləndirib, ona görə də bu cür hərəkət edirlər.
Yazıda adları çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

Musavat.com

Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB