Dövlətqaçqınkom məcburi köçkünlərlə bağlı açıqlama yaydı
Sosial
Oxunub: 721
17 fev 2017 | 12:00
Dövlətqaçqınkom məcburi köçkünlərlə bağlı açıqlama yaydı











Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Prezidentinin 14 fevral tarixli fərmanı ilə əlaqədar olaraq açıqlama yayıb

Komitədən bildirilib ki, fərmanda müəyyən dəyişiklik edilməsi aidiyyəti dövlət qurumlarına əvvəlcədən məlum idi:

“Məlum idi ki, təbii qazla təmin olunmayan yataqxanalar, tikintisi yarımçıq qalmış binalar, pansionatlar və digər obyektlərdə sayğacların quraşdırılması texniki və istismar baxımından mümkün deyil.

Buna görə də ölkə Prezidenti tərəfindən hələ keçən ilin dekabr ayında Dövlətqaçqınkoma, kommunal xidmət təşkilatlarına, yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinə tapşırıq verilmişdi ki, belə obyektlərdə 2017-ci ilin yanvar ayı ərzində məcburi köçkünlərin adambaşına elektrik sərfiyyatı üzrə monitorinq aparılsın.

Bununla əlaqədar olaraq Dövlətqaçqınkom, kommunal xidmət təşkilatları və aidiyyəti icra hakimiyyətləri ilə birlikdə monitorinq aparıldı və təbii qazla təmin olunmayan obyektlərdə adambaşına 1 ay ərzində istifadə olunan elektrik enerjisinin hazırkı dövr üçün real sərfiyyatı müəyyənləşdirildi. Həmin monitorinqin nəticələri barədə ölkə Prezidenti İlham Əliyevə məlumat verildi”.

Komitədən qeyd olunub ki, 14 fevral 2017-ci il tarixdə imzalanan fərmanın 1.1-ci bəndində fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx, kompakt müvəqqəti məskunlaşma yerlərində (yataqxana, pansionat və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar 1 yanvar 2017-ci il tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatlarına ödəniləcək:

“Bunun üçün yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri, kommunal xidmət təşkilatları göstərilən obyektlərdə faktiki yaşayan məcburi köçkünlərin adlı siyahılarını təcili olaraq Dövlətqaçqınkoma təqdim etməlidirlər.

Fərmanın 1.2-ci bəndinə uyğun olaraq fərdi qaydada təbii qazla təmin olunmayan sıx, kompakt müvəqqəti məskunlaşma yerlərində məcburi köçkünlər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq, 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, su ilə bağlı ödənişlər isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ödəniləcək.

Həmin məcburi köçkün ailələrinin sayı barədə məlumatlar aidiyyəti qurumlar tərəfindən Komitəyə artıq təqdim olunub. Lakin yerli və əraziləri işğal olunmuş icra hakimiyyətləri, kommunal xidmət təşkilatları Komitənin yerli nümayəndələri ilə birlikdə təcili olaraq həmin obyektlərdə faktiki məskunlaşan məcburi köçkünlərin adlı siyahılarını Dövlətqaçqınkoma təqdim etməlidirlər.

Fərmanın 2.1-ci bəndində Nazirlər Kabinetinə fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limitin 3 gün ərzində müəyyən edilməsi tapşırılmışdır.

Əlavə olaraq bildiririk ki, həm fərdi qaydada sayğaclar quraşdırılması mümkün olmayan, həm də təbii qazla təmin olunmayan obyektlərdə yaşayan məcburi köçkünlərə ayda 20 manat həcmində müavinət ödəniləcək.

Əraziləri işğal olunmuş rayonların təqdim etdikləri siyahı əsasında həmin müavinətlər əvvəlki qaydada əraziləri işğal olunmuş rayonların hesabına köçürüləcək və məcburi köçkünlərin plastik kartlarına ödəniləcək.

Təbii qazla təmin olunmayan yerlər qazlaşdırıldıqdan, qəzalı binalar köçürüldükdən və sayğaclaşma mümkün olan yerdə quraşdırıldıqdan sonra o obyektlərdə yaşayan və ya köçürülən məcburi köçkünlər yenidən vahid müavinətlə təmin olunacaqlar.

Bir daha bildiririk ki, kommunal xidmətlərlə bağlı nəzərdə tutulan vəsaitlər mərkəzləşmiş qaydada Maliyə Nazirliyi tərəfindən xəzinədarlıq vasitəsilə kommunal xidmət təşkilatlarına ödəniləcək və bu işlərdə şəffaflıq tam təmin olunacaq. (oxu.az)
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...