Müəllimlərin maaşı artacaq - Rəsmi açıqlama
Sosial
Oxunub: 11 237
17 fev 2017 | 13:07
Müəllimlərin maaşı artacaq - Rəsmi açıqlama














İlk peşə ixtisas təhsili müəssisələri rasionallaşdırıldıqdan sonra diaqnostik qiymətləndirmədə yaxşı nəticə göstərən peşə məktəbi müəllimlərinin ümumtəhsil məktəblərinə keçidi, digər halda isə yüksək əməkhaqqı ilə təminatı nəzərdə tutulub

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Lent.az-a bildirib ki, bu ilin mart ayında diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin sənəd qəbulu, aprel-may ayları ərzində isə imtahanlar keçiriləcək.

E.Bağırovun sözlərinə görə, mart-aprel-may ayları ərzində ölkədə diaqnostik qiymətləndirmədən keçməyən daha 26 rayonda həm ümumtəhsil məktəblərində çalışan ,eyni zamanda ilk peşə ixtisas təhsili müəssisələrində işləyən müəllimlərin diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulub: “ Bu il diaqnostik qiymətləndirilmədə iştirak edəcək ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərinin sayı 1100-1200 arası təşkil edir.

26 rayon üzrə ümumtəhsil məktəblərində çalışan müəllimlərin sayı isə təxminən 50 minə yaxındır. Bu kontingentin hamısı bu aylar ərzində qiymətləndirmədə iştirak edəcək”.

E.Bağırov deyib ki, ilk peşə ixtisas təhsili müəssisələrində işləyən başqa pedaqoji kadrlar da var, amma diaqnostik qiymətləndirmədən ümumtəhsil fənlərini tədris edən müəllimlər keçəcək.

Qurum rəsmisi qeyd edib ki, diaqnostik qiymətləndirmə ilə bağlı nəzərdə tutulan maaş artımı ilk peşə ixtisas təhsili müəssisələrində çalışan müəllimlərə şamil edilmir: “Dövlət başçısının müvafiq sərəncamına əsasən, maaş artımı eyni qayda ilə ümumtəhsil məktəblərində çalışan, bilik və bacarıqları qiymətləndirilən müəllimlərə şamil olunacaq. Yəni burda peşə məktəbləri, peşə liseylərində işləyən müəllimlərdən söhbət getmir. Bu diaqnostik qiymətləndirmədən keçən ümumtəhsil məktəb müəllimləri üçün də maaş artımı onların göstəricilərindən asılı olaraq 40 % arasında dəyişə bilər”.

E.Bağırov onu da vurğulayıb ki, ilk peşə ixtisas təhsili müəssisələrinin rasionallaşdırılmasından sonra diaqnostik qiymətləndirmədən yaxşı keçən peşə məktəb müəllimlərinin yüksək əməkhaqqı ilə təminatı nəzərdə tutulub: “İlk peşə ixtisas təhsil müəssisələri rasionallaşdırıldıqdan sonra diaqnostik qiymətləndirmədə yaxşı nəticə göstərən müəllimlərin ümumtəhsil məktəblərinə keçidi, daha yüksək əməkhaqqı ilə təmini də nəzərdə tutulub. Yəni rasionallaşma prosesindən sonra yaxşı nəticə göstərən müəllimlərə daha yüksək əməkhaqqı verməyi planlaşdırırıq”.

“Müəllimin karyera inkişafında müəllimin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticə bir göstərici rolu oynayır. Əgər bir müəllim sabah direktor vəzifəsində iddialı olsa müsabiqə zamanı şəxsi işi araşdırılarkən onun qiymətləndirmədə göstərdiyi nəticə də meyar kimi istifadə edilə bilər” – deyə, E.Bağırov əlavə edib.

Qeyd edək ki, cari ilin aprel-may aylarında ölkənin digər 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, Yevlax, Ağdaş, Xocalı, Goranboy, Mingəçevir, Naftalan, Göyçay, Kəlbəcər, Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Ağstafa, Tovuz, Qazax, Zəngilan, Xocavənd, Cəbrayıl şəhər və rayonlarının 50 minə yaxın müəlliminin iştirakı nəzərdə tutulur.

Bununla yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimləri də qiymətləndiriləcək. İlk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi daha peşəkar, yüksək bilik və bacarığa malik pedaqoji işçilərin müəyyən edilməsi məqsədi daşıyır.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ