"Masaj" salonlarının yeni müştəri yığma metodu... - FOTO
Sosial
Oxunub: 6 569
19 noy 2014 | 19:59
"Masaj" salonlarının yeni müştəri yığma metodu... - FOTO"Hər cür masaj var", "İki əlli masaj...", "Südlə masaj...", "İntim yoxdur"...

Bu təqdimatları bir çoxlarımız görmüşük. Əsasən də "masaj" salonlarının reklamlarında.
Şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən və bu kimi "xidmət" yerlərinin böyük hissəsi qanunsuzdur. Belə masaj salonlarında təklif edilən xidmətlərin nədən ibarət olması hər kəsə məlumdur.
Artıq elə bir situasiya yaranıb ki, həqiqətən də masaj etdirmək üçün masaj salonlarına gedənlərə heç kəs inanmır. Hər kəs həmin şəxslərin oraya intim münasibətlər üçün getdiyini düşünür.
Bəlkə də haqlıdırlar. Çünki "masaj" salonlarına gedərkən xidmətlər haqqında sual verilir.

Cavab isə adətən, belə olur:

- Hansı masaj növləriniz var?
- 20 manatlıq masaj, 40 manat versən, hər şey...

Adı "masaj" salonu olan, amma fahişəxana kimi fəaliyyət göstərən salonların sayı bir neçə il öncəyə kimi olduqca az idi. İndi isə sayı-hesabı yoxdur. Artıq "masaj" salonları arasında rəqabət də formalaşıb.
Bu tipli salonların rəhbərləri öz obyektlərinə müştəri cəlb etmək üçün yamanca əziyyət çəkirlər. Bəzi sosial şəbəkələrdə qızların fotolarını yerləşdirərək, gəncləri başdan çıxarırlar. Şəhərin müxtəlif yerlərində divarlara elanlar yapışdırırlar. Bu tipli elanlarda isə nömrə və xidmət haqda qısa məlumatdan başqa heç nə yazılmır.
Son zamanlarda isə yeni bir reklam üsuluna əl atıblar. Şəhərin müxtəlif yerlərində, avtomobillərin sıx olduğu və tıxac yaranan ərazilərdə gənc qızlar əllərində kiçik reklam elanları paylayırlar. Sürücülərə yaxınlaşaraq, həmin elanları onlara uzadırlar. Bəzən isə sürücünün həmin elanı götürüb-götürməməyinin də fərqi olmur. Maşının pəncərəsi açıqdırsa, elan kağızını avtomobillərin içərisinə atırlar. Reportajımızı hazırlayarkən bunların bir daha şahidi olduq.
Fotolarda gördüyünüz bu gözü eynəkli reklamçı qızı Əhmədli metrostansiyası yaxınlığında gördük. Eyni işləri görən, amma müxtəlif masaj salonlarında çalışan qızlar şəhərin "28 May", "Nəriman Nərimanov", "Gənclik" və digər metrostasiyaları yaxınlığında eyni funksiyanı yerinə yetirirlər.
Maraqlısı odur ki, bu kimi elanlarda sadəcə, "masaj" salonunun adı və nömrəsi yazılır. Ünvan heç vaxt yazılı olmur. Bunun da səbəbləri məlumdur, gizlilik... Əslində bu kimi "masaj" salonlarının aşkarlanması çox asandır. Dövlət orqanları çox rahat şəkildə bu salonları aşkarlaya bilərlər.
Bakıda fahişəxanaların, amma belələrinin deyil, leqallaşmış fahişəxanaların olması lazımdır. İnsanlar fiziki ehtiyaclarını hansısa "masaj salon"larında, üzərində "otel" yazılmış "fahişəxanalarda" ödəməməlidir. Hansı ki, bu tipli yerlərdə bəzən müştərilər aldadılır, soyulur, hədələnirlər, müxtəlif xəstəliklər tapırlar.
Kitab dükanlarının, əyləncə mərkəzlərinin, hətta gediş-gəliş rahat olsun deyə avtomobillərin belə, yığışdırıldığı paytaxtın mərkəzi küçələrindən masaj salonlarını yığışdırmaq olmazmu?

http://musavat.com
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO