"Sovetski"də yanmış binanın sakinlərinə cavab: "Pul yoxdur, kömək gözləməyin!" - Foto
Sosial
Oxunub: 636
24 fev 2017 | 10:15
"Sovetski"də yanmış binanın sakinlərinə cavab: "Pul yoxdur, kömək gözləməyin!" - Foto











Ötən ay Yasamal rayonunda, "Sovetski" kimi tanınan Həzi Aslanov küçəsində yanan üçmərtəbəli yaşayış binasının sakinləri acınacaqlı vəziyyətdədirlər

Həmin binanın 9-cu mənzilində yaşayan Leyla Cəfərova aznews.az-a açıqlamasında bildirib ki, yanğından sonra Yasamal rayon icra hakimiyyətinin başçısının müavini və bir çox rəsmi şəxslər hadisə məkanına gəlsə də, onalara hələ də kömək olunmayıb:

“Hadisə günü biz hamımız şokda idik. Bazar ertəsi qonşularla birlikdə Yasamal rayon icra hakimiyyətinə getdik. İcra başçısının müavini bizi qəbul etdi. Otaqda bir neçə rəsmi şəxs də var idi. Bizə belə dedilər: “Sizə heç nə düşmür. Çünki sığortanız yoxdur. Əgər sığortanız olsaydı, sizə nəsə verilərdi. Nə olsun ki, bir qadın yemək bişirəndə evi yandırıb. Hökümətdə sizə yardım ayırmaq üçün pul yoxdur. Kömək gözləməyin.”

Bina sakinləri isə Yasamal rayon icra hakimiyyəti rəsmilərinə Sovetski kimi tanınan ərazidə yerləşən bu binanın onsuzda söküləcəyi haqqında onlara məlumat verildiyini deyiblər. İcra nümayəndəsi isə bu xəbərin tamamilə yalan olduğunu bildirib.

Bina sakini Leyla Cəfərova bildirir ki, son iki ildə bəzi şəxslər binanın ölçülərini götürmək üçün gəliblər:

“Bir dəfə şəxsən mənim mənzilimə gəlib dedilər ki, bina söküləcək, özünüzə ev axtarın. Bir dəfə də mən kommunal ödəniş üçün MİS-ə gedəndə orda da mənə dedilər ki, “Siz indiyə kimi mənzilin çıxarışının sürətini niyə gətirməmisiniz, çünki sizin eviniz söküləcək.”

Leyla Cəfərova hazırda çox acınacaqlı vəziyyətdə yaşadıqlarını qeyd edib:

“Mən qohumumun bağında qalıram, oğlum isə bacımgildə.”

Yasamal Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zöhrab Cəfərov bildirib ki, sözü gedən qurum yanan binaların bəpası ilə məşğul olmur:

“Bu məsələ ilə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq departamenti məşğul olur.”

Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı Tikinti və Təmir Şöbəsinin müdiri Qiyas İsmayılov aznews.az-a açıqlamasında bildirib ki, sözü gedən binanın sakinlərindən quruma hər hansı müraciət ünvanlanmayıb:

“Binanın sakinləri bizə yazılı şəkildə müraciət ünvanlasınlar. Burada həmin məsələ araşdırlacaq və hər hansı tədbir görüləcək.”

Xatırladaq ki, 27 yanvar tarixində Yasamal rayonu, “Sovetski” kimi tanınan Həzi Aslanov küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında güclü yanğın baş verib. Yanğın zamanı bir nəfər qadın, 1969-cu il təvəllüdlü Liliya Mixaylovna Xazibova mənzilində yanaraq can verib, Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının professoru, tarix elmləri doktoru Pərvin Darabadi isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib, iki gün sonra dünyasını dəyişib.

Yanğın zamanı 3 nəfər xəsarət alıb.


"Sovetski"də yanmış binanın sakinlərinə cavab: "Pul yoxdur, kömək gözləməyin!" - Foto


"Sovetski"də yanmış binanın sakinlərinə cavab: "Pul yoxdur, kömək gözləməyin!" - Foto
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO