Uşaqlarımızın sağlamlığı bu ünvana əmanətdir... - ŞİKAYƏT VAR
Sosial
Oxunub: 762
28 fev 2017 | 08:10
Uşaqlarımızın sağlamlığı bu ünvana əmanətdir... - ŞİKAYƏT VAR






Bu gün respublikamızın səhiyyə müəssisələrində yaşanan və bir çox vəzifə sahiblərinin günahları ucbatından əmələ gələn qanunsuzluqların, baş alıb gedən anarxiyanın varlığını eşitdikcə, yaxud da gördükcə sanki dəhşətə gəlirik. Son günlər belə bir olayların yaşandığı səhiyyə müəssisələrindən biri də, Sumqayıt şəhər Səhiyyə İdarəsinin tabeçiliyində fəaliyyət göstərən 3 saylı Uşaq Poliklinikasının olduğu bildirilir. Həkim günahı ucbatından olmazın olaylarla üz-üzə qalan və Sumqayıt şəhərinin 42-ci məhəlləsində yaşayan Səmədzadə soyadlı valideyinlər “Gündəm Xəbər”ə bildirirlər ki, “15 fevral 2017-ci il tarixdə doqquz aylıq körpəmizin səhhətində əmələ gələn ciddi problemlə bağlı, adı çəkilən səhiyyə müəssisəsinə müraciət etməli olduq. Onu da vurğulayaq ki, övladımız lap körpə vaxtlarından “allergiya” xəstəsi olmuş və xəstəliyi ilə bağlı poliklinikada olan “delo”sunda müəyyən qeydiyyatlar da yazılmışdı. Amma, həmin gün yaşadığımız ərazi üzrə sahə həkimi vəzifəsini daşıyan Xalidə xanım övladımızı ciddi müayinə etmədən, ondan hər hansı qan analizi götürmədən, hətta övladımıza məxsus “delo”da olan qeydiyyatlara nəzər belə yetirmədən doqquz aylıq Fateh Səmədzadəyə peyvənd iynəsi vurulmasını məsləhət bildi. Elə ki, həmin günün axşamçağı oldu, övladımızın səhhətində əmələ gələn problem bizi başqa bir həkimə müraciət etməyə vadar etdi. Diqqəti cəlb edən hal o oldu ki, doqquz aylıq körpəmizi müayinə edən həmin həkim bildirdi ki, “bu körpəyə peyvənd iynəsi vurmaq olmaz, çünki uşaq “allergiya” xəstəsidir” dedikdə, sanki şoka düşdük. O halda bildik ki, doqquz aylıq Fateh Səmədzadənin təkrar pis duruma düşməsində, məhz “allergiya” xəstəsi olan övladımıza peyvənd iynəsinin vurulması başlıca səbəb olub. Belə bir addımların atılması ya həkim səhlənkarlığı, ya da ki, həkim savadsızlığı kimi qiymətləndirilməlidir. Hələ bunlar azmış kimi baş verən hadisədən bir neçə gün sonra, daha dəqiq desək 24 fevral günü adı çəkilən səhiyyə müəssisəsində olub yaşananlarla bağlı aydınlıq gətirilməsini tələb etdikdə, 3 saylı Uşaq Poliklinikanın şöbə müdiri Aybəniz xanım “olub da, get həkimin başını yar” deməkdən də çəkinmədi. Əslinə baxsan istər şöbə müdiri, istərsə də baş həkim Tacirə xanım bizi qəbul edib baş verənlərə aydınlıq gətirmək əvəzinə, bu cür davranışların nümayiş etdirilməsi bir daha onu söyləməyə əsas verir ki, adı çəkilən səhiyyə ocağında sanki insan taleyi ilə “iqruşka” oynayırlar”. Əslinə baxsan yaşanan belə bir olay olduqca xoşagəlməz hadisə olduğundan, biz də bir redaksiya olaraq baş verənləri heç cür tərdirəlayiq addım hesab etmirik. Yalnız onu qeyd etməyi özümüz üçün bir borc bilirik ki, həkim məsuliyyəti olduqca böyük olmalıdır. Çünki, baş verə biləcək hər hansı hadisəyə görə cavabdehliyi həkim və adı çəkilən səhiyyə müəssisəsinə rəhbərlik edənlər daşıyırlar. İnanırıq ki, açıqlamanın dərci aidiyyəti qurumların, xüsusilə də səhiyyə naziri cənab Oqtay Şirəliyevin diqqətindən heç də kənarda qalmayacaq və yaşananlarla bağlı lazımi araşdırmaların aparılması üçün o, tabeçiliyində olan şəxslərə müvafiq tapşırıqlarını da verəcək. Əldə etdiyimiz məlumatlara görə, bu gün Sumqayıt şəhərindəki 3 saylı Uşaq Poliklinikası xoşagəlməz olayların girdabında boğulmaqdadır. Çünki poliklinikada saysız-hesabsız problemlərin, xoşagəlməz amillərin varlığı və s. məhz belə bir addımların atılmasını zəruri edən səbəblərdir. Bu yöndə araşdırmalarımızı davam etdirib, yaxın günlərdə çoxsaylı oxucularımızı yaşananlarla bağlı məlumatlandırmağa da çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir