Azərbaycandakı MİLYONÇULARIN sayı açıqlandı - 13 nəfərin şəxsi təyyarəsi var
Sosial
Oxunub: 617
5 mar 2017 | 18:11
Azərbaycandakı MİLYONÇULARIN sayı açıqlandı - 13 nəfərin şəxsi təyyarəsi var










Hazırda Azərbaycanda 6 min milyonçu, 260 multimilyonçu, 100 ultramilyonçu və 11 sentamilyonçu yaşayır. Bu qalmaqallı məlumat "Knight Frank” şirkətinin illik "The Wealth Report-2017” məruzəsində yer alıb.

"Knight Frank”ın məruzəsinə əsasən, dünyada sərvəti 1 milyardı ötən şəxslərin sayı 2016-cı ildə 60 nəfər artaraq 2024 nəfər olub. Varidatı 30 milyon dollardan artıq olan ultramilyonçuların sayı 6340 nəfər, onların ümumi sayı isə 193,49 min nəfər təşkil edib.

"Proqnozlara görə, Rusiyada və MDB ölkələrində milyonçuların sayı, 2026-cı ilə qədər 60% artacaq, amma Azərbaycan və Qazaxıstan artımın səviyyəsinə görə Rusiyaya çatacaq. Beləliklə, regionda ultra milyonçuların sayı 5170 nəfər olacaq", - sənəddə qeyd edilir.

"Knight Frank” ekspertləri öz analizlərində həmçinin göstərirlər ki, varlılığın əsas əlamətlərindən biri şəxsi təyyarələrin olmasıdır. Məlumata görə, Azərbaycanda 2016-cı ildə 2006-cı il ilə müqayisədə şəxsi avialayner sahiblərinin sayı 550% artıb (!). Azərbaycanda 10 il əvvəl cəmi iki nəfərdə şəxsi təyyarə var idi, amma keçən ilin nəticəsinə görə artıq bu rəqəm on üçdür. Bu göstəricinin artması üzrə bizim milyonçular dünyada dördüncü yeri tuturlar. Birinci yerdə isə qəribə də olsa, Belarus varlıları gəlir. 2006-cı ildə bu ölkədə xüsusi mülkiyyətdə cəmi bir təyyarə var idi, amma indi Azərbaycanda olduğu kimi on üçdür (1200% artım baş verib).

Tədqiqatda Azərbaycanda super varlı insanların sayı üzrə ətraflı məlumatlar yer alıb. Belə ki, ölkədə 2006-cı ildə 1 milyon dollardan yuxarı sərvətə malik olan 2700 insan var idisə, 2015-ci ilə belələri 5600 nəfər, 2016-cı ildə isə 6 min nəfər olub. Proqnoza əsasən, Azərbaycanda dollar milyonçularının sayı 2026-cı ilində artaraq 9600 nəfər olacaq.

Əgər 2006-cı ilində 120 multimilyonçu var idisə, 2015-cidə – 240, 2016-cıda 260 nəfər, 2026-cı ilə ölkədə 10 milyon dollardan yuxarı sərvətə malik 420 nəfərin olacağı proqnozlaşdırılır.

Ultramilyonçuların sayı 2006-cı ildə 50 nəfər idisə, 2015-ci ildə bu rəqəm 90 nəfərə çatıb və 2016-cı ildə 160 nəfər olacağı proqnozlaşdırılır.

Sənəddə həmçinin göstərilir ki, 2006-cı ildə Azərbaycanda 5 sentamilyonçu olub. 2015-ci ildə sərvəti 100 milyon dolları keçən belə şəxslərin sayı 10-a çatıb. 2026-cı ildə isə 18 nəfər olacaq.

Maraqlıdır ki, mənbə Azərbaycanda sərvəti 1 milyard dolları keçən şəxslərlə bağlı heç bir məlumat verməyib. (Virtualaz.org)
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?