Fərasət Qurbanov: "Bəzi saytlarla bağlı baş prokuror və DTX rəisinə müraciət edəcəyik"
Sosial
Oxunub: 666
9 mar 2017 | 06:26
Fərasət Qurbanov: "Bəzi saytlarla bağlı baş prokuror və DTX rəisinə müraciət edəcəyik"













Azərbaycan Respublikasının Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurası (QHT DDŞ) bir sıra saytlarla bağlı baş prokuror Zakir Qaralov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə edib.

Bu barədə APA-ya QHT DDŞ Katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat verib. Onun sözlərinə görə, Şuranın fəaliyyətində hər zaman şəffaflıq və hesabatlılıq prinsipini əsas götürüb: "Təəssüf ki, bəzi media qurumlarında müxtəlif dövrlərdə Şuranın fəaliyyətinə kölgə salmağa, işgüzar nüfuzunu ləkələməyə çalışan şantaj və böhtan xarakterli yazılar yer alıb. Bunlardan bəziləri Mətbuat Şurasına müraciətimizdən sonra üzr istəyərək, peşmanlığını ifadə etsə də, bundan nəticə çıxarmayan elektron media qurumları var. Ötən aydan etibarən bir sıra saytlarda Şura haqqında hüquq qaydalarına və peşəkar jurnalist araşdırması normalarına uyğun olmayan, vətəndaş cəmiyyətinin inkişafı sahəsində ölkədə davamlı həyata keçirilən dövlət siyasətini qərəzli şəkildə gözdən salmağa yönələn məqalələr yayımlanıb. Bu cür saytları dəfələrlə yayımladıqları "məqalələrə" görə real araşdırmalar aparmağa dəvət etsək də, bütün suallarını cavablandırmağa hazır olduğumuzu bildirsək də onlar bundan yayınmaqla əsl məqsədlərinin şantaj və böhtan olduğunu göstərib".

F. Qurbanov deyib ki, bu yazılarda Şuranın ictimai nüfuzuna və bütövlükdə ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə kobud hörmətsizlik edilməklə çoxsaylı təhqir və böhtana yol verilib.

"Bütün bunlara görə bu gün www.obyektivinfo.az, www.azerinews.org, www.nia.az, www.hakimiyyet.az, www.korrupsiya.az və www.uluyol.info saytlarında haqqımızda dərc olunmuş böhtan, şantaj və təhqir hallarının araşdırılması xahişi ilə Zakir Qaralova və Mədət Quliyevə müraciət göndərmişəm. Şura olaraq, bu tip hallara qarşı sonadək dözmək fikrimiz yoxdur. Hesab edirik ki, bu məsələ hüquq müstəvisində həllini tapmalıdır" - deyə, o əlavə edib.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...