Azərbaycan təhsilində biabırçılıq: 239 saylı məktəbdə rüşvət görün necə yığılır (ŞİKAYƏT)
Sosial
Oxunub: 689
9 mar 2017 | 23:09
Azərbaycan təhsilində biabırçılıq: 239 saylı məktəbdə rüşvət görün necə yığılır (ŞİKAYƏT)

















239 saylı məktəbdə baş alıb gedən rüşvətxorluq müəllimələri dilə gətirdi.

Paytaxt Bakıda istifadəsi yararsız olan məktəb binalarının yenidən təmir edilməsi, yeni sinif otaqlarının şagirdlərin ixtiyarına verilməsi son 10 ildə dövlətin apardığı əsas təhsil siyasətinin bir parçasına çevrilib. Buna baxmayaraq, yeni təhsil ocaqlarında valideynlərdən və müəllimələrdən yığılan rüşvətlər sözügedən təhsil siyasətinə vurulan ən böyük zərbələrdən biridir.

Bu cür ümumtəhsil müəssəsələrindən biri də Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 239 saylı orta məktəbdir. 2008-ci ildə "Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi çərçivəsində ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın təmir etdirdiyi məktəb hələ də rüşvətlə idarə edilir.

Bu barədə AZXEBER.COM-a ünvanlanan məktubda Bəylərova Süsən adlı oxucumuz məlumat verib.

Məktubda məktəbin direktoru Sədaqət Əzimovanın özünəməxsus qaydalarla məktəbi idarə etdiyi və müəllimələrdən dərs saatlarına görə rüşvət aldığı qeyd edilib. Bundan başqa repetitorluqla məşğul olmaq istəyən müəllimələr və repetitor yanına getmək istəyən uşaqlar mütləq Sədaqət müəlliməni razı salmalıdırlar:

"Məktəbdə müəllimələrə dərs saatı verilməsinə görə, repetitorluq fəaliyyətlərinə görə, uşaqlar isə repetitor yanına getdiklərinə görə rüşvət verirlər. Bütün bunlarla yanaşı müəllimələrin "açıq dərs”lərinə görə də rüşvət alınır. Belə ki, hansı müəllimə Sədaqət Əzimovanın onun qoyduğu dərsə "yaxşı” deməsini istəyirsə, 100-200 manat arası rüşvət verməlidir. Əks təqdirdə həmin müəllimin qoyduğu açıq dərs hesab olunmur. O özü ixtisasca kimya müəlliməsi olmasına baxmayaraq, rüblük zamanı bütün müəllimələrin əvəzinə valideynlərdən pul alaraq şagirdlərə özü qiymət yazır. Öz qızını isə heç bir test imtahanı vermədən ibtidai sinif müəlliməsi təyin edib. Vaxtaşırı iclas çağırıb, məktəbə birinci sinif şagirdlərinin yığılmamasına görə müəllimləri təhqir edir. Daha xəbəri yoxdur ki, onun rüşvətxorluğuna görə valideynlər bu məktəbə uşaq gətirmirlər. Və hər dəfə bizim ondan yuxarılara şikayət etdiyimizi bildiyini deyir. O "məni heç kim işdən çıxarda bilməz, çünki mən 30 ildir direktoram. Həm də Naxçıvanlıyam” deyir”.

Məktubda direktorun 7-ci, 8-ci və 9-cu sini şagirdlərinə aşağı qiymətlərin yazılmaması üçün xüsusi tapşırıq verdiyi də qeyd edilib. Buna səbəb valideynlərin kütləvi şəkildə şagirdləri məktəbdən çıxarmalarıdır:

"Axır günlər isə 7-ci, 8-ci, 9-cu sinif şagirdlərinə aşağı qiymətlərin yazılmaması üçün göstəriş verib. Çünki qorxur ki, valideynlər uşaqları məktəbdən çıxarılar və siniflər azalar. Bu da məktəbin bağlanmasına gətirib çıxarar”.

Şikayətçi direktorun bu əməllərinə görə ona etiraz edən direktor müavini Solmaz xanımla münasibətlərinin pisləşdiyini də qeyd edib.

Mövzu ilə bağlı 239 saylı məktəblə əlaqə saxlasaq da, direktor S.Əzimovanın hazırda suallarımıza cavab verə bilməyəcəyi bildirilib.


Azərbaycan təhsilində biabırçılıq: 239 saylı məktəbdə rüşvət görün necə yığılır (ŞİKAYƏT)
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE