Azərbaycan və Türkiyə şirkəti arasında 6 milyonluq qalmaqal - İŞ MƏHKƏMƏDƏ
Sosial
Oxunub: 626
10 mar 2017 | 20:21
Azərbaycan və Türkiyə şirkəti arasında 6 milyonluq qalmaqal - İŞ MƏHKƏMƏDƏ













"Svit Haus" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Türkiyənin "İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialını məhkəməyə verib.
Report" xəbər verir ki, 2 saylı Baki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC, imzalanmış mənzil tikintisinə və satışına dair müqavilələr üzrə vətəndaşlar tərəfindən əvvəlcədən ödənilmiş pul vəsaitləri və şirkətin maddi vəsaiti hesabına parking yeri və 4-cü mərtəbəyə qədər qaldırılmış binanın xəbərdarlıq edilmədən sökülməsi, eləcə də, söküntü işləri başlamamışdan əvvəl binada saxlanılmış tikinti materiallarının məhv edilməsi nəticəsində, ümumilikdə 6 milyon manata yaxın pul vəsaiti vurulmuş maddi ziyanın əvəzi olaraq Türkiyə şirkətindən tutulub "Svit Haus"a ödənilməsinə dair iddia irəli sürüb.

Hazırda iş məhkəmə icraatındadır və hakim İntizar Bayramovanın sədrliyi ilə baxılır.

Tikinti şirkəti iddia ərizəsini onunla əsaslandırıb ki, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 5 saylı ünvanda, “Heydər Əliyev Mərkəzi”nin ön hissəsində yerləşən ərazidə inşası planlaşdırılan çoxmərtəbəli yaşayış binasında yeni mənzil almaq arzusunda olan yüzdən artıq vətəndaşla "Svit Haus" tikinti şirkəti arasında əvvəlcədən cəmiyyətin hesabına müxtəlif məbləğlərdə pul vəsaitləri ödənilərək müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə vətəndaşlar tərəfindən ödənilmiş pul vəsaitləri və şirkətin maddi imkanları hesabına 2012-ci ildə qeyd olunan ərazidə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış tikinti-layihə sənədləri əsasında çoxmərtəbəli yaşayış binasının inşasına başlanılıb və qısa müddət ərzində binanın parking yeri və 4-cü mərtəbəyə qədər qaldırılıb. Tikinti işlərinin surətlə getdiyi müddətdə, nazirliklərdən birinin və Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri şirkətin həmin ərazidə yerləşən ofisinə gələrək, tikilməkdə olan yaşayış binasının gələcəkdə “Heydər Əliyev Mərkəzi”nin və “Konqres Holl”un ümumi konsepsiyasına uyğunlaşdırılması məqsədi ilə yeni layihənin təklif ediləcəyi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən yekun qərar qəbul edilənə qədər işlərin müvəqqəti dayandırılmasını tələb edib, ərazi müvafiq dövlət qurumu tərəfindən mühafizəyə götürülüb və işlərin davam etdirilməsinə icazə verilməyib. Dövlət orqanları tərəfindən həmin problemin həlli ilə bağlı yekun qərarın qəbul edilməsi 3 il müddət çəkib. "Svit Haus" MMC-nin rəhbərliyinin etdiyi çoxsaylı rəsmi və qeyri-rəsmi müraciətlərə cavab verilməyib, məsələnin müzakirə edilməsindən daima yayınılıb. Lakin, parking yeri və 4-cü mərtəbəsinə kimi qaldırılmış tikili 2016-cı ilin avqust ayının 20-dən etibarən 2-3 gün ərzində sonradan müəyyənləşdirilmiş, həmin ərazidə park salma və abadlaşdırma işləri həvalə edilmiş “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən məhkəmə qərarı olmadan, qanunsuz olaraq tamamilə sökülüb, tikinti materialları məhv edilib, torpağın altına basdırılıb.

Vətəndaşlar tərəfindən ödənilmiş və şirkətin xərclədiyi pul vəsaitlərinin qaytarılması ilə bağlı göstəriş verilsə də, bununla bağlı heç bir narahatlığa əsas olmadığı bildirilsə də sonradan kompensasiya məbləğinin verilməsindən qəti şəkildə imtina edilib.
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
Dünən, 11:36
Terror dalğası Avropa sıçradı: türklər hədəfdə - VİDEO