"Kabinetlər köçürülüb, avadanlıqlar dəhlizlərə yığılıb, həkimlər qıraqda qalıb" - Xəstələr şikayətçidir
Sosial
Oxunub: 740
12 mar 2017 | 23:05
"Kabinetlər köçürülüb, avadanlıqlar dəhlizlərə yığılıb, həkimlər qıraqda qalıb" - Xəstələr şikayətçidir















Bu gün Elmi-Təqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda xəstələr etiraz aksiyası keçirib.
Xəstələrin Gununsesi.info-ya verdikləri məlumata görə, buna səbəb institutda iş rejiminin pozulması, eyni zamanda qəbul və diğər şöbələrinin işinin iflic vəziyyətinə düşməsidir: “ Kabinetlər köçürülüb, avadanlıqlar dəhlizlərə yığılıb, həkimlər qıraqda qalıb. Hansı həkimə yaxınlaşırıqsa, müayinə üçün kabinetlərin köçürüldüyünü deyir. Artıq bu haqda nazirliyin Qaynar Xəttinə şikayət edib, baş verənlər haqqında xəbər vermişik”.
Xatırladaq ki, martın 6-dan etibarən Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda kollektiv bir-birinə dəyib. Gununsesi.info-ya bu haqda məlumat verən mənbənin sözlərinə görə, buna səbəb kollektivə yenicə direktor təyin edilən Həqiqət Qədirovanın xəstəxanın təmir işlərinin xərclərini kollektivin üzərinə qoymasıdır. İnstitutun həkimləri iddia edirlər ki, Həqiqət Qədirova onları məcbur edir ki, xəstəxananı təzədən təmir etdirsinlər: “Yeni direktorun işə təyin olunmasından bir ay keçməmiş həkim və tibb personalını məcbur edir ki, institutu təmir etdirək. Hər kəs çalışdığı şöbəni yenidən təmir etsin, elektrik, su xətlərini yeniləsin, məgər büdcədə pul yoxdur? Təbii var. Sadəcə, həmin pullar yeyilib, təmir isə lazımi səviyyədə aparılmayıb. Axı nəyə görə təmiri xəstəxananın kollektivi etməlidir? Dövlət müəssisəsidir e.. bu xəstəxana. Dövlət də onun bütün xərclərini ödəyir”.
Mənbə iddia edir ki, H.Qədirova vərəm üzrə mütəxəssis deyil: “O, vərəm üzrə mütəxəssis deyil, mikrobioloqdur. Lakin vərəmə aid hər şeyə qarışır. Ölüm hadisələri olur, lakin bütün bunlar müzakirə edilmir. Əsas problemimiz budur. Vərəmlə, infeksiyayla işləyə-işləyə bizə deyir ki, xəstədən aldığınız 3-5 manatla xəstəxananı təmir etdirin. Heç kim də ağzını açıb danışa bilmir. Çünki onun nazirliklə əlaqəsi var. Çünki səhiyyə naziri Oktay Şirəliyev onu şəxsən özü bura işə gətirib. Ona görə də onun yanında özünü yaxşı adam kimi göstərir. Qaynar xəttə zəng edə bilmirik. Hamı indiki ağır iqdisadi durumda işini itirməkdən qorxur. Xəstəxananın bütün müəssisələrində təmir gedib. Akuşer-ginekologiya, elmi-tədqiqat və digər müəssisələrinin hamısını təmirini dövlət öz üzərinə götürüb və bu işləri də həyata keçirib. Ən ağır sosial vəziyyət vərəm müəssisəsindədir. Ən ağır, sosial vəziyyəti çətin, ən kasıb xəstələr də vərəmdədir. Biz burada nə qazanırıq ki, müəssisəni də öz hesabımıza təmir etdirək. Büdcə nəyə görə vərəmdən müalicə müəssisəsinə pul ayırmır? Əgər ayırırsa da, hanı həmin pullar? Direktor 20 000 AZN tələb edir, bu təmir üçün. Bundan əvvəlki, ondan insaflıydı. 5 000 AZN tələb etmişdi. Allah üçünə biz də yığışıb elədik. Sonunda burada çalışırıq. İş şəraitimiz yaxşılaşdı. İndi isə nə az, nə də çox 20 000 AZN tələb edir. Hardan alaq? Bu soyuqda xəstələri içəri keçməyə qoymur. Bayırda uzun-uzadı növbəyə dayanırlar. Heç kimi qəbul etmir, dinləmir”.
Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutnun direktoru Həqiqət Qədirova ilə əlaqə yaratmağa çalışsaq da, köməkçisi dəstəyi institutun təsərrüffat məsələləri üzrə dürektor müavini Asif Balayev cavab verdi. O əməkdaşımızla söhbətində bildirib ki, hazırda müəssisədə təmir işləri aparılmır. Təmir xərclərinin tibb personalının üzərinə qoyulmasına gəlincə isə o: “Belə bir şey yoxdur”-, deyib.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...