İlahiyyatçı: “Siğənin fahişəlikdən fərqi nədir?”
Sosial
Oxunub: 2 468
24 noy 2014 | 15:41
İlahiyyatçı: “Siğənin fahişəlikdən fərqi nədir?”









“İslamda müvəqqəti nikah yoxdur”

Müxtəlif fikir ayrılığına səbəb olan məsələlərdən biri də siğənin İslam dinində olub-olmaması məsələsidir. Bu gün özünü müsəlman adlandıran Azərbaycan əhalisinin demək olar ki, əksəriyyəti siğənin nə olduğunu bilmir. Yaxud da onu müxtəlif cür izah etməklə insanları çaşdırırlar. Bəs əslində siğə nədir və ya mütləq lazımdırmı? İlahiyyatçı Elşad Miri sualın cavabında bildirir ki, siğə əxlaqsızlığa dini don geyindirmək istəyənlərin etdiyi bir davranışdır:“Siğəyə müvəqqəti nikah deyirlər. İslamda müvəqqəti nikah yoxdur. Heç kim öz yaxınına rəva bilmədiyi şeyi başqaları ilə etməməlidir. Bu, bəzi kişilərin uydurduğu bir məsələdir. Özünə hörmət qoyan şəxs belə addım atmaz. Nə peyğəmbərin dövründə, nə də sonradan belə bir anlayış olmayıb.”

Bəzi dindarların siğənin alternativ kəbin olduğu ilə bağlı söylədiyi fikirlərə ilahiyyatçının münasibəti belə oldu: “Quranın Nisa surəsində 24-cü ayədə bildirilən məsələ, kəbində qadına verilən mülkiyyət haqqı ilə bağlı bir məsələdir. Siğədə bu haqq olmur.” İlahiyyatçı siğənin fahişəliklə eyni olduğunu da vurğuladı: “Qadına müəyyən məbləğ ödəyirsən və o, razılaşırsa qadınla bir yerdə olursan. Bunun fahişəlikdən fərqi nədir? Kim razı olar ki, bir qadın kiminsə 3 saatlıq, 1 günlük, 3 günlük arvadı olsun? Sabah bundan doğulanlar, dünyaya gələnlər necə olacaq? Bu cəmiyyəti parçalamaq üçün ortaya atılmış bir anlayışdır. Ailə anlayışına qarşı çıxan bir anlayışdır. Peyğəmbərdən əvvəl ərəb cəmiyyətində bu kimi məsələlər olub.”
E. Miri qeyd etdi ki, peyğəmbər bu kimi məsələnin heç bir zaman halal olmadığını bildirib:“Əgər buna icazə verilsəydi, o zaman Əbubəkr, Ömər, Osman və Əli də bunu edərdi. Halbuki Əli evli ola-ola peyğəmbərimiz onun ikinci dəfə evlənməyinə icazə verməyib. Fatimə vəfat edəndən sonra Əli ikinci dəfə evləndi. Əgər elə bir icazə olsaydı, Əli Fatimə sağ ikən gedib kimisə siğə edərdi. Əgər Allahın əmri, hökmü idisə kim siğəyə qarşı gələ bilərdi, kim etiraz edə bilərdi? Peyğəmbər niyə bir neçə qadınla evlənirdi ki, onda? Gedib istədiyi qadınla siğə edərdi əgər belə bir şey var idisə. Bu, bəzi mollaların uydurmasından başqa bir şey deyil.”
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?