Azərbaycanda qadın narkomanlar sürətlə artır
Sosial
Oxunub: 2 965
24 noy 2014 | 15:48
Azərbaycanda qadın narkomanlar sürətlə artır















Hər il 200 min adam narkotikdən dünyasını dəyişir”

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı baş verən cinayətlərin sayı artmaqda davam edir. Narkotik maddələrin saxlanması, daşınması və istifadəsi hallarına tez-tez təsadüf edilir. Bəs, belə halların qarşısının alınması istiqamətində hansı addımların atılmasına ehtiyac var? Bu və digər suallarımızı “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev cavablandırır.

- Şəmsəddin müəllim, Azərbaycanda narkomaniyanın səviyyəsi hansı həddədir?

Azərbaycanda qadın narkomanlar sürətlə artır

Azərbaycanda qadın narkomanlar sürətlə artır

- Azərbaycanda təxminən 28 min narkoman qeydiyyatdadır. Burada söhbət yalnız müvafiq qurumlara müraciət edənlərdən gedir. Bəlkə də 200 min ətrafında insan müraciət etməkdən ehtiyatlanır. Buna səbəb onların cinayət məsuliyyətinə cəlb edilmə ehtimalından yayınmalarıdır. Azərbaycanda narkotiklə mübarizə sahəsində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi öndə gedir, MTN, Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinin də bu məsələdə kifayət qədər rolu var. Narkomaniyaya qarşı mübarizənin səmərəsi onunla ölçülür ki, bu sahədə kifayət qədər neqativ hallar aşkar edilib. Belə ki, bu ilin altı ayı ərzində 1822 cinayət faktı aşkar edilib ki, bu faktlar sırf narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. Bu göstərici əvvəlki illə müqayisədə təxminən 270 fakt çoxdur. Aşkar edilən cinayətlərin 512 faktı satış, 1309-u isə əldə edib saxlama məqsədilə baş verib. Qalan faktlar isə təbii ki, narkotikdən istifadə ilə bağlıdır. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən 28 kq heroin, 118 kq tiryək, 80 kq həşiş, 275 kq marixuana aşkar edilərək götürülüb. Təbii ki, cinayət məsuliyyətinə cəlb edilənlərin də sayında artım müşahidə edilir.

- Nəzarətdən kənarda qalmış Dağlıq Qarabağda narkotik plantasiyaların mövcudluğu beynəlxalq aləm üçün nə dərəcədə təhlükə mənbəyi hesab olunur?

- Bu gün Azərbaycanın işğal olunmuş ərazilərinə dövlətin nəzarəti yoxdur. Bu isə Azərbaycanın tranzit ölkə kimi digər ölkələrə narkotik vasitələrin daşınması üçün şərait yaradır. Bizim İranla təxminən 6 min km sərhədimiz var ki, etiraf edilməlidir ki, bu ərazilərdən də Azərbaycana narkotik vasitələrin gətirilməsi mümkündür. Buna baxmayaraq hüquq mühafizə orqanları bu sahədə üzərlərinə düşən vəzifəni yerinə yetirə bilirlər. Bu gün iri dövlətlər Azərbaycanın işğal olunmuş ərazisində dövlətin nəzarətinin olmamasını görür və bundan özlərinin dövlət maraqları üçün istifadə edirlər. Əbəs yerə deyil ki, ölkə prezidenti dəfələrlə bəyan edib ki, biz öz suverenliyimizi və ərazi bütövlüyümüzün bərpasını beynəlxalq hüququn prinsipləri əsasında həllinin tərəfdarıyıq. Bu fikrin arxasında bəzi dövlətlərin görə bilmədikləri məqamlar var. Bu da ondan ibatərdir ki, artıq Dağlıq Qarabağ beynəlxalq aləm üçün təhlükəli zonaya çevrilib. Ümumilikdə bütün dünyada narkotik maddələrin bu şəkildə inkişafı artıq həyəcan təbili çalır. Təsəvvür edin ki, il ərzində dünyada narkotiklərin qəbulundan 200 min adam dünyasını dəyişir. BMT-nin 2010-cu ilin hesabatına görə, dünyada təxminən 172 min adam marixuanaya meyl edir. Bu gün ABŞ-a daxil olan narkotiklərin 65 faizi Əfqanıstan mənşəli bitkilərdir. Kolumbiya kakoin məskəni kimi dünyanı təhdid qdir. Dünya bazarının bu şəkildə inkişafı nəticəsində narkobaronlar Azərbaycanda da bir kiçik dövlət kimi öz əməllərinə nail ola bilirlər. Ekspertlərin narkomaniya ilə mübarizə ilə bağlı suallarına çox qəribə bir cavab verilir ki, “narkoticarətin bazarı bağlanmalıdır”. Ancaq heç kim aydınlıq gətirmir ki, bu proses necə həyata keçirilməlidir. Deməli, nə qədər ki, inkişaf etmiş dövlətlər var, onların narkotiklərin ixracı ilə bağlı kifayət qədər rolları var, ayrı-ayrı ölkələrdə neqativ halların canlanmasına təsir edə biləcək dövlətlər var, onlar təbii ki, narkotacirlərin bazarının bağlanmasında maraqlı deyillər. Narkotik vasitələrin dövlət sərhədlərini aşmasına, onun coğrafiyasının genişlənməsinə marağı olan ölkələr olan yerdə nakomaniyanın kökünü kəsmək qeyri-mümkündür.

- Narkomaniyaya qarşı mübarizənin hansı formasını daha effektli hesab edirsiniz?

- Sirr deyil ki, aparılan mübarizə nəticəsində bunu tam aradan qaldırmaq, narkomaniyanın kökünü kəsmək mümkün deyil. Hələ 1996-ci ildə mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə Narkomaniyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb. O Komissiyanın da bu gün kifayət qədər fəaliyyəti var. Ancaq bəzi dövlət qurumları narkotik vasitələrin aşkar olunması ilə bağlı məsələləri yetərincə qiymətləndirmirlər. Baxmayaraq ki, mədəniyyət və turizm, təhsil, səhiyyə, ekologiya və təbii sərvətlər nazirlikləri bu məsələdə çevik mövqedə durub. Sadəcə, bu məsələdə maarifləndirməyə böyük üstünlük vermək lazımdır. Orta məktəblərdə şagirdlərdən tutmuş məzunlara qədər nəzərdə tutulan tədris proqramlarına mühazirələr salınmalıdır. Narkomaniyanın yaranması, ona təsir edən amillər, aradan qaldırılması yolları, onun zərərli nəticələri barədə mühazirələr oxunmalıdır. Bu sahədə cinayətlərin ayaq tutub yeriməsi onunla bağlıdır ki, biz bunun maarifləndirilməsi işini kifayət qədər apara bilməmişik. Mütəxəssislər cəmiyyətə bunun zərərli nəticələrini yetərincə aşılaya bilməyiblər.
Əvvəllər əgər narkomaniyaya kişilər aludə olurdularsa, artıq qadınların arasında aludə olanlar daha çoxdur. Son illər qadın narkomanların sayı sürətlə artır. Bu a gələcəy üçün yaxşı heç nə vəd etmir. Əvvəl narkomaniyaya meyilli olanların yaş həddi 30-dan yuxarı idisə, ində 13 yaşında uşaqlar narkotliklərə qurşanıb. Bu problemi aradan qaldırmaq üçün əsas hədəf vətəndaşların cinayət məsuliyyətinə cəlb olunması yox, o xəstələrin müalicə olunmasına yönəlməlidir. Məsələn, mümkündür ki, hüzn mərasimlərində ilahiyyatçılar Qurani-Kərimin bununla bağlı tövsiyyələrini aşılasınlar. İnsanlara bəyan edilsin ki, Qurani-Kərim insan ağlını çaşdıran, bihuş və sərxoş edən bütün nə varsa hamısını haram hesab edir. O cümlədən, narkotik vasitələr də. Hesab edirəm ki, cəmiyyət bundan kifayət qədər faydalana bilər. Başa düşər ki, belə zərərli əməllərin ziyanı nəticə etibarilə ictimai münasibətlərə dəyir, əziyyəti cəmiyyət çəkir. Cəmiyyətin sağlamlaşması üçün hər bir fərd bu istiqamətdə mübarizə aparmalıdır.
Dünən, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Dünən, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Dünən, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 14:34
Akademik Zərifə Əliyeva
Dünən, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Dünən, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Dünən, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Dünən, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Dünən, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Dünən, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Dünən, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Dünən, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Dünən, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Dünən, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Dünən, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Dünən, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Dünən, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Dünən, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Dünən, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Dünən, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Dünən, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Dünən, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
15-04-2024, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
15-04-2024, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
15-04-2024, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
15-04-2024, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR