Aprel şəhidi Raquf Orucovun oğlundan atasına məktub: "O gündən sonra səsisini daha eşitmirəm"
Sosial
Oxunub: 571
22 mar 2017 | 12:55
Aprel şəhidi Raquf Orucovun oğlundan atasına məktub: "O gündən sonra səsisini daha eşitmirəm"
















Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı, 2016-cı ildəki "Aprel döyüşləri”ndə qəhrəmancasına şəhid olan, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilən kəşfiyyatçı zabit Raquf Orucovun oğlu haqq dünyasındakı atasına müraciət ünvanlayıb.

Şəhid oğlunun martın 21-də atasına məktubunu təqdim edirik:

"Son görüş, son vida... Bu gün bir çoxları üçün əziz bayram günü ola bilər, amma bir şəhid oğlu üçün belə deyil. Ötən il bu gün mən sonuncu dəfə atamla birgə bayram keçirdim, sonuncu dəfə onun üzünü gördüm.

Bu şəkil həmin gecənin xatirəsidir. Burada hamı xoşbəxtdir. Mən həmişə atamın həsrətini çəkirdim, bizim uşaqlığımız digər uşaqlardan fərqli olub. Hamı tətildə istirahətə gedəndə biz cəbhə bölgəsinə-atamızın yanına gedirdik. Haramı düzü, Murov dağları, Ağdam...

Təki atamızı görək. Orda da onunla çox vaxt keçirə bilmirdik. Çünki onun üçün önəmli, ali borc Vətənə xidmət idi.

Atamı yola saldığım ötən ilin bu gecəsindən sonra onun səsini bir daha eşitmədim. Əvvəl telefonuna zəng gəlmədi, sonra isə özü əbədiyyən Vətən torpağına qovuşdu.

Mən Vətən torpağını da qısqandım, çünki atam o torpaqları bizdən çox sevdi. Keçənilki şənlikdən evimizdə əsər-əlamət yoxdur. Evimizdə dərin bir səssizlik var. Heç vaxt pozulmayacaq bir səssizlik, sevinc evimizdən uzaq düşüb.

Ata, sən mənə bu dünyada maddi heç bir miras qoymadın, amma bəlkə də Azərbaycanda bir çox ataların qoymadığı bir sərvət qoydun – sadəcə Raquf Orucovun oğlu olmaq səadətini. Bu qürur, bu fəxarət mənə sənin bəxş etdiyin ən dəyərli xəzinədir. Başı dik gəzirəm - çünki sənin kimi haqqı qoruyan, şərəfli,amalı uğrunda ölməyi bacaran bir polkovnikin oğluyam!

Her bir azərbaycanlı sənin adını fəxrlə, qürurla anır. Məhz buna görə sənin ruhun qarşısında baş əyirəm, cənab komandir. Biz sənin oğlun olmaqdan qürur duyuruq.(modern.az)


Aprel şəhidi Raquf Orucovun oğlundan atasına məktub: "O gündən sonra səsisini daha eşitmirəm"
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb