Yoxa çıxan eşşəklər dönərxanalardadır? - Rəsmi açıqlama
Sosial
Oxunub: 622
27 mar 2017 | 12:15
Yoxa çıxan eşşəklər dönərxanalardadır? - Rəsmi açıqlama














Azərbaycanda 5000 eşşəyin yoxa çıxması məsələsi bayram günlərində ən çox müzakirə olunan mövzu oldu.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkə istifadəçilərində, ictimaiyyət arasında bu məsələ xeyli maraq doğurub. İnsanların bu məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, eşşəklərin yoxa çıxmasının səbəbi onun ətinin dönərxanalarda istifadə edilməsidir.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, 2016-ci ildə bu rəqəm 35.8 min baş təşkil edib.

“Qafqazinfo” 5000 eşşəyin yoxa çıxmasının səbəbləri ilə maraqlanıb.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev saytımıza açıqlamasında bildirib ki, eşşəklərin yoxa çıxmasının birinci səbəbi yeni nəslin doğulmaması ilə bağlıdır: “Bu, o deməkdir ki, 5000 yeni eşşək doğulmayıb ki, artım olsun. Bütün canılıar kimi eşşəklər də ömrünü başa vurub təsərrüfatdan çıxırlar. Bundan əlavə, insanlar eşşəklərin yeni nəslinin doğulub törəyib artmasında maraqlı deyillər. Məsələn, qoyunçuluqda hamı cəhd edir ki, bir ildə heç olmasa bir, yaxud iki quzu alsın. Maldarlıqda çalışırıq ki, hər inəkdən bir buzov alaq. Ancaq təkdırnaqlı heyvanlarda atlarda və eşşəklərdə elə bir stimulverici motiv yoxdur. Ona görə də təbii ki, eşşəklər ehtiyaca uyğun olaraq azalır.

Üçüncüsü, eşşəklər, atlar, qatırlar nəqliyyat vasitəsi kimi istifadə olunur. Ancaq kiçik həcmli, müxtəlif növlü nəqliyyat vasitələri meydana çıxdıqca onlara ehtiyac azalır. Ona görə də insanlar yeni nəslin törəyib artmasında maraqlı deyillər”.

Şöbə müdiri yoxa çıxan eşşək ətindən dönərxanalarda istifadə olunması məsələsinə də cavab verib. O, vətəndaşlardan xahiş edib ki, əgər kimsə eşşək ətindən dönərxanalarda istifadə olunduğunu bilirsə, Dövlət Baytralıq Nəzarəti Xidmətinə müraciət etsin. Onlar da mütəxəssis səviyyəsində bunu araşdırsın: “Elə-belə kənardan, fakt, sübut olmadan bunu demək düzgün deyil. Bir məsələdə kimsə subyektiv fikrini deyirsə, bu, o demək deyil ki, faktlara söykənir. Ancaq kimdəsə elə fakt vars müraciət etsin və araşdırılsın”.

“Qafqazinfo” Dövlət Baytarlıq Nəzarəti Xidmətindən də məsələyə münasibət öyrənib. Xidmətin mətbuat rəhbəri Yolçu Xanvəli bildirib ki, qurumun apardığı reydlər və ekspertiza laboratoriyalarında keçirilən araşdırma zamanı eşşək ətindən dönərxanalarda istifadə olunması faktına rast gəlinməyib.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...