SAXTA DIPLOMLU TƏHSIL ŞÖBƏSININ MÜDIRI
Sosial
Oxunub: 831
12 apr 2017 | 20:30
SAXTA DIPLOMLU TƏHSIL ŞÖBƏSININ MÜDIRI














Təhsil şöbəsinin müdiri qadınlarla belə əylənir — Goranboydan fotolar

Goranboy rayon təhsil şöbəsinin müdiri Səxavət Məmmədovun fəaliyyətilə bağlı şikayət daxil olub
Şikayətçi Kəlbəcər rayonu 60 saylı orta məktəbin fiziki tərbiyyə müəllimi İbrahim Əsədov Goranboyda təhsilin səviyyəsinin ildən-ilə aşağı düşməsinin səbəbi kimi, şöbə müdirinin fəaliyyətindəki ciddi pozuntuları göstərir.
İ.Əsədovun bildirdiyinə görə, Goranboy rayon təhsil şöbəsinin müdiri Səxavət Məmmədov Gürcüstanda təhsil alıb: »Onun diplomunun saxta olmasına dair ciddi iddialar var. Gürcüstanda təhsil gürcü və ingilis dillərində aparılır. Bu adam da nə ingilis dilini bilir, nə də gürcü dilini. Səxavət Məmmədovun Gürcüstanda necə təhsil alması Azərbaycan dövləti tərəfindən araşdırılmalıdır. Müəllim işləməzdən öncə taksi sürücüsü olub. Qəza törədib və iki nəfərin həyatına son qoyub. Qaradağ rayonunda işləyəndə polis mayorunun həyatına son qoydu. Sonra Goranboyda taksi fəaliyyətilə məşğul oldu. Gedib Gürcüstanda təhsil alıb gəldi, məktəbdə işə düzəldi. Direktor müavini və direktor oldu. Ardınca təhsil şöbəsinə müdir təyin edildi. Qaradağda mişar daşı karyerinin müdiri bunun dayısıdır. Qaradağda qəza törədəndən sonra dayısı onu Bakıya qoymur. 2014-cü ildə məktəb direktoru vəzifəsindən uzaqlaşdırılan şəxsləri pul alıb yenidən direktor təyin edir. Yüngül həyat tərzi keçirir. Onun tez-tez eyş-işrət məclislərində iştirakına dair fotolar, məlumatlar var».

Xatırladaq ki, Goranboy Rayon Təhsil Şöbəsinin adı zaman-zaman qalmaqallı olaylarda hallanıb. Belə ki, 2009-cu ildə Baş Prokurorluq Goranboy Rayon Təhsil Şöbəsi (RTŞ) və orta məktəblərin vəzifəli şəxslərinin korrupsiya cinayəti ilə bağlı rəsmi məlumat yayıb.

Məlumata əsasən Baş Prokurorluğa daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma nəticəsində bir qrup Goranboy rayon sakininin orta məktəblərin XI sinif şagirdlərindən buraxılış imtahanları və attestat almaları üçün rüşvət yığılması faktı aşkar olunub. Rayon təhsil şöbəsi və orta məktəblərin vəzifəli şəxsləri tərəfindən vətəndaşlardan kütləvi şəkildə rüşvət yığılmasına dair kifayət qədər sübutlar müəyyən edildiyindən həmin material üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.1-ci (rüşvət alma, passiv rüşvətxorluq) maddələrinin əlamətləri ilə cinayət işi başlanıb.

Təhsil Şöbəsinin o zamankı müdirinin seyfindən nə az-nə çox 2 milyon manata yaxın pul aşkarlanmışdı.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Səxavət Məmmədovla bağlı da yazılar dərc olunub.

Məmmədovun bir vaxtlar rayonda Qaraçinar kənd məktəbinin direktoru, sonra icra hakimiyyətində şöbə müdiri işləməsi və onun təhsil şöbəsinə müdiri keçməyi də qalmaqallı olub. Yazılanlara görə, direktor işləyərkən İH-də çalışan diğər şöbə müdiri Sayad Quliyevlə dostlaşıb. S. Quliyev ona 200 min qarşılığında təhsil şöbəsinə müdir keçməyə kömək edəcəyinə söz verib. Sövdələşmə baş tutduqdan sonra icra hakimiyyətindən Təhsil Nazirliyinə təqdimat yazılır. Lakin Mikayıl Cabbarov təsdiqləmir. İki dost arasında 200 minə görə qalmaqal düşür. S. Quliyev məktəb direktorlarına hədə gələrək hərəsindən 5 min alaraq pulu qaytarır. Sonradan hansı yollasa Səxavət Məmmədov Goranboy TŞ-nə təyinat alır nəhayət . Və bununla rayondakı məktəb direktorları yeni problemlə üzləşir. 10 ildən artıq işləyənlərin hamısı total şəkildə yoxlanılır. Özü kimi saxta diplomla işləyən direktorların hamısı vəzifədə qalmaq üçün müdirə haqq verməli olur. Hazırda rayonda fəaliyyət göstərən orta məktəblərdə şagirdlərə normal təhsil verilmir.

Aşağı sinif şagirdlərinin dərsə davamiyyəti qənaətbəxş olsa da, yuxarı sinifdə oxuyanlar üçün bunu demək çətindir. 9, 10 və 11-ci sinif şagirdləri dərsə intizamsız gəlirlər. Onların bir hissəsi repetitor yanında ali məktəblərə hazırlaşırlar. Müəllimlərin bir çoxu bundan istifadə edib tədris prosesinə soyuq münasibət göstərir. Rayonda təhsilin inkişafdan qalmasının digər səbəbi məktəblərdə yersiz yığımlardır. (missiya.az)
Qarşı tərəfi də dinləməyə hazırıq.


SAXTA DIPLOMLU TƏHSIL ŞÖBƏSININ MÜDIRI
SAXTA DIPLOMLU TƏHSIL ŞÖBƏSININ MÜDIRI
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...