Hökumət Ziya Məmmədovu təftişə başladı
Sosial
Oxunub: 63 831
12 apr 2017 | 20:50
Hökumət Ziya Məmmədovu təftişə başladı













Məmmədovların biznes imperiyası çökdürülür

“Vurulmuş” oliqarx, sabiq nəqliyyat naziri Ziya Məmmədovun və ətrafının vəziyyəti getdikcə ağırlaşır. Müşahidələr göstərir ki, ona bir neçə cəbhədən hücumlar ola bilər. Bu günlərdə Azərbaycanda yollara çəkilən xərclərin təftişinə başlanılıb. Hansı ərazilərdə və nə qədər vəsait hesabına başa gələn yolların məbləğləri araşdırılır. Azərbaycanda çəkilən yollar heç də ürəkaçan və standarta uyğun deyil. Bu yollara çəkilən xərc üzrə Azərbaycan dünya liderləri sırasındadır.

Mütəxəssislərin fikrincə, uzun illərdir ki, ölkəmizin yol tikintisinə sərf etdiyi vəsaitlər əbəs yerə xərclənib. Çünki yenilənən yolların çoxu istismar müddəti bitməmiş sıradan çıxır, dağılır, çökür. Bir sözlə, bərbad hala düşür. Bundan əlavə yeni tikilən yolların əksəriyyətində kommunikasiya sistemi düzgün qurulmur. Bu səbəbdən daha çox soyuq, yağışlı və qış aylarında su yığılıb qalmış yollar gölməçələrə çevrilir, asfalt dağılır, yararsız hala düşür. Məsələ ondan ibarətdir ki, yol tikintisi zamanı həddindən artıq şişirtmələr aparılır. Yəni, vəsait bilərəkdən bazar qiymətindən artıq yazılır və bir hissəsi mənimsənilir. Yol üçün sərf edilən tikinti materialları - sement, asfalt, çınqıl, qum və s. bilərəkdən baha rəsmiləşdirilir.

Qeyd edək ki, son günlər hazırda 2 zolaqlıdan 4 zolaqlıya genişləndirilən Bakı - Şamaxı yolunun tikintisinə çəkilən xərclərin təftişinə başlanılıb. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov ilə Dünya Bankının (DB) yerli təmsilçisi arasında bağlanan müqaviləyə görə 110 kilometrlik yolun genişləndirilməsinin əlavə 2 zolağının tikintisi üçün 356,15 milyon dollar vəsait ayrılıb və bunun 241,6 milyon dolları DB tərəfindən kredit kimi götürülüb. Yəni, birzolaqlı yolun bir kilometrinin tikintisi üçün orta hesabla 1,7 milyon dollar nəzərdə tutulub. Bu rəqəm dünya üzrə ən yüksək göstəricilərdəndir. Həqiqətən də, ayrılan vəsait bütünlüklə nəzərdə tutulan yol üçün sərf edilibmi? Bütün bunların nəticələri hər halda təftiş bitdikdən sonra məlum olacaq. Elə o zaman da Ziya Məmmədovun qanunsuz əməlləri gün işığına çıxacaq. Hər halda keçmiş nəqliyyat naziri də digər məmurlar kimi öz vəzifəsini layiqincə “yerinə yetirib”.

Əsas məsələ odur ki, hökumət Ziya Məmmədovu ifşa etmək və tamamilə çökdürmək üçün hərəkətə keçib. Hədəfə gələn Ziya Məmmədovun hansı tutarlı istiqamətdən çökəcəyi hələlik məlum deyil. Ola bilər ki, keçmiş nazirin imperiyası illər boyu etdiyi yol maxinasiyasına görə süquta uğrasın. Nəticə etibarilə ona yönəlmiş hücumlar Məmmədovlar ailəsinin sonu deməkdir. Bütün hallarda zamanı zamanlamaq doğru olmaz və tutarlı tərəfdən Ziya Məmmədovun sıxışdırılıb sıradan kənarlaşdırılması baş verəcək olaylardan olacaq.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO