Bakıda “Ovçular evi” sökülür - Deputatlar üçün yaşayış binası tikiləcək
Sosial
Oxunub: 1 237
13 apr 2017 | 21:54
Bakıda “Ovçular evi” sökülür - Deputatlar üçün yaşayış binası tikiləcək















Paytaxt Bakıda sökülən “Ovçular evi” adlı cəmiyyətin binasının yerində nə tikiləcəyi bəlli olub

Yasamal Rayon İcra Hakimiyyətindən İstiPress-ə verilən məlumata görə, cəmiyyətin sökülən binasının yerində Milli Məclisin deputatları üçün yaşayış binası tikiləcək.

Ərazidə yaşayanlar tərəfindən verilən məlumata görə, söküntü bu gecə başlayıb və səhərə qədər davam edib. Nəticədə binanın bir hissəsi tamamilə sökülüb. Ərazidə yerləşdirilən məlumat lövhəsinə əsasən, demək olar ki, binanın söküntü işlərini “Böyük Plaza” adlı tikinti şirkəti aparır.

Tikiləcək binada isə yaşayış evlərindən əlavə, alış-veriş və əyləncə mərkəzi də olacaq.

İndi 30000 üzvü olan cəmiyyətin aqibəti sual altındadır. Əldə etdiyimiz məlumata görə, cəmiyyətin sədri Füzuli Əşrəfov binadakı dükan sahibləri ilə yanaşı, söküntü ilə bağlı heç kimə qabaqcadan məlumat verməyib. Binadakı dükan sahiblərinə söküntü ilə bağlı heç bir kompensasiya da verilməyib.

Dükan sahiblərinin verdiyi məlumata görə, Füzuli Əşrəfovla dörd gündür ki, əlaqə saxlamaq olmur. Onlara üç ildən sonra başqa məkanda yer ayrılacağı söz verilib. Lakin cəmiyyət üzvləri və dükan sahibləri uzun müddətdir ki, söküntünü aparanlarla razılaşa bilmirlər. Söküntünü aparan iş icraçılarından cəmiyyət üzvlərinin aqibətini soruşduqda isə “bu, bizim səlahiyyətimizdə deyil. Bu məsələ cəmiyyət sədrini maraqlandırmalıdır” cavabı verildi.

Xatırladaq ki, 2014-cü ildə “Azərovçu” kimi tanınan “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin fəaliyyəti ilə bağlı ziddiyyətli xəbərlər gündəmə çıxırdı. Cəmiyyətə məxsus “Ovçular evi” binasının sökülərək yerində böyük biznes mərkəzinin tikiləcəyinə dair xəbərlər yayılmışdı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Azərovçu” tərəfindən saysız-hesabsız qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən hələ 2006-cı ildə ETSN ilə “Azərovçu” arasında ovçuluq təsərrüfatlarının idarə olunmasına dair bağlanmış müqavilələr ləğv edilib. Bütün ovçuluq təsərrüfatları nazirliyin balansına keçib. (Azpolitika)
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır