Ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın təmir etdirdiyi 239 saylı məktəb hələ də rüşvətlə idarə edilir...
Sosial
Oxunub: 794
14 apr 2017 | 16:03
Ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın təmir etdirdiyi 239 saylı məktəb hələ də rüşvətlə idarə edilir...














239 saylı məktəbdə baş alıb gedən rüşvətxorluq müəllimələri dilə gətirdi.

Paytaxt Bakıda istifadəsi yararsız olan məktəb binalarının yenidən təmir edilməsi, yeni sinif otaqlarının şagirdlərin ixtiyarına verilməsi son 10 ildə dövlətin apardığı əsas təhsil siyasətinin bir parçasına çevrilib. Buna baxmayaraq, yeni təhsil ocaqlarında valideynlərdən və müəllimələrdən yığılan rüşvətlər sözügedən təhsil siyasətinə vurulan ən böyük zərbələrdən biridir.
Bu cür ümumtəhsil müəssəsələrindən biri də Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 239 saylı orta məktəbdir. 2008-ci ildə “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi çərçivəsində ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın təmir etdirdiyi məktəb hələ də rüşvətlə idarə edilir.
Ünvanlanan məktubda Bəylərova Süsən adlı oxucumuz məlumat verib.
Məktubda məktəbin direktoru Sədaqət Əzimovanın özünəməxsus qaydalarla məktəbi idarə etdiyi və müəllimələrdən dərs saatlarına görə rüşvət aldığı qeyd edilib. Bundan başqa repetitorluqla məşğul olmaq istəyən müəllimələr və repetitor yanına getmək istəyən uşaqlar mütləq Sədaqət müəlliməni razı salmalıdırlar:

“Məktəbdə müəllimələrə dərs saatı verilməsinə görə, repetitorluq fəaliyyətlərinə görə, uşaqlar isə repetitor yanına getdiklərinə görə rüşvət verirlər. Bütün bunlarla yanaşı müəllimələrin “açıq dərs”lərinə görə də rüşvət alınır. Belə ki, hansı müəllimə Sədaqət Əzimovanın onun qoyduğu dərsə “yaxşı” deməsini istəyirsə, 100-200 manat arası rüşvət verməlidir.(azxeber)Əks təqdirdə həmin müəllimin qoyduğu açıq dərs hesab olunmur. O özü ixtisasca kimya müəlliməsi olmasına baxmayaraq, rüblük zamanı bütün müəllimələrin əvəzinə valideynlərdən pul alaraq şagirdlərə özü qiymət yazır. Öz qızını isə heç bir test imtahanı vermədən ibtidai sinif müəlliməsi təyin edib. Vaxtaşırı iclas çağırıb, məktəbə birinci sinif şagirdlərinin yığılmamasına görə müəllimləri təhqir edir. Daha xəbəri yoxdur ki, onun rüşvətxorluğuna görə valideynlər bu məktəbə uşaq gətirmirlər. Və hər dəfə bizim ondan yuxarılara şikayət etdiyimizi bildiyini deyir. O “məni heç kim işdən çıxarda bilməz, çünki mən 30 ildir direktoram. Həm də Naxçıvanlıyam” deyir”.
Məktubda direktorun 7-ci, 8-ci və 9-cu sini şagirdlərinə aşağı qiymətlərin yazılmaması üçün xüsusi tapşırıq verdiyi də qeyd edilib. Buna səbəb valideynlərin kütləvi şəkildə şagirdləri məktəbdən çıxarmalarıdır:
“Axır günlər isə 7-ci, 8-ci, 9-cu sinif şagirdlərinə aşağı qiymətlərin yazılmaması üçün göstəriş verib. Çünki qorxur ki, valideynlər uşaqları məktəbdən çıxarılar və siniflər azalar. Bu da məktəbin bağlanmasına gətirib çıxarar”.
Şikayətçi direktorun bu əməllərinə görə ona etiraz edən direktor müavini Solmaz xanımla münasibətlərinin pisləşdiyini də qeyd edib.
Mövzu ilə bağlı 239 saylı məktəblə əlaqə saxlasaq da, direktor S.Əzimovanın hazırda suallarımıza cavab verə bilməyəcəyi bildirilib.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO