Ziya Məmmədova həbs təhlükəsi - şok təfərrüat
Sosial
Oxunub: 11 517
17 apr 2017 | 18:53
Ziya Məmmədova həbs təhlükəsi - şok təfərrüat













Fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov mediaya “dincəlirəm” kimi açıqlamalar verdikdən sonra bir müddətdir ki, səs-səmiri çıxmır. İşdən azad olunduqdan sonra guya yenidən hansısa vəzifələrə təyin ediləcəyi barədə Məmmədovların mediaya sızdırdıqları xəbərlər də təsdiqlənmədi

Əksinə, indi gələn xəbərlərdən məlum olur ki, Məmmədovlar hakimiyyətdəki etimadlarını birdəfəlik itiriblər, illərdi topladıqları sərvətləri, “topdağıtmaz” “Garant” Holdinqi belə itirmək təhlükəsi ilə üzləşiblər.

Məlumdur ki, Z.Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik etdiyi “Garant” Holdinq “PAŞA Bank" ASC-dən götürdüyü 1 milyon 141 min manat borca görə məhkəməyə çəkilib,; oğlul Məmmədovun bir neçə əmlakına, o cümlədən “Milyonerlər məhəlləsi” kimi tanınan Məmməd Araz küçəsindəki mülklərinə həbs qoyulmuşdu. Sabiq nazir “bu işdən xəbərsizəm” desə də, həbs xəbərləri təsdiqləndi. O da məlum oldu ki, hazırda Londonda yaşayan və Bakıya hansısa səbəblərdən gələ bilməyən A.Məmmədov banka borcu ödəyib.

Əlbəttə ki, 15 il nazir işləmiş Z.Məmmədov və vaxtilə hüdudsuz imkanlara malik oğlu A.Məmmədov üçün 1 milyon “tum pulu” hesab oluna bilər. Amma yeni xəbərlər o istiqamətdədir ki, Məmmədovlar kredit götürdükləri pulu qaytarmaqla qurtulmuş hesab oluna bilməzlər. Xəbərlər var ki, Məmmədovlar hələ 3 il əvvəldən açılışı olmalı Heydər Əliyev Mərkəzi yaxınlığındakı “yelkən-hotel”i belə itirmək ərəfəsindədirlər.

A.Məmmədovun hakimiyyətin gözündən düşməsi məlum idi, onun ABŞ-dakı lobbi təşkilatında(Amerika-Azərbaycan Alyansı) külli-miqdarda maliyyə maxanasiyasına yol verdiyini Amerika qəzetləri də yazmışdı. Bakıda Azərbaycan Qolf Federasiyası prezidentliyindən uzaqlaşdırılan A.Məmmədov Donald Trampın prezident seçilməsi ilə “dirçəldi”.

O, mediada Trampla yaxınlığı barədə piar-kampaniyaya start verdi. Belə rəy yaradıldı ki, Məmmədovlarsız Amerikanın yeni administrasiyası ilə əməkdaşlıq mümkün olmayacaq. Bu təbliğata hələ o vaxt nazir işləyən Z.Məmmədov da şəxsən qoşuldu, “Trampla işbirliyimiz var” dedi.

Amma bu yanlış piar Məmmədovların sonunu tezləşdirdi, hakimiyyət onlara “boy göstərən” Məmmədovlarla yollarını birdəfəlik ayırmağa qərar verdi.

Fəqət bu da son deyil. Xəbərlər var ki, Məmmədovların həbs təhlükəsi də realdır. Buna səbəb isə amerikalı senatorların “Trump Organization” təşkilatının Azərbaycanda Məmmədovlarla işbirliyinin şübhəli məqamları barədə araşdırma tələb etməsidir.

ABŞ mətbuatında da ötən ay bu haqda yazılar dərc olunub. Təfərrüata varmadan qeyd edək ki, yazıda Məmmədovlara o qədər ciddi ittiham var ki, bunları hakimiyyət araşdırarsa, onların qapıları uzun müddətə bağlanmış olar.

Etibarlı mənbənin bir xəbərinə görə isə Məmmədovlar Azərbaycandakı bütün əmlaklarını-hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədirlər. “Onlar indən sonra Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü anlayıblar” deyə, mənbə bildirib.

Z.Məmmədov iddialarla bağlı telefon zənglərimizə cavab vermədi. Onun da mövqeyini dərc etməyə hazırıq. (musavat.com)
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”