ƏHMƏDZADƏLƏRİN ÖZƏLLƏŞDİRDİYİ RAYONLAR VƏ… – Şirkətlər, restoranlar, otellər, müəssisələr…
Sosial
Oxunub: 5 246
18 apr 2017 | 19:48
ƏHMƏDZADƏLƏRİN ÖZƏLLƏŞDİRDİYİ RAYONLAR VƏ… – Şirkətlər, restoranlar, otellər, müəssisələr…











Azərbaycanda rayonların ayrı-ayrı yüksək rütbəli məmurlar arasında bölüşdürüldüyü heç kimə sirr deyil. Hansı nazir, komitə sədri və ya başqa yüksək rütbəli məmur, hansı rayona nəzarət edirsə, onun qohum-əqrəbası da oranın, necə deyərlər, sahibinə çevrilir. Çapıb-talayırlar, əhalini soymaqla, rayonu talamaqla yetinməyib, insanların şərəfini, qururunu belə əzməkdən çəkinmirlər. Misal üçün, bir neçə il əvvəl belə nazirlərdən birinin yaxını rayonlardan birində içib kefləndikdən sonra “bu rayonda kişi yoxdur” demiş, bundan xəbər tutan rayonun “bərkgedənləri” onu (tanıyanlar həmin şəxsə “Dördbarmaq” da deyirlər – red.) soyuq suda “çimizdirdikdən” sonra, rayondan qovulmasına nail olmuşdular. Yaxud İsmayıllı hadisələrini xatırlayaq. Bir rayonu ayağa qaldıran da elə nazirin yaxın adamının artıq-əskik hərəkətləri olmamışdımı?

Bu faktlar, əlbəttə ki, rayonları öz aralarında bölüşdürən məmurların, onların yaxınlarının insanlara necə münasibət bəslədiyini tam təsəvvür etməyə kifayət deyil. Necə deyərlər, aysberqin görünən tərəfləridir.

ƏHMƏDZADƏLƏRİN ÖZƏLLƏŞDİRDİYİ RAYONLAR VƏ… – Şirkətlər, restoranlar, otellər, müəssisələr…Məsələn, Qax rayonundan redaksiyaməza göndərilən məktubdan belə məlum olur ki, Qax və Zaqatala rayonları da “Meliorasiya və Su təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin yaxınları tərəfindən “özəlləşdirilib”.
Təsadüfi deyil ki, Qax rayonunun icra başçısı Musa Şəkiliyev Əhməd Əhmədzadənin xalası oğlu, Zaqatalanın başçısı Mubariz Əhmədzadə isə qardaşıdır.

Saytımıza müraciət edən şəxs Qax rayonunun ziyalılarından biri olduğunu qeyd edir (bəlli səbəblərdən adının verilməsini istəmir-red.) və Əhmədzadələrin bu rayondakı fəaliyyətindən bəhs edir. Əhməd Əhmədzadənin Qax rayonunda rəhbər vəzifədə çalışan yaxın qohumlarının qanunsuz əməllərindən bəhs edən həmin məktubi kiçik ixtisarla dərc edirik:

“Əhməd Əhmədzadə barədə məlumat verməyə, hər halda ehtiyac yoxdur. Öz sahəsi üzrə çox savadlı və təcrübəli mütəxəssisdir. 40 ildən artıq yüksək vəzifələrdə işləmiş bu şəxsin ölkənin su təsərrüfatı və meliorasiya sistemlərinin inkişafında rolu əvəzedilməzdir.

Lakin Əhməd Əhmədzadənin dövlət və Prezident qarşısında gördüyü xidmətlərini onun yaxın qohumları, əsasən də Qax rayonunda yüksək vəzifə sahibi olan yaxınları öz əməlləri ilə gözdən salırlar.

ƏHMƏDZADƏLƏRİN ÖZƏLLƏŞDİRDİYİ RAYONLAR VƏ… – Şirkətlər, restoranlar, otellər, müəssisələr…Qax rayonunun icra başçısı Musa Şəkiliyev Əhməd Əhmədzadənin xalası oğlur. Qardaşı oğulları Vüqar və Tərlan Əhmədzadələr isə rayonda yüksək vəzifələr tuturlar.

Vüqar Əhmədzadə - DSMF Qax rayon şöbəsinin müdiri, Tərlan Əhmədzadə isə Qax rayon Mərkəzi Xəstəxanasının baş həkimidir. Onların rayondakı qanunsuz əməlləri barədə ən ucqar kəndlərin sakinləri belə xəbərdardır. Hər iki qurum böyük korrupsiya bataqlığına qərq olub.

Vüqar Əhmədzadə pensiya alan vətəndaşlara ödəniləsi pensiyaları müxtəlif bəhanələrlə kəsir və bu vəsaitlərlə rayonda özünə biznes imperiyası qurur. Pensiya kartlarının verilməsində yaşlı nəslin nümayəndələrinə müxtəlif süni maneələr yaradır. Hətta bəzilərindən onlara pensiya kartını vermək üçün, alacaqları pensiyadan haqq da istəyir.

Bir məqamı da qeyd etmək istəyirəm ki, Vüqar Əhmədzadə Qax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə keçməkdə iddialıdır. Bu səbəbdən də hazırki icra başçısı Musa Şəkiliyev, qohumu olmasına baxmayaraq, onu istənilən vasitəylə gözdən salmağa cəhd edir.

Vüqar Əhmədzadə rayonda və Bakıda müxtəlif yerlərdə bahalı villa və mənzillərə sahibdir.

Digər qardaşı Tərlan Əhmədzadə ondan heç də geri qalmır. Atası, keçmiş baş həkim Fərman Əhmədzadə rəhmətə getdikdən sonra onun yerinə keçən Tərlan Əhmədzadə, xəstəxananın həkim, tibb bacıları və xəstələrinə qan uddurur. Xəstəxana o dərəcə korrupsiyaya qərq olub ki, hətta ayda 150-200 manat alan tibb bacılarının əmək haqqından da müəyyən “haqq” baş həkimə çatmalıdır.
Güzəranı onsuz da acınacaqlı olan bu həkimlər və tibb bacıları işlərini itirməmək üçün birtəhər günlərini keçirirlər. Vəziyyət o həddədir ki, hər hansı xəstə əgər həkimə və ya tibb bacısına 3-5 manat “şirinlik” verirsə, bu pul da birbaşa Baş həkimə çatmalıdır. Əgər kimsə bunu gizlətməyə çalışsa və onun üstü açılsa, həmin işçini ən ağır söyüşlərlə təhqir edərək, işdən azad edir. İllərdir sürən bu vəziyyətə artıq insanlar öyrəşib və mübarizə aparmağın mənasız olduğunu əsas gətirərək, səslərini çıxarmağa belə qorxurlar. Çünki o, hər hansı səhvi ucbatından nəinki özünü, hətta öz yaxınlarını zərbə altına almış olur.

Ümumiyyətlə, rayonda ən “bərkgedən” obyektlər – restoranlar, hotellər, istehsal müəssisələri, mağaza və marketlər Əhmədzadələrə məxsusdur. Onların icazəsi olmadan heç kəs hər hansı obyekt tikə, onların “bazar”ına girə bilməz.

ƏHMƏDZADƏLƏRİN ÖZƏLLƏŞDİRDİYİ RAYONLAR VƏ… – Şirkətlər, restoranlar, otellər, müəssisələr…

Nəzərə çatdırmaq istəyirəm ki, Əhməd Əhmədzadənin oğlu Cuma Elman Rüstəmovun qızı Günel ilə ailəlidir. Bu qohumluq əlaqəsi Əhməd Əhmədzadənin statusunu biraz da möhkəmləndirib. Bu qohumluq əlaqəsi yaranana qədər Əhməd Əhmədzadə tutduğu vəzifənin səlahiyyətlərini icra edirdi, yəni rəsmi fərmanla təsdiq edilməmişdi. Çünki Xalq Cəbhəsi dövründə də işləyirdi və Heydər Əliyev bu səbəbdən onu bu vəzifəyə rəsmən təyin etmirdi.

ƏHMƏDZADƏLƏRİN ÖZƏLLƏŞDİRDİYİ RAYONLAR VƏ… – Şirkətlər, restoranlar, otellər, müəssisələr… Əhməd Əhmədzadəyə Elman Rüstəmovla qohumluq əlaqələri yaranana qədər də hökumətdə yüksək vəzifədə çalışan bir çox dostları köməklik göstərməyə çalışırdılar. Baş nazirin müavini Abid Şərifov, sabiq maliyyə naziri Əvəz Ələkbərov və Nərimanov rayonunun keçmiş icra başçısı Mübariz Rəcəbov onun bu quruma sədr keçməsinə birbaşa köməklik göstərmişdilər. Oğlu Cuma Əhmədzadə Elman Rüstəmovun qızı ilə evləndikdən sonra onun gücü daha da artıb.

Nəzərə çatdırmaq istəyirəm ki, Mubariz Rəcəbov əslən Qax rayonundandır və eyni zamanda Əhməd Əhmədzadə ilə yaxın dostluq və qohumluq əlaqələri var. Hətta Qax rayonunda Əhmədzadələrə məxsus bir çox biznes obyektlərinə – restoran və hotellərə şərikdir. Eyni zamanda, Mübariz Rəcəbov və Əhməd Əhmədzadə Qax rayon taxıl məhsulları kombinatının əsas səhmdarlarıdır.

ƏHMƏDZADƏLƏRİN ÖZƏLLƏŞDİRDİYİ RAYONLAR VƏ… – Şirkətlər, restoranlar, otellər, müəssisələr…“ULUYURD” şirkətlər qrupuna Qax rayonunda fəaliyyət göstərən əsas hotel, restoranlar və istehsal müəssisələri daxildir və bu şirkətin təsisçisi Cuma Əhmədzadə, baş direktoru isə Cumanin xalası oğlu Rəsul Allahverdiyevdir. Hotellərə nəzarəti də məhz Rəsul həyata keçirir.

Cumanın xarici ölkələrdə də böyük biznes imperiyası mövcuddur. Əsasən Londonda və Cenevrədə. Özü Londonda yaşadığı üçün, ordakı biznesə birbaşa nəzarət edir. Cenevrədəki biznes fəaliyyətinə isə orada yaşayan qohumları – Mubariz Rəcəbovun oğlu Pərviz və Musa Şəkiliyevin oğlu Orxan nəzarət edirlər.

ƏHMƏDZADƏLƏRİN ÖZƏLLƏŞDİRDİYİ RAYONLAR VƏ… – Şirkətlər, restoranlar, otellər, müəssisələr…Əhməd Əhmədzadənin digər qardaşı Mubariz Əhmədzadə isə Zaqatala rayon İcra Hakimiyyətinin başçısıdır. O rayonda da başçıdan ciddi narazılıqlar var. Rayonda görülən bütün abadlıq və yenidənqurma işlərini Mübariz Əhmədzadənin oğu Coşqun Əhmədzadənin şirkətləri həyata keçirir”.

Məktubda göstərilənlərə onu da əlavə edək ki, Əhmədzadələrin Qaxı tam ələ keçirməsində xüsusi rolu olan icra başçısı Musa Şəkiliyevin rayonda “xaloğlu” ləqəbi ilə məşhur olduğu bildirilir . Yerli camaat ona rayonun başçısı yox, bir nömrəli biznesmeni adını verib. Belə ki, Qaxın meşələri hesabına mebel biznesini genişləndirən Musa Şəkiliyev, ailə ənənələrinə uyğun olaraq, rayondakı ən böyük müəssisə olan “Qax Tütün”ün sahibi Eldəniz Şəkiliyevlə birləşərək, böyük gəlir əldə edir. Yerli əhalinin meşələrdən ağac kəsib mebel sexlərinə satması da qadağan olunub. Bu iş yalnız icra başçısının monopoliyasına alınıb.

Rayonun bütün digər idarələrində də Əhmədzadələr hökmranlıq edir. Yuxarıdakı məktunda qeyd edilən vəzifələrdən başqa, Qaxda bir sıra digər sahələr də Əhmədzadələrin nəzarətindədir.
Məsələn, rayonda əsas kurort yeri olan İlisu kəndinin icra nümayəndəsi təyin olunan Həşim Həsənov Mübariz Əhmədzadənin qızının baldızı əridir. Mübariz Əhmədzadənin kürəkəni Elyar isə Rabitə Nazirliyində məsul vəzifədədir.

ƏHMƏDZADƏLƏRİN ÖZƏLLƏŞDİRDİYİ RAYONLAR VƏ… – Şirkətlər, restoranlar, otellər, müəssisələr…Qeyd edək ki, Əhməd Əhmədzadə Sovet İttifaqı dövründən müxtəlif vəzifələrdə işləyən məmurlardandır. Onun “Baron” ləqəbi ilə tanındığı bildirilir. Ə.Əhmədzadə o qədər də diqqət mərkəzində olmasa da, bütün qohum-əqrəbasını yaxşı vəzifələrə yerləşdirib, böyük bir klanın ağsaqqalına çevrilib.
Əhməd Əhmədzadə həm də böyük biznesə, varidata sahibdir. Bütün biznes strukturları da oğlunun adınadır. Bir neçə il əvvəl mətbuatda Cuma Əhmədzadənin gənc yaşında malik olduğu biznes imperiyası barədə SENSASİYALI araşdırma dərc olunmuşdu.

“Advisors CO.”, “Proyekt”, “Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Uluyurd” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi şirkətlərin sahibi olan Cüma Əhmədzadənin, həm də otellər zəncirinin sahibi olduğu bildirilir.
“İlisu Uludağ Turizm və İstirahət Kompleksi”nin, “El-Resort” otelinin və s.
Onun İngiltərə və Çexiyada da şirkətlərinin (“ALPS s.r.o.”, “GYUNEL LİMİTED” və sair) olduğuna dair məlumatlar yayılıb.


P.S. Məktubda göstərilənlərlə bağlı adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Mənbə: AzPolitika.info
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş