Qızına 400 minlik toy edən məmuru işdən qovdular - Təcili/ dosye
Sosial
Oxunub: 799
24 apr 2017 | 09:16
Qızına 400 minlik toy edən məmuru işdən qovdular - Təcili/ dosye
















Qızına 400 minlik toy etməsi ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun işdən çıxarıldığı xəbəri yayılıb

Axşam saatlarında Ulus.Az-a daxil olan məlumata görə, qalmaqallı məmur vəzifəsindən kənarlaşdırılıb və rəsmi sərəncam açıqlanacaq.

Ona töhmət verildiy və işindən azad edildiyi bildirilir. Lakin bazar günü bu məlumat dəqiqləşdirmək mümkün olmayıb.

Q.Şükürov isə deyib ki, yayılan məlumatlar tamamilə yalandır: "Mən və ailəm haqqında yazılanların heç biri doğru deyil. Mən toya çox xərc çəkməmişəm. O toya xərci oğlan evi çəkib. Məndə 400 min haradan idi?

Bu barədə yazılanların hamısı boş söhbətlərdir. Bu məlumatları Elşən Əsgərli yayır. O, qələt edib, yalan danışır. O, narkoman və şərəfsiz adamdır. Onu hamı yaxşı tanıyır. Deyir ki, guya "Porsche” hədiyyə etmişəm və sairə. "Porsche” olsaydı, elə özüm sürərdim də!

Mənim heç bir maşınım da yoxdur. Hazırda gəzdiyim bir maşın var, onu da dövlət verib. İndi kim nə istəyirsə, ağlına gələni danışır. Keçmiş kürəkənim narkomandır, gic adamdır. Narkoman nə danışa bilər?”.

Ulus.Az-a daxil olan məlumata görə, məsələ mətbuatada böyüyüb və prezidentin qulağına çatıb. Ölkə rəhbərliyinin Q.Şükürova qəzəbləndiyi xəbər verilir.

Orta ranqlı məmurun özfəaliyyəti, dəbdəbəli toyu ciddi hiddət doğurub. Prezident həmişə məmurları təvazökar olmağa çağırıb. Qüdrət Şükürov “Alov qüllələri” kompleksində sürücüsünün adına ev alıbmış.

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov heç də kiçik oliqarx deyilmiş.

Məlum olub ki, baş direktorun özünün yox, sürücüsünün “adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlak var. Bu haqda bir müddət əvəvl musavat.com yazıb.
Bu xəbərdən sonra yoxlamalar zamanı “Bakılift-təmir” İstehsalat Birliyinin 8 milyon manatdan artıq vergi borcunun olduğu üzə çıxıb.

Q.Şükürov hazırda tutduğu vəzifəyə 2012-ci ilin yanvarında Bakı meri Hacıbala Abutalıbovun əmri ilə təyin edilib. Ona qədər ilk baxışdan əhəmiyyətsiz görünən bu postu Vaqif Xəlilov tutub.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ