Döğum şöbəsinin müdiri, deyəsən məhkəməyə güvənir
Sosial
Oxunub: 1 487
4 dek 2014 | 11:25
Döğum şöbəsinin müdiri, deyəsən məhkəməyə güvənir












Həqiqəti yazan KİV nümayəndəsini məhkəməyə verməklə hədələyən Əzizə xanıma, əslində tabe olduğu qurum “dur” deməlidir ki, kimlərinsə zinhar olmasına son qoymaq mümkün olsun

Ötən açıqlamalarımızın birində İmişlinin doğum şöbəsində yaşanan olaylardan bəhs etmişdik. Yazıb bildirmişdik ki, 21-ci əsrdə yaşasaq da, gözdən uzaq, könüldən qıraq İmişlinin doğum şöbəsində həyata keçirilən idarəçilik, bəlkə də bəzi banan ölkələrində belə həyata keçirilmir. Buna səbəb olan amil, hörmətli Əzizə xanımın iştahasını cilovlaya bilməməsidir. Yerli əhalinin kifayət qədər xarakterik xüsusiyyətinə bələd olan xanım şöbə müdiri, hansı addımını atırsa dərhal marağını güdür. Yəni o, şöbəyə üz tutan imkansıza, aztəminatlıya, müəyyən güzəşt ixtiyarı olanlara və.s fərq belə qoymadan, müəyyən etmiş olduğu “toskı”nı alır. Elə ki, bir kimsə ona imkanım yoxdur deyir, bu zaman əsəbini cilovlamağı bacarmayan Əzizə xanım da bildirir ki, “ imkanın cəhənnəmə belə yoxdur, dünəndən yoxdur, mən bilmirəm haqq-hesabı kimdən, hardan tapırsan tap, get gəl.

Şöbə müdiri kimləri ittiham edir?

Sözmü çevirmə, bəyəm məni burda elə-belə otuzdurublar, mənim tabe olduğum baş həkimim var, nazirliyim var, hələ başqalarını demirəm”.
Təəccüb doğuran hal odur ki, Əzizə xanım ötən illər ərzində topladığı təcrübəsini doğum şöbəsində baş alıb gedən və həddi-hüdudu bilinməyən problemləri aradan qaldırmağa deyil, əksinə problemlərin üstünə yeni problemlər əmələ gətirməyə yönəltməkdədir. Elə bu səbəbdən də, şöbədə analoqu olmayan olaylar baş verir. Ümumi problemlərin varlığı və onların əmələ gəlmə səbəbləri haqda məlumatları informasiya mərkəzimizə ötürən mənbə qeyd edir ki, şöbəyə verilən dərmanlar, geyim formaları, ərzaq məhsulları, qiymətli avadanlıqlar və.s, hər zaman Əzizə xanımın diktəsi ilə “xırıd” edilib. Yəni, elə hallar olub ki, xəstə şöbəyə daxil olub və ona ilkin tibbi yardım göstərmək mümkün olmayıb. Çünki, lazım olan dərmanlar satıldığından, xəstəyə verməyə dərman tapılmayıb. Bu da bəzi hallarda, ölüm hadisələrinin baş verməsinə səbəb olub.

Baş həkimin susqunluğu, nələrə ehyam vurur?

Maraqlı haldır ki, Əzizə xanımın əməllərindən xəbər tutan, daha dəqiq desək hərtərəfli məlumatlı olan mərkəzi xəstəxananın baş həkimi də, bu günədək onunla bağlı heç bir tədbir görməyib. Əksinə, hər cür qanunsuzluğa qol qoymaqda ona həm lazımi şərait yaradıb, həm də lazım gələndə dəstək də verib.
Diqqəti cəlb edən hal odur ki, KİV nümayəndəsi olaraq baş verən olayları ictimailəşdiririk ki, qol qoyulan qanunsuzluqların əmələ gəlmə səbəblərini aidiyyəti qurumların diqqətinə çatdırırıq ki, Əzizə xanımla bağlı müvafiq tədbirlər görsünlər.

Şöbə müdirinin məhkəmə iddiası və həqiqətin görünən üzü

Bu zaman nələr baş verir ki, əldə etdiyimiz məlumatlara görə hörmətli Əzizə xanım bizi məhkəməyə verməklə hədələyir, mərkəzi xəstəxananın baş həkimi isə, daha çox susmağa üstünlük verir. Belə olan halda hər kəsdə müəyyən fikir formalaşır ki, baş həkim susursa, deməli o, ümumi vəziyyətlə barışır və baş verən qanunsuzluqlara hansısa formada rəvac da verir. Axı, niyə də ki, verməsin? Çünki, kimsə Əzizə xanıma ümumi problemlər haqda irad bildirəndə, dərhal o cavab verir ki, “ay bala məndən nə istəyirsiniz, axı mən kiməm? Səlahiyyəti əlindən alınmış sadə bir şöbə müdiriyəm. Çünki, başımın üstündə “Domokl” qılıncıtək dayanıb, başqa bir hərəkətlər etməyə imkan verməyən baş həkimimiz var. Doğum şöbəsinə aid nə əməliyyat aparılırsa, hansısa sənədi təsdiq etmək lazım gəlirsə, mənim əvəzimdən hamsını baş həkim yerinə yetirir.

Yalnız, mənə kimlərinsə verdiyi şirinliklər qalır. Maraqlıdır ki, Əzizə xanım şirinlik deyəndə nəyi və nələri nəzərdə tutur? Yəqin ki, hər doğuş üçün aldığı 300-500 manatlıq rüşvəti nəzərdə tutur?

Əzizə xanımın “şirin(lik)”ləri və yaxud da “Hippokrat” andına sadiqliyi


Belə olan halda üz tutub sual edirik ki, ay Əzizə xanım, məgər həkimlik fəaliyyətinə başlayanda and içdiyin “Hippokrat” andında 300-500 manatlıq rüşvət şirinlik kimi nəzərdə tutulub, yoxsa bu ixtiranı siz özünüzdən etmisiniz? Hörmətli Əzizə xanım bilin ki, sizin o dediyiniz şirinlikdən çox yemək olmaz. Çünki, daha çox şirin(lik) yeyən hər kəs, çox keçmir ki, şəkər xəstəliyinə tutulur. Allah sizə kömək olsun!
Bizi bir məqam da təəccüb içində qoyur ki, dəfələrlə səhiyyə naziri cənab Oqtay Şirəliyevin ünvanına sorğu məktubları ünvanlamışıq ki, İmişlinin doğum şöbəsində Əzizə xanım minbir hoqqalara qol qoyur, bənzəri olmayan qanunsuzluqlara imza atır.

Ünvanlanan məktublar, səs çıxmayan soraqlar

Xeyli müddət vaxt keçməsinə baxmayaraq, informasiya mərkəzimizin əməkdaşlarından hələ də bir kimsəyə məlum deyil ki, nazirlik rəsmləri döğum şöbəsinin müdirinə qarşı hansı tədbirləri görüb və hansı tədbirləri də görmək niyyətindədirlər. Əgər heç bir rəsmi cavab verilməzsə, o halda məcbur olacağıq ki, məhkəməyə müraciət edib rəsmi cavabımızı məhkəmə yolu ilə əldə edək. Nədən, ara-sıra ölüm halları baş verən, xəstələri ilan qabığı kimi “soyan” Əzizə xanım, bu gün də şöbə müdiri vəzifəsini daşımalıdır? Axı, belə bir əməllərə qol qoyan bir kimsə, nəinki şöbə müdiri vəzifəsini daşımalıdır, hətta onun səhiyyə sahəsindəki fəaliyyətinə belə xitam verilməlidir. Odur ki, həmin günün reallaşacağını hər kəs, o cümlədən Əzizə xanımın soyğunçuluq əməllərindən zinhara gələn yerli sakinlərlə bərabər,bizlər də səbirsizliklə gözləyirik. Növbəti sayımızda daha Səhiyyə Nazirliyinə deyil, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə və İmişli rayon prokurorluğuna müraciət etmək niyyətindəyik ki, həmin qurumlar doğum şöbəsində lazımi araşdırmalar aparsınlar ki, informasiya mərkəzimizi müəyyən məlumatlarla təmin edə bilsinlər. Çünki, həmin qurumların araşdırma aparmaları, hər zaman lazımi nəticəni ortaya qoymağa imkan verib.
Araşdırmamız davam edir. Ətraflı növbəti sayımızda.

Baloğlan
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...