"Unibank"ın özbaşınalığı dayanmasa, ailəlikcə intihar edəcəyik - Sahibkar 122 deputata şikayət göndərdi
Sosial
Oxunub: 641
28 apr 2017 | 22:01
"Unibank"ın özbaşınalığı dayanmasa, ailəlikcə intihar edəcəyik - Sahibkar 122 deputata şikayət göndərdi

















İsmayıllı rayon sakini, kiçik sahibkar Namət Əsgərov "Unibank” ASC-nin fəaliyyətindən Milli Məclisin 122 deputatına şikayət ərizəsi ilə müraciət edib

Aztb.info Big.az-a istinadən xəbər verir ki, şikayətçinin məqsədi Unibankın sahibkara qarşı qərəzli mövqeyini aidiyyəti qurumlara və səlahiyyətli şəxslərə duyurmaq olub. N.Əsgərovun sözlərinə görə, Unibankın vətəndaşlara qarşı hegamonluğu, biganə və aqressiv münasibəti geniş vüsət almaqdadır. "Bu bankın özbaşınalığına qarşı dur deyən olmasa şəxsən bizim ailədə 7 nəfərin intiharı ilə nəticələnəcək böyük bir faciə baş verə bilər” – deyən sahibkar problemini bizə danışdı. Əksər sahibkarın problemi kimi N.Əsgərovun da problemi dollar krediti ilə bağlıdır. Qısaca qeyd edək ki, Namət Əsgərov 3 ev girov qoyaraq Unibankdan təqribən 95 min dollar kredit götürüb və obyektini genişləndirib. O, ikinci devalvasiyaya qədər 61 min dollar ödəniş edib. Lakin ikinci devalvasiyadan sonra vəziyyətin əsaslı dəyişməsi səbəbilə N.Əsgərov ödənişləri bankın verdiyi qrafik üzrə ödəyə bilməyib və bank sahibkarı məhkəməyə verib. Məhkəmə artıq bir ildən çoxdur ki, davam edir və yekunlaşmaq üzrədir.

Namət Əsgərovun sözlərinə görə, bank konkret olaraq məhkəməni udmaqla 3 evdə məskunlaşan 20 nəfərə yaxın insanı evsiz-eşiksiz qoymaq niyyətindədir. Sahibkarın dediyinə görə bank onunla heç cür razılığa gəlmir. Namət Əsgərov deyir ki, bank mənə ağlabatan qrafik təqdim edərsə, yəni güzəştli şərtlərlə yeni ödəmə cədvəli verərsə mən bugün də ödəniş etməyə hazıram. Namət Əsgərov Milli Məclisin 122 deputatına etdiyi müraciətin səbəbini belə qeyd edir: "Milli Məclis bankların devalvasiyadan sonra borclulara qarşı belə biganə yanaşmasına, onlara qarşı demək olar ki, heç bir güzəşt tətbiq etməmələrinə hələ də susur. Düzdür, bəzi deputatlar mətbuatda açıqlamalar verir, bəzi çıxışlar edir, lakin hələ də gözlənilən addım atılmayıb. Axı bu addımı tək mən yox, demək olar ki, Azərbaycanda yaşayan kredit borcu olan əhalinin böyük əksəriyyəti səbrsizliklə gözləyir. Odur ki, buradan da dəyərli millət vəkillərimizə səslənirəm. Xahiş edirəm ki, mənim və ailəmin, eyni zamanda bizim vəziyyətimizdə olan insanların banklarla bağlı probleminin həllinə yaxından köməklik göstərəsiniz. Biz sizlərdən konkret və kəsərli addımlar gözləyirik.”

Ümid edirik ki, Namət Əsgərov və onun kimi minlərlə sahibkarın banklarla olan problemi çox yaxın günlərdə öz müsbət həllini tapacaq.
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari