Azərbaycan liftləri ermənilərin terror maşınıdır? - Qüdrət Şükürovun Vartan Avakyanla gizli sövdələşməsinin şok təfərrüatları
Sosial
Oxunub: 757
1 may 2017 | 19:31
Azərbaycan liftləri ermənilərin terror maşınıdır? - Qüdrət Şükürovun Vartan Avakyanla gizli sövdələşməsinin şok təfərrüatları
















Bakıda lift qırıldı, 11 nəfərin həyatını zorla xilas etdilər

Qızına 400 min manatlıq toy etməklə gündəmə gələn “Bakılift-təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun ermənilərlə əlaqələri var. Bu əlaqələr belə ehtimal irəli sürməyə əsas verir ki, Azərbaycanda hündürmərtəbəli binaların liftləri faktiki olaraq təhlükə mənbəyidir. Təkcə ötən 1 gün ərzində Bakıda liftlərlə bağlı 2 fakt qeydə alınıb. Azvision.az-ın yaydığı xəbərə görə, "20 Yanvar" metrostansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binalarından birində lift qırılıb. Sakinlərin bildirdiyinə görə, hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəy dünyasını dəyişib. Hələlik ölən şəxsin kimliyini dəqiqləşdirmək mümkün olmayıb. Digər bir olayla bağlı isə Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Göründüyü kimi Bakıda hündürmərtəbəli binalarda quraşdırlan liftlər düşündüyümüz qədər də təhlükəsiz deyil. Əksinə potensial təhlükə mənbəyidir.

Ulus.az xəbər verir ki, Qüdrət Şükürov qızına 400 min manatlıq toy etməklə özü də bilmədən bütün korrupsioner əlaqələrini ortaya qoydu. Keçmiş qudası Rəfael Əsgərli bu istiqamətdə çox ilginc məlumatlar açıqlayıb. O, mətbuata açıqlamalarından birində deyib.

Sitat:

“1 neçə il əvvəl Qüdrət Şükürovun təklifi ilə Moskvaya gediblər. 2013-cü ilin aprelinə təsadüf edən səyahət zamanı Q.Şükürov içki məclisindən sonra Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb. Həmin erməni Vartan Avakyan olub. “OTİS” lift zavodunun rəhbərliyində təmsil olunan V.Avakyana Q.Şükürov özünü qeyri-azərbaycanlı kimi təqdim etməklə onunla görüşmək istədiyini deyib. Növbəti gün isə onunla görüşə gedib. R.Əsgərli müraciətində yazıb ki, ermənilərin işğal etdiyi Qubadlı rayonundandır və həmin vaxt qudasını erməni ilə görüşə getməkdən imtina edib. Həmin görüşdən sonrakı günlərdə qudalar Moskvadan İstanbula uçublar. Q.Şükürov qudasına deyib ki, “OTİS” zavodu ilə müqavilə bağlayıb. İstanbulda olarkən qudalar ən bahalı məhlələrindən birinə - “Qoru-Floriya” massivinə gediblər. Orada Q.Şükürov hər birinin qiyməti 850 min dollar olan iki 4 otaqlı tam təmirli, içində bahalı mebelləri olan mənzil alıb. Mənzillərə görə ödənilən 1 milyon 700 min pulu “OTİS”in işçisi Andrey adlı şəxs “Qoru-Floriya”ya köçürüb! Q.Şükürovun keçmiş müraciətində yazıb ki, “Bu mənim gözlərim qarşısında baş verdi. Mən ümumi söhbətlərdən başa düşdüm ki, həmin pul “otkat”dır”. Bundan başqa həmin müraciətdə çox ilginc məlumatlar da yer alıb. Bu sövdələşmədən sonra Bakıya son dərəcə keyfiyyətsiz liftlər göndərilib”.

Göründüyü kimi Qüdrət Şükürovun ermənilərlə iş birliyi haqda ortada konkret şəxsin dövlət qurumlarına müraciəti var.

Ulus.az qeyd edir ki, Azərbaycan mətbuatında tez-tez liftlərin xarab olması ilə bağlı xəbərlər də yayılmaqdadır.

Görəsən liftlərin xarab olmasında, lift olmadığı halda şaxtanın qapısının açılması və hündürmərtəbəli bina sakinlərinin şaxtaya yıxılaraq dünyalarını dəyişməsində Qüdrət Şükürovun şəriki Vartan Avakyanın barğmağı varmı? Fantastik görünə bilər, amma yoxlanılması zəruri olan çox ciddi məlumatlar mətbuat səhifələrini bəzəyir.

Üstəlik Qüdrət Şükürovun özünü qeyri-azərbaycanlı kimi təqdim etməsi də çox düşündürücüdür. O, bizdən deyilsə, ermənilərlə işbirliyinə gedirsə, onlardan 1 milyon 700 min dollar “otkat” alırsa, ermənilərə işləyə bilərmi?

Hər halda ölkəmizdə baş verən lift olayları sistemləşdirilərək araşdırılmalı, təxribat-diversiya olub-olmaması müəyyən olunmalıdır. Bəlkə Qüdrət Şükürova verilən 1 milyon 700 min dollar tam olaraq “otkat” pulları deyil? Bəlkə həmin vəsaitə erməni kəşfiyyatının da bir qatqısı var. Məsələn pulu verib Azərbaycanda ara-sıra lift qəzasının törədilməsini sifariş edə bilərlər. Pulu verib bir məmurun vasitəsi ilə böyük bir idarənin işçilərini özləri də bilmədən özlərinə işlədə bilərlər.

Ulus.az nəzərə çatdırır ki, butün bu ehtimallar araşdırılmalı, bir məmurun ermənilərdən 1 milyon 700 min dollar almasının təfərrüatları incələnməlidir. Hər halda ölkəmizin təhlükəsizliyinə təhdid ola biləcək məlumatlar ortalıdadır. Qalır müvafiq orqanların hərəkətə keçib bir məmurun əməllərini araşdırmağa başlaması. Qalanları isə necə deyərlər, texniki məsələdir.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE