“Təqaüdçülər pensiya yaşının artırılmasına sevinir” - Azərbaycanla dünyanın ilginc təzadı
Sosial
Oxunub: 1 262
2 may 2017 | 20:43
“Təqaüdçülər pensiya yaşının artırılmasına sevinir” - Azərbaycanla dünyanın ilginc təzadı
















"Pensiya yaşının artırılması yolu ilə müəyyən mənada təqaüd fonduna, büdcəyə qənaət olunması nəzərdə tutulur”

Bu sözləri bakipost.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli prezident İlham Əliyevin "Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun təsdiq edilməsi barədə imzaladığı sərəncamı şərh edərkən deyib.

Onun sözlərinə görə, pensiya yaşının artırılmasının demoqrafik proseslə əlaqəsi yoxdur: "Əslində pensiya yaşının qaldırılması bütün dünyada əsasən demoqrafik problemlərə görə olur. Yəni hansı ölkələrdə ki, doğuş azdır, əhalinin qocalması prosesi gedir, o ölkələrdə pensiya yaşının artırılması yolu ilə işçi qüvvələrinin iş rejimində qalmasına dəstək olmağa çalışırlar. Azərbaycanda isə demoqrafik problem yoxdur. Əhalinin artım tempi yüksək səviyyədədir. İşsizliklə bağlı problemlər hələ də qalır. Yəni bu iş yerlərinin təqaüd yaşına çatmış insanların işə cəlb olunması ilə əlaqədar deyil.

Pensiya çatan insanların yaşının artırılması yolu ilə müəyyən mənada təqaüd fonduna, büdcəyə qənaət olunması nəzərdə tutur. Məsələnin əsas kökündə bu dayanır. Ona görə də bu qanun layihəsinin imzalanmasından sonra müəyyən dərəcədə dolayısı ilə büdcənin özünə və Sosial Müdafiə Fondunun büdcəsinə az da olsa müəyyən mənada qənaət edilmiş olunacaq. Çünki Sosial Müdafiə Fondu büdcədən maliyyələşən qurumdur. Yəni məqsəd bundan ibarətdir ki, qənaət rejiminə keçilsin. Yaş artırılması yolu ilə təqaüdün verilişində müəyyən dərəcədə gecikmələr olsun. Bu iqtisadi əsasdır. Hər hansı sosioloji əsası yoxdur”.

Natiq Cəfərli hesab edir ki, pensiya yaşının artırılması təqaüdçülərin çox da etirazına səbəb olmayıb: "Çox maraqlı tendensiya var. Dünyanın hansı ölkəsində hökumət tərəfindən təqaüd yaşını artırmağa cəhd edilsə, bu təqaüdçülərin etirazına səbəb olur. Azərbaycanda isə əskinə, təqaüdçülər buna etiraz etmirlər. Xüsusilə də dövlət, hökumət işində işləyənlər bir neçə il əlavə çalışma imkanına sevinirlər. Bu da ona dəlalət edir ki, Azərbaycanda təqaüd sistemi çox aşağı səviyyədədir. Ona görə də işləmək yolu ilə maaşları daha artımlı olduqda, işləyərkən daha çox pul qazanmağı nəzərə alaraq buna bir ciddi etiraz da olmadı”.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?