Təhsil Nazirliyindəki özbaşınalıqdan –ŞİKAYƏT
Sosial
Oxunub: 1 495
4 may 2017 | 23:24
Təhsil Nazirliyindəki özbaşınalıqdan –ŞİKAYƏT













“ Azerinfo.az” saytının poçtuna vətdaş M. Həmidovdan şikayət məktubu daxil olub. Məktubu olduğu kimi dərc edirik. Təhsil Nazirliyi göstərilən faktlarla bağlı öz mövqeyini bildirə bilər:

“ Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə,

Azərbaycan Respublikasının Ədliyyə naziri

cənab F.Məmmədova,

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova,

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi cənab K.Əliyevə,

Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasına,

Azərbaycan Respublikasının Təhsil naziri

cənab M.Cabbarova,

H.Əliyev Fondunun prezidenti xanım M.Əliyevaya,

“Şəfafflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İB-nə,

Bakı şəhər 2 saylı İnzibati-İqtisad Məhkəməsinin sədrinə.


“Azerinfo.az “ saytına

“ Xaricdə təhsil almış məzunların ixtisaslarının tanınması barədə şəhadətnamə verməkdən imtina edən Təhsil Nazirliyi səlahiyyətlilərinin korrupsiya əməlləri ”barədə

Ş İ K A Y Ə T


Hüquqlarını müdafiə etdiyim Fətullayev Tural Fəqan oğlu 01.09.2009-cu il tarixindən 05.07.2014-cü il tarixinədək Rusiya Federasiyasının “Hümanitar –Sosial İnstitut” Ali təhsil üzrə Özəl Təhsil Müəssisəsinin “Hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil forması üzrə təhsil alan tələbəsi olmuş, “Hüquqşünaslıq” ixtisası üzrə, təhsil proqramı üzrə müqavilə əsasında təhsil almışdır. (Orta ümumtəhsil haqqında 2005-ci il tarixli Atesstata əsasən)

T.F.Fətullayev Rusiya Federasiyası ərazisində tam təhsil proqramını mənimsəyib və tamamilə tədris planını yerinə yetirib, ixtisas üzrə dövlət imtahanlarını verib, kurs işini və diplom işini müdafiə etdiyinə və 030500 “hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsədiyinə görə yekun dövlət attestasiyasını da müvəffəqiyyətlə keçmişdir.

Dövlət İmtahan komissiyasının qərarı, 03 iyul 2014-cü il tarixli, 10 nömrəli protokoluna əsasən T.Fətullayevə “Hüquqşünaslıq” ixtisası verilib və ali təhsil haqqında ( 135024 0462635) saylı bakalvr diplomu verilmişdir.

Məzun 2015-ci ilin sentyabrında Azərbaycan Respublikası Təhsil Nazirliyinə rəsmi müraciət edərək Rusiya Federasiyasında əyani təhsil üzrə aldığı diplomun tanınması barədə xahiş etmişdir. Təhsil nazirliyinin bu istiqamətdə qəbul etdiyi qaydalara uyğun olaraq o 3-cü pilləyə - müsahibədə iştirak etməyə buraxılmışdır. Və çox təəssüflər olsun ki, müsahibə mərhələsində Təhsil Nazirliyini təmsil edən iki nəfər cavan kadr ölkə qanunvericiliyinə aid olmayan kənar məsələləri izah etməyi tələb etmişlər. Cavabın onları qane edib-etməməsi barədə T.Fətullayevə hər hansı söz deməmişlər. Sadəcə bildirdilər ki, ona rəsmi cavab məktubu göndəriləcəkdir. Rəsmi cavabı uzun müddət almadığına görə yenidən 2016-cı ilin 20 sentyabrında rəsmən Təhsil Nazirliyinə müraciət etmişdir. Həmin ilin dekabr ayında Təhsil Nazirliyinin Nostrifikasiya İdarəsinin rəis əvəzi cənab Samir Vəliyevin imzaladığı 04.10.2016-cı il tarixli, 995 / ANJ-f-127/2 saylı cavab məktubunda da eləcə də sonradan təqdim edilmiş TN-nin Daxili Nəzarət İdarəsinin rəisi cənab Kənan Quliyev tərəfindən imzalanmış imtina məktubunda qeyd edilir:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydalarını,”Avropa regionunda alı təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın II.1.2 maddəsini, Konvensiya komitəsi tərəfindən qəbul edilmiş “xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyələr”in V hissəsini və İzahedici Memorandumun 36 və 37-ci paraqraflarını rəhbər tutaraq, Sizin ixtisas üzrə biliklərinizin AR-nın təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir.

Göstərilənləri nəzərə alaraq, “Hümanitar –Sosial İnstitut” tərəfindən adınıza verilmiş “Hüquqşünaslıq” ixtisası üzrə 03 iyul 2014-cü il tarixli, ( 135024 0462635) saylı bakalvr diplomununölkə ərazisində tanınması mümkün hesab olunmur.”

Biz, dəfələrlə Təhsil Nazirliyinin idarə və nazir müavinlərinin qəbullarına diplomun tanınması məsələsilə əlaqədar gəlmiş ayrı ayrı şəxslərlə görüşüb söhbətlər aparmışıq. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Ukrayna və Rusiya Federasiyasında qiyabi və əyani təhsil almış məzunların diplomlarının tanınması ilə bağlı verdikləri iddia ərizələrinin verilmə səbəblərini araşdırmış, məhkəmə proseslərini izləmişik. Məlum olub ki, Təhsil Nazirliyinin aidiyyatı idarəsi Tural Fətullayev kimi Azərbaycandan kənar ölkələrdə təhsil alıb ölkəsinə qayıtmış kasıb və imkansız təbəqənin insanlarının diplomlarının tanınması barədə yalnız standart formada və eyni məzmunlu formal imtina məktubları yazmaqla öz işini bitmiş hesab edir. Və məktubların hamısında cənab Kənan Quliyev Təhsil Nazirliyinin Eksp Qrupunun verdiyi rəyə əsaslandığı xüsusilə vurğulanır. Guya TN-nin Ekspert Qrupu məzunların müraciətləri əsasında əməlli-başlı araşdırma aparıb gəldikləri yekun rəy əsasında imtina məktubları yazılırmış. Əslində bu sadəcə olaraq heç bir əsası olmayan və real ekspert rəyləri təqdim edilməyən saxtakarlıqlardan ibarətdir. Çünki növbəti məhkəmələrin birində sədrlik edən Rüstəm Kərimlinin apardığı prosesdə, eləcə də T.Fətulayevin iddiası əsasında hal-hazırda keçirilənməhkəməsi prosesində (sədrlik edən hakim Eldar Mustafayev) Təhsil Nazirliyinuin Ekspert Qrupunun verdiyi rəyin məhkəməyə təqdim olunması zamanı bir daha aydın olmuşdur ki, 3 nəfərdən ibarət ekspert qrupu üzvlərinin heç birisi standart formada yazılmış əsassız rəyi imzalalamamış və sənədə tarix qoyulmamışdır. Yəni, konkret olaraq TN-nin Daxili Nəzarət İdarəsinin müdiri Kənan Quliyev tərəfindən TN-nin Ekspert Qrupunun adından saxta rəy tərtib edilərək hər il üçün xarici ölkələrdə təhsil alan 1500 nəfər tələbədən əksəriyyətinin müraciətlərinə belə saxta sənəd əsasında imtina məktubu yazılaraq Təhsil Nazirliyinin adından təqdim edilir. Və faktiki olaraq sənəd saxtakarlığı nəticəsində kütləvi surətdə rüşvətvermə imkanı olmayan kasıb Azərbaycan vətəndaşlarına qarşı cinayət törədilir. Doğrudan da özünə hörmət edən heç bir Ekspert Qrupunun üzvü belə əsassız rəy verməz. Versə də əsaslandırar. Lakin saxta tərtib olunmuş “ekspert rəy”lərinin hamısında məzunların “Sizin ixtisas üzrə biliklərinizin AR-nın təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir” sözlərilə yekunlaşması saxtakarlığı bəri başdan üzə çıxarır. Axı kim TN-nin adından çıxış edən Ekspert Qrupuna səlahiyyət verib ki, dünya ölkələrindən, o cümlədən Azərbaycandan gəlib təhsil almış tələbələrin 4-5 il ərzində aldıqları biliklər Dövlət Atesstasiya Komissiyası tərəfindən qiymətləndirildikdən sonra onlara təqdim edilmiş diplomlar

sonradan Azərbaycan TN-nin “Ekspert Qrupu”nun səlahiyyəti daxilində həll edilsin və məzunun bilik səviyyəsi yenidən qiymətləndirilsin. Əgər həmin Universitet və İnstitutlar ölkə daxilində fəaliyyət üçün dövlət tərəfindən lisenziya verilibsə, o zaman belə təkrar bilik qiymətləndirilməsi yersizdir və əsassızdır.

Təhsil Nazirliyində xaricdə təhsil almış məzunlara qarşı aparılan kütləvi cinayət əməllərinin qarşısının alınması üçün biz 22 fevral 2016-cı il tarixində Təhsil Nazirinin müavini olmuş cənab Firudin Qurbanovun qəbulunda olaraq nazir Mikayıl Cabbarova vətəndaşların diplomlarının tanınmasıilə bağlı Daxili Nəzarət İdarəsində törədilən cinayət hərəkətləri barədə təsdiqedici sənədlər təqdim etməklə şəxsən cənab nazirə məruzə edilməsi və dərhal qanunamüvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Və çox təəssüflər olsun ki, Təhsil Nazirliyinin yuxarı rəhbərliyi Nazirlikdə baş verən və verməkdə olan cinayətlə bağlı məlumatlı olsalar da, rəhbərlik sonda cinayətin aşkar edilməsi üçün daxili təhqiqat qrupunun yaradılması barədə əmr verməmişdir. İnanırıq ki, bizim məhkəmə prosesi zamanı (növbəti proses 4 may saat 11-40-a təyin edilmişdir) bu faktlar ədalətli çəkişmə zamanı bir daha aşkar ediləcək və rüşvət vermə imkanı olmayan məzunların diplomlarının tanınması ilə bağlı Təhsil Nazirliyində sründürməçilyə, bürokratiyaya, rüşvətxorluğa şərait yaradan məsul vəzifəli şəxslər aşkarlanaraq barələrində xüsusi qərardad qəbul olunaraq tədbir görülməsi üçün prokurorluq orqanlarına rəsmi müraciət göndəriləcəkdir.

Bəs qanunvericilik nə deyir?

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Təhsil Qanununun 1-ci maddəsinin (1-ci abzas) tələbindən də görünür ki, təhsil sahəsində xarici əlaqələr və beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilir.

Azərbaycan Respublikasının Təhsil Qanununun 21-ci maddəsinə əsasən (4-cü abzas) ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bundan əlavə o da qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 №-li qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın II hissəsinin 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması mövcud beynəlxalq sazişlər və tövsiyyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Həmin Qaydaların III hissəsinin 3.3-3.4 və 3.6-3.7-ci bəndlərinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının T.N.nin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı

mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. Ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyanın nəticəsi. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.

, “Azərbaycan Respublikasının T.N. haqqında” Əsasnamənin III hissəsinin 8.27-ci bəndinə əsasən T.N. xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir; həmin hissənin 8.28-ci bəndinə əsasən xarici dövlətlərdə alınmış təhsil sənədlərinin nostrifikasiyası qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3 və 73.3.1- 73.3.2-ci maddələrinin tələbindən isə görünür ki, inzibati orqan tərəfindən diskression səlahiyyət əsasında qərar qəbul edildikdə və inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunmalıdır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin tələbi baxımından iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməlidir.Və bu faktlarla sübuta yetirilir. Ona görə də, Təhsil Nazirliyinin iddiaçıya diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməkdən imtina etməsinin heç bir əsası yoxdur. TƏHSIL NAZIRLİYİNİN RƏSMİ SAYTI http://edu.gov.az/ https://www.nostrifikasiya.edu.az/frontend/az/faq/item/8-m%C3%BCraci%C9%99t%C9%99-hans%C4%B1-m%C3%BCdd%C9%99td%C9%99-bax%C4%B1l%C4%B1r - Müraciətə hansı müddətdə baxılır?

Təhsil sənədlərinin tanınması ilə bağlı təqdim olunmuş sənədlərə orta baxılma müddəti əlavə sənədlərin və sorğuların tələb olunmasından asılı olaraq dəyişə bilər. Bir qayda olaraq, bütün lazımi sənədlər, həmçinin müvafiq sorğuların cavabları Nazirliyə daxil olduqdan sonra sənədlər baxılıb rəy verilməsi üçün Ekspert Qrupuna təqdim olunur. Mənfi rəy hansı hallarda verilə bilər?

Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə

həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə və sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan digər tələblərin uyğunsuzluğu aşkarlandıqda.

Ekvivalentlik haqqında Şəhadətnamə nəyə əsasən verilir?

Təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu.

Ekspertiza zamanı nələr nəzərə alınır?

· tədris planının və proqramlarının məzmunu;

· attestasiya sistemləri;

· öyrənilmiş fənlərin həcmi;

· fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyanın nəticəsi.

Bəs görəsən Təhsil Nazirliyinin Ekspert Qrupu Nazirlər Kabinetinin 2003-cü il tarixli 64 saylı Qərarı əsasında hazırladığı

Bakı Apellyasiya Məhkəməsində kollegiya Təhsil Nazirliyinin belə bir özbaşnalığına necə qiymət verir?

Bakı Apellyasiya Məhkəməsində məzun olmuş Samir Nağıyevin iddiası üzrə keçirilən məhkəmə prosesində sədrlik edən hakim Sərvər Hüseynovun 01 mart 2016-cı il tarixli, iş N-2-1(103)-480/2016 saylı Qərarının 10 və 11-ci səhifələrində yazılmış nəticə hissəsində oxuyuruq:

Məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, cavadeh Təhsil Nazirliyi iddiaçı samir Nağıyevin diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik barədə şəhadətnamə verilməsi ilə bağlı məsləyə Sazişə əsasən ərizəçinin aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğuna qiymət verməklə, özü də 1 ay müddətində münasibət bildirməli idi. İşin sadalanan halları (təhsil

müddəti və məzmunu) ilə bağlı isə cavabdeh Təhsil Nazirliyi tutarlı dəlillər gətirməmişdir. Cavadehin dəlili ( iddiaçının ixtisas üzrə biliklərinin AR-nın təhsil sahəsində dövlət standartlarına cavab verməməsi) imtina əsası kimi AR Nazirlər Kabinetinin 64 nömrəli 13.05.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaların, hansı ki, Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan respublikası Qanununu ilə bağlı Sərəncamın icrası (cavabdehin imtinasında həmin Konvensiyaya istinad olunmuşdur) üzrə hazırlanmışdır ki, bu da 3.7 bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil. Nəzərə alınmalıdır ki, iddiaçının tədris olunan fənləri hansı səviyyədə mənimsəməsi məsələsinə qiymət verilməsi, hazırki cavabdeh AR Təhsil Nazirliyinin deyil, onun təhsil aldığı ölkədəki müvafiq təhsil müəssisəsinin (orda fəaliyyət göstərmiş Dövlət İmtahan Komissiyasının) səlahiyyətlərinə aiddir və o bu mərhələni artıq həmin ölkədə başa vurmuşdur.

Deməli, məhkəmə kollegiyası da dəfələrlə cavabdeh tərəf olmuş Təhsil Nazirliyini təmsil edən nümayəndəyə rəsmi olaraq bildirmişdir ki, iddiaçının tədris olunan fənləri hansı səviyyədə mənimsəməsini məsləsinə qiymət verməsi onun səlahiyyətinə daxil deyildir. Yəni, məhkəmə kollegiyası da dəflərlə bu nəticələrə gəlmişdir ki, Təhsil Nazirliyinin vətəndaşların xarici ölkələrdə ali təhsil sahəsində aldıqları ixtisasların tanınması üçün onların həmin ixtisasları necə mənimsəmələri imtinaya əsas ola bilməz. Və burada da sübut olunur ki, Təhsil Nazirliyinin aidiyyatı səlahiyyətliləri İnzibati orqanın adından verdikləri rəsmi imtina məktublarının motivi ondan ibarətdir ki, məzunlar məcbur olsunlar ki, ixtisaslarının tanınması üçün onlara qarşı yaradılan süni maneəni aradan qaldırmaq üçün konkret olaraq rüşvət təkilif etsinlər.

Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Təhsil Nazirlindən fərqli olaraq ixtisasların tanınması proseduru qonşu Rusiyada 45 gün, Gürcüstanda isə 20 gün ərzində heç bir müsahibə, imtahan aparılmadan icra olunur.

Çoxhörmətli cənab Prezident Sizdən xahiş edirik Təhsil Nazirliyinin xarici ölkələrdə ali təhsil almış vətəndaşların ixtisaslarının tanınmasına öz vəzifə səlahiyyətlərini aşaraq, vəzifələrindən süi-istifadə etməklə süni maneçiliklər törədən və bu əməllərilə Azərbaycanı bütün Avropa miqyasında rüsvay edən aidiyyatı üzrə vəzifəli şəxslərinin son illərdə törətdikləri korrupsiya əməllərinin miqyasının araşdırlıraq hüquqi qiymətin verilməsi üçün aidiyyatı təşkilatlara göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk.”

Qoşmalar: 09 vərəq.

Hörmətlə, məzun T.F. Fətullayevin

nümayəndəsi Məmməd Həmidov
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb