Kərəm Həsənovun dayısı Cəlilabada başçı gedir - Şok təfərrüat
Sosial
Oxunub: 883
8 may 2017 | 20:53
Kərəm Həsənovun dayısı Cəlilabada başçı gedir - Şok təfərrüat
















Cəlilabad rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rahib Kərimovu icra başçısı olmaq eşqinə düşüb

İdarə rəisi yüksək vəzifə tutan bacısı oğlunun vədinə arxayın olub.

R.Kərimov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun kiçik dayısıdır və Cəlilabadda daha çox biznesmen kimi ad çıxarıb. Buna baxmayaraq, R.Kərimov K.Həsənovun hesabına icra başçısı olacağına arxayınlaşıb.

O, özünə yaxın çevrədə etdiyi qeyri-rəsmi söhbət zamanı bildirib ki, komitə sədri olan bacısı oğlu onun karyera yüksəlişinə şərait yaradacaq. Hətta R.Kərimova Cəlilabadın icra başçısı olacağına inandırıb.

İddialara görə, R.Kərimov Cəlilabad rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsindən uzaqlaşdırılmalı imiş. Amma kənd təsərrüfatı naziri Heydər Əsədov Kərəm Həsənova hörmət xatirinə onu işdən kənarlaşdırmayıb.

Halbuki, R.Kərimov tamamilə fəaliyyətsizdir və idarədə heç bir məşğuliyyəti yoxdur. Ona görə nazir Cəlilabadda yeni kadr təyin etmək istəyib.

Ancaq K.Həsənova olan hörmətinə görə R.Kərimova göz yumub. Mənbə qeyd edir ki, komitə sədrinin dayısı idarədə əsasən vaxtını biznes planı qurmaqla keçirir.

Ulus.Az-ı məlumatlandıran mənbənin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyində (KTN) “Taxıl biçininin qısa müddətdə və itkisiz yığımının təşkili ilə bağlı qarşıda duran vəzifələr”ə həsr olunmuş respublika müşavirəsində R.Kərimov töhmət alıb.

Ulus.Az-ı məlumatlandıran mənbənin sözlərinə görə, R.Kərimov K.Həsənovun cavabını gözəyir. Rahib Kərimov rayonun bütün aqrar sektorunu ağlar günə qoyub.

Dövlət başçısı pambıq əkilməsi, aqrar sektorun inkişafı, heyvandarlığın artırılması istiqamətinmdə tapşırıqlar versə də, komitə sədrinin dayısı öz “konstitusiyası” ilə fəaliyyət göstərir.

Sosial şəbəkələrdə gedən məlumatlara görə, Kənd Təsərrüfatı Nazirliyinin Cəlilabad şöbəsinin rəisi olan R.Kərimov komitə sədri olan bacı oğluna güvənərək aqrar sahəni darmadağın etməkdədir.

Nəticədə Cəlilabad kimi aqrar bir rayonda fermerlər, kəndlilər, subsidiya arzusunda olan sahibkarlar, pambıq və kartof əkən təsərrüfatçılar qan ağlayır.

Məlumatda qeyd olunur ki, böhranın dərinləşməsi və bahalaşmanın hər sahəni bürüməsi insanların sosial həyatını ağırlaşdırsa da, “Cəlilabad Şərab-2” ASC rəhbərliyi işçilərin pulunu vaxtında ödəmir.

Feysbukda komitə sədrinin sahib olduğu zavodun dayısı və qardaşı tərəfindən idarə olunduğu deyilir. K.Həsənovun dayısı Rahib Kərimov Kənd Təsərrüfatı Nazirliyinin Cəlilabad şöbəsinin rəisidir.

Onun rayonun aqrar sektorunu da məhv etdiyi söylənir. Zavoda nəzarət edən ikinci şəxs isə komitə sədrinin deputat qardaşı Malik Həsənovun olduğu bildirilir.
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE