Nəsimi rayonunda əhalinin tibbi müayinə tədbirləri davam edir
Sosial
Oxunub: 908
10 may 2017 | 01:08
Nəsimi rayonunda əhalinin tibbi müayinə tədbirləri davam edir













Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Respublika əhalisinin sağlamlığı məsələləri hər zaman diqqət mərkəzində saxlayan ölkə başçısının imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profili yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır.
Ölkə başçısının tapşırığına uyğun olaraq 2017-cı il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri davam edir. Bununla əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur. Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir.
Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətimiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrində müvafiq şəraitlər yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunmuşdur.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirmişdir ki, rayonda tibbi müayinənin keçirilməsi üçün işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Əhalinin tibbi müayinə tədbirləri ilə bağlı bütün poliklinikar lazımi dərman preparatları ilə təchiz olunmuş, burada həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır.
Poliklinikalarda əhalinin tibbi müayinəsi zamanı vətəndaşlarda aşkar edilmiş xəstəliklərlə bağlı ambulator və stasionar müalicələr təyin edilir. Nəsimi rayon İcra Hakimiyyətinin müraciətinə əsasən aşkar edilmiş xəstəliklərlə bağlı 30 nəfər aztəminatlı rayon sakininin üzərində Kliniki Tibbi Mərkəzdə daxili orqanlarla bağlı cərrahiyyə əməliyyatları aparılmışdır. Keçirilən əməliyyatlardan sonra xəstələr özlərini gümrah hiss edirlər.
Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikaların həkim heyəti, burada yaradılan şəraitdən razılıq etmişlər. Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.

Nəsimi rayonunda əhalinin tibbi müayinə tədbirləri davam edir
Nəsimi rayonunda əhalinin tibbi müayinə tədbirləri davam edir
Nəsimi rayonunda əhalinin tibbi müayinə tədbirləri davam edir
Nəsimi rayonunda əhalinin tibbi müayinə tədbirləri davam edir
Nəsimi rayonunda əhalinin tibbi müayinə tədbirləri davam edir
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...