"Reket jurnalistika ilə mübarizəyə DTX cəlb edilib" - Əflatun Amaşov
Sosial
Oxunub: 720
26 may 2017 | 11:28
"Reket jurnalistika ilə mübarizəyə DTX cəlb edilib" - Əflatun Amaşov

















Azərbaycanda artıq internet resurslar da yazılı kütləvi informasiya vasitələri üçün nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar

Bunu Trend-ə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşovun sözlərinə görə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikliklərdən sonra yazılı mətbuat üçün nəzərdə tutulan məsuliyyət eyni zamanda internet resurslarına da şamil olunur:

"Məsələn terrorçuluğun təbliği, narkotik maddələrdən istifadənin, satışının təbliği və s. bu kimi nüanslar internet resurslarda birmənalı qaydada qadağan olunur. Əgər internet resursunda dövlət əleyhinə müəyyən çıxışlar varsa, dövlət çevrilişinə cəhdlər olarsa, bu zaman müvafiq icra orqanı həmin resursu bağlada və 5 gün müddətində məhkəmə nəticəsində bu məsələlərə aydınlıq gətirilə bilər. Bundan başqa, bır sıra saytlar var ki, sosial şəbəkələrdə ünvansız, yalançı adlarla fəaliyyət göstərirlər, ayrı-ayrı insanların şərəf və ləyaqətini alçaldır, onların şəxsi həyatlarına müdaxilə edirlər. Həmin dəyişikliklərdə birmənalı şəkildə göstərilir ki, bütün xəbər resursları özləri haqqında məlumatları yerləşdirməlidirlər. Əgər bu, hüquqi şəxsdirsə, onun adı, ünvanı, əlaqə vasitələri, fiziki şəxsdirsə, onun elektron ünvanı, telefon nömrələri sosial resursda göstərilməlidir”.

Ə.Amaşov onu da əlavə edib ki, Azərbaycan Mətbuat Komissiyası Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının fəaliyyətini genişləndirmək üçün komissiyaya hüquq-mühafizə orqanlarının – Respublika Prokuroluğunun, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrini cəlb edib.

Onun sözlərinə görə, komissiyanın iclaslarında reketçiliklə əlaqədar məsələlər müzakirə edilərkən adıçəkilən qurumlardan hər 3-nün nümayəndəsi iştirak edəcək. Artıq həmin qurumlar tərəfindən komissiyanın üzvləri olan şəxslər müəyyənləşdirilib:

"Reketçiliyə qarşı mübarizə işində elə məsələlər olur ki, onlar artıq hüquqi müstəvidə araşdırılmalıdır. "Reket jurnalistika” deyildikdə, yalnız jurnalist nəzərdə tutulmamalıdır. Çünki pul verən və pul alan tərəf var. Həmin komissiyanın genişləndirilməsində məqsəd də odur ki, faktlar təsdiqini taparsa, digər tərəf- pul verən tərəf də məsuliyyətə cəlb edilsin”.
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək